Şənbə günü, 2024-05-04, 4:31 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Diger me'lumatlar
Ömrümüzdən bir il də itirdik

Bir nəfər səhrada dayanıb ətrafa baxırdı. Birdən bir şirin onun üstünə şığıdığını görür. O qaçmağa başlayır. Gəlib bir su quyusuna çatır. Özünü şirin təhlükəsindən qorumaq üçün quyuya atır. Quyunun divarından uzanan bir sarmaşıqdan yapışıb aşağı düşməyə başlayır. Birdən quyunun dibində bir timsahın ağzını açıb onu gözlədiyini görüb dayanır. Başını yuxarı qaldırıb şirə baxmaq istəyəndə görür ki, bir az yuxarıda iki siçan – aq və qara rəngdə olan siçanlar onun tutduğu sarmaşığı növbə ilə yeyirlər. 
Kateqoriya: Diger me'lumatlar | 742 | Elave etdi: Ənfal | Tarix: 2011-12-31 | Sherhler (0)

İbrahimi dinlərdə arvadların sayı
    Yəhudi dinində
     Müqəddəs kitabda olduğu kimi,"Təlmud”da da arvadların sayının çox olması haram bilinməmişdir, amma qadağalar qoyulmuşdur. Buna baxmayaraq, İbrahim (ə) (Sara və Hacər ilə evlənmiş), Həzrət Yaqub (ə) (Ləya və Rahil ilə evlənmiş), Həzrət Davud (ə) və Həzrət Süleyman (ə) barəsindəki hekayələri oxuduqda belə bir qənaətə gəlirik ki, keçmiş zamanlarda kişilər eyni zamanda bir neçə xanımla ailə qura və onlardan oğul-uşaq sahibi ola bilirdilər.
Kateqoriya: Diger me'lumatlar | 822 | Elave etdi: Ənfal | Tarix: 2011-12-31 | Sherhler (0)

Məsum
Adətən uşaq və qadınları döyüş meydanına aparmazlar.  Kərbəlada isə hər şey fərli oldu. Burda 13 uşaq və yeniyetmə iştirak edir.  Onların çoxu döyüş meydanında, bəziləri yolda, bəziləri isə  hadisədən sonra şəhid olur.  Yalnız biri ömrünün baharını yaşaya bilir. Qalanları isə həyatının gözəl çağında şəhadət şərbətini içir.
Kateqoriya: Diger me'lumatlar | 1054 | Elave etdi: Ənfal | Tarix: 2011-12-29 | Sherhler (0)

Axirəzzaman - Zamanın sonu
Hər kəs dünya savabını (mükafatını) istərsə, (bilməlidir ki) dünyanın da, axirətin də mükafatları Allahın yanındadır. Allah eşidəndir, görəndir! ("Nisa" 134)
Həzrət Muhəmməd (s) axırəzzamanın əlamətlərini belə açıqlayır:
Kateqoriya: Diger me'lumatlar | 961 | Elave etdi: Ənfal | Tarix: 2011-12-29 | Sherhler (0)

Bu yolda ilahi ayələrin əlini buraxmayasan!

İlkin İslam dövründə təqvalı bir gənc vardı. Namazının vaxtını ötürməz, günaha yol verməzdi. Bu gənc məsciddən evə dönəndə bir qadının qapısı qarşısından keçirdi. Qadın hər dəfə gəncin yoluna çıxaraq çirkin təkliflər edər, onu yoldan çıxarmağa çalışardı. Amma gənc hər dəfə şeytana lənət oxuyar, yoluna davam edərdi. Bir gün şam namazından sonra evə qayıdarkən qadın təkrar qarşısına çıxdı. Bu dəfə bütün məharətini işə salıb gənci həyətə sala bildi. 
Kateqoriya: Diger me'lumatlar | 724 | Elave etdi: Ənfal | Tarix: 2011-12-28 | Sherhler (0)

Aclıq - aclar və toxlar üçün imtahan!

Həzrət Əli (ə) buyurur: Rəsulullahı (s) gördüm və üzündən ac olduğunu anladım. Gedib bir qadın üçün on vedrə su çəkdim. O qadın on ədəd xurma və bir dəstə göyərti verdi. Onları ətəyimə yığıb Peyğəmbər (s) üçün gətirdim. Həzrəti ona qonaq etdim. Allah- taala aclıqla Peyəmbəri (s) cəzalndırırdımı? Dünyada yaranmışların ən xeyrlsinə aclığımı rəva görmüşdü? Peyğəmbərlər də imtahana çəkilirmi? Onlar peyğəmbərlik məsuliyyəti daşıdığı üçün digərlərindən fərqlənməməlidirmi? Maddi cəhətdən çoxları imtahana çəkilir. Peyğəmbər də onlardan biri idi.
Kateqoriya: Diger me'lumatlar | 737 | Elave etdi: Ənfal | Tarix: 2011-12-25 | Sherhler (0)

Azan!

Azan sədası yüksələn zaman şeytan və onun dostları nalə çəkib fəryad qoparar. Azan tövhid və təkallahlılığa çağırış nidasıdır - kafir və müşriklər ondan qorxurlar. Azan insanları paklığa, mənəviyyata çağırır - murdar insanlar ondan qaçırlar. Azanın kəlmələri düzlük, ədalət simvoludur - quldurlar, zalımlar onu dinləməzlər. Azan Rəbbimizin dərgahına dəvət nidasıdır - ilahi rəhmətdən məyus olanlar onu eşitməzlər. 
Kateqoriya: Diger me'lumatlar | 752 | Elave etdi: Ənfal | Tarix: 2011-12-25 | Sherhler (0)

İsrail övladlarının inəyi
"Bəqərə" surəsi, ayə 67-75. Bu ayələrdə İsrail övladlarının İlahi sinağa çəkilmələrindən bəhs edilir. Hadisə belə baş verir.  Varlı bir şəxsin uzun müddət övladı olmur.  Onun iki yoxsul qardaşı oğlu olur. Qardaşlar əmilərindən kömək istədikdə varlı şəxs həmişə onları əliboş qaytarar və ehtiyaclarını təmin etmir.  Bir dəfə iki qardaş əlbir olub varlı əmini öldürür, sonra da ah-nalə edərək onun əzadarlıq etməyə başlayır.  Günlərin biri Musa peyğımbərin (ə) yanına gəlib kömək istəyirlər. 
Kateqoriya: Diger me'lumatlar | 557 | Elave etdi: Ənfal | Tarix: 2011-12-25 | Sherhler (0)

 Küsəyənlik insanı bir çox uğurlardan məhrum edir!

İnsana təkamül yolunda mane olan xasiyyətlərdən biri də küsəyənlikdir. Küsəyən insan küsmək üçün bəhanə tapmaqda çətinlik çəkmir. Fərqli görünən baxış, müraciət, münasibət küsəyən üçün bəhanə olur. İnsan bu xasiyyətdən uzaqlaşmadan özünü tərbiyə edə, iman mərhələlərini adlaya bilməz. Bu xüsusiyyət adətən gənc yaşlarda özünü göstərir və mübarizə aparılmadıqda xarakterə hopur. Bu səbəbdən də gənc yaşlarda küsəyənliklə mübarizəyə başlamaq lazımdır.
Kateqoriya: Diger me'lumatlar | 779 | Elave etdi: Ənfal | Tarix: 2011-12-21 | Sherhler (0)

Şeytanı ən çox narahat edən nədir?

Günlərin birində lənətlik iblis Yəhyaya demişdir: "O zaman ki, yeməkdən doyursan - ağırlaşırsan və Allahınla münacat etməyə, namaz qılıb, dua etməyə rəğbətsiz olursan”. Yəhya şeytanın bu sözlərini eşidən kimi başını aşağı saldı və dedi: "Allaha and olsun ki, bundan sonra qarnımı yeməklə doldurmayacağam”. Şeytan qəzəbindən qızarır və Yəhyadan uzaqlaşaraq, deyir: "Allaha and olsun ki, mən də heç vaxt möminə nəsihət verməyəcəyəm”.

Kateqoriya: Diger me'lumatlar | 793 | Elave etdi: Ənfal | Tarix: 2011-12-16 | Sherhler (0)

Bəla
Allahın Peyğəmbəri(s): «Zirəkliyin bəlası özünü tərifləmək, şücaətin bəlası həddini aşmaq, güzəştin bəlası minnət, gözəlliyin bəlası qürur, ibadətin bəlası süstlük, danışmağın bəlası yalan, elmin bəlası unutqanlıq, səbrliliyin bəlası səfehlik, əsl-nəcabətliliyin bəlası öyünmək və səxavətliliyin bəlası israfdır.»
Allahın Peyğəmbəri(s) :«Dinin bəlası nəfsani istəklərdir.»
İmam Əli (ə): «Hər şeyin bəlası var və elmin bəlası unutqanlıqdır. İbadətin bəlası riya, ağlın bəlası xudpəsəndlik, nəcabətliliyin bəlası təkəbbür, zirəkliyin bəlası özünü tərifləmək, əliaçıqlığın bəlası israf, həyanın bəlası acizlik, səbrliliyin bəlası xarlıq və güclülüyün bəlası pis danışmaq və pis rəftardır.»
İmam Əli (ə):«Qorxu bəladır.»
Kateqoriya: Diger me'lumatlar | 832 | Elave etdi: Ənfal | Tarix: 2011-12-15 | Sherhler (0)

Mələklər nə zaman gülümsəyir?

Rəvayətlərdə bildirilir ki, mömin insan gecə ibadətinə dayandığı zaman mələklər sevincindən gülümsəyir. Gecəni oyaq qalıb Alahala raz-nuyaz etmək, gecə namazı qılmaq haqqında ariflər nə düşünür? Ayətullah Mirza Cavad Ağa Məliki Təbrizi: "Ustadım Molla Həsənəli buyururdu ki, yalnız gecə ibadət edənlər kamillik məqamına nail ola bilər..." Ayətullah Qazi: "Gecə namazına durmayıb kamillik istəyən adama təəccüb edirəm! Kimsənin gecə namazından başqa yolla kamillik məqamına çatdığını eşitməmişik! Şəhid Mütəhhəri
Kateqoriya: Diger me'lumatlar | 871 | Elave etdi: Ənfal | Tarix: 2011-12-15 | Sherhler (0)

Davud peyğəmbər (ə) və ruzi qazanması

Həzrət Davuda (ə) xitab olunur: "Səni çox sevirəm. Ancaq sənin dünyanda elə bir yer vardır ki, oranı sevmirəm”. Davud (ə) soruşur: "Mənim Mövlam, ora haradır?” Xitab gəldi: "Həyatın Beytul-maldan təmin edilir. Mənim peyğəmbərimə bunu yaraşdırmıram. Dövlət, hökumət və ordu gərək bu pulla olsun. Ancaq sənin başqa bir sinifın də var”. Ağlayır və buyurur: "Mənim Məhbubum! Mən sabahısı gündən Beytul-maldan istifadə etməyəcəyəm. Ancaq bu xalqa xidmət edəcəyəm”. Qurani-Məcid buyurur: "O vaxtdan dəmirə dedim: O zaman ki, Davudun əlində olursan, yumşal”. Dəmir onun əlində xəmir kimi yumşaq olur və hansı formaya istəyirsə, o formaya salır.
Kateqoriya: Diger me'lumatlar | 861 | Elave etdi: Ənfal | Tarix: 2011-12-15 | Sherhler (0)

Yıxılanı vurmaq, zəifləmiş düşməndən intiqam almaq bizim xasiyyətimiz deyil!

Hişam ibn İsmail Mədinənin hakimi olduğu vaxtlarda İmam Səccad (ə) və onun ardıcıllarına çox zülm etmişdi. İşdən kənarlaşdırıldıqdan sonra onu yeni hakimin göstərişi ilə Mərvan ibn Həkəmin evinin qarşısında saxladılar ki, əhali onun zülmlərinin əvəzini çıxsın. Şəhid Mütəhhəri yazır: "Hişamı hamıdan çox min bir işgəncə verdiyi İmam Səccad (ə) və şiələr düşündürürdü. Onlara qarşı zülmləri müqabilində öldürüləcəyini güman edirdi. 
Kateqoriya: Diger me'lumatlar | 677 | Elave etdi: Mursəlat | Tarix: 2011-12-12 | Sherhler (0)

İlahi səfərdə yalançı dost bəlası

Qurani-kərimdə buyurulur: "Bizim zikrimizə arxa çevirib, dünya həyatından başqa istəyi olmayan şəxsdən üz döndər." ("Nəcm", 29) Cəhənnəm əhli qiyamətdə deyər: "Vay olsun bizə, kaş filankəslə dost olmayaydıq!" ("Fürqan", 28) İnsansifət iblis nə qədər desən, Hər dost görünənə əl uzatma sən. (Çon bəsi eblise-adəmruyi həst Pəs be hər dusti nəşayəd dad dəst.) Həqiqi dost aşağıdakı işlərdə sənə yardımçıdır:
Kateqoriya: Diger me'lumatlar | 789 | Elave etdi: Mursəlat | Tarix: 2011-12-12 | Sherhler (0)

Şeytanın təvazö "nəsihəti”

Şeytan abidi necə aldadır? Onun şərabamı dəvət edir, yoxsa qumara? Əlbəttə ki, bu dəvətlər də ola bilər. Amma gecə namazı qılan, müstəhəb əməllər yerinə yetirən abidi belə çirkin işlərə sövq etmək çətindir. Şeytan işini mərhələli görür. Əvvəlcə abidi müstəhəb əməllərdən ayırır. Necə? Abid sadəlövh olduqda çox asan. Qulağına pıçıldayır ki, kimin qəlbində zərrəcə təkəbbür olsa behiştə düşməz və sənin müstəhəb əməllərin qəlbində təkəbbür yaradır. At bu ibadətləri, təkəbbürdən yaxa qurtar!

Kateqoriya: Diger me'lumatlar | 837 | Elave etdi: Ənfal | Tarix: 2011-12-07 | Sherhler (0)


Məhərrəm ayının 10-cu günü
1-İmam Hüseynin (ə) aşurası

□ İmam Hüseynin (ə) münacatı
Şəhidlər ağası, sübh vaxtı, sübh namazını öz vəfalı əshabı ilə qıldı.Sonra mübarək əllərini göyə tərəf qaldırıb belə münacat etdi: "Ey Allah! Çətiliklərdə həmişə mənim sığnacağım və ümüdimsən. Mənə nazil olanlarda, pənah və köməkçimsən. Ey Allah!  Ürəyi sındıran, çarəsiz,  dostu rahatsız  edən, düşmənin tənəsinə səbəb olan ağrılı yaralardan sənə şikayət edirəm. Sənə ümid etmək, insanı başqasına ürək bağlamaqdan ehtiyacız edir. Bağlı qapıları aç, ümid rövzənələrin göstər!  Bütün nemətlər və yaxşılıqlar Sənindir! Sən arzuların təkcə (son) məqsədisən (Əl-irşad,  c. 2, səh. 96.)
Kateqoriya: Diger me'lumatlar | 735 | Elave etdi: Ənfal | Tarix: 2011-12-07 | Sherhler (0)

Aşuraya səthi psixoloji baxış


     Şübhəsiz ki, İslam dininin şəxsiyyət yetirmək sistemi başqa məktəblərlə müqayisədə ən mükəmməl olanıdır. Biz bunu ayrı-ayrı övliyaların həyatına nəzər salaraq görə bilərik. Tarixdə yalnız bir qeyri-adi hadisə var ki, orada iştirak edənlərin hamısı – südəmərindən tutmuş ahıl qocasınadək – yüksək əqidə nümayiş etdirmişdir. Bu, Kərbəla vaqiəsidir. Burada baş vermiş hadisələrə səthi də olsa psixoloji yöndən baxsaq, Kərbəlaya varid olmamışdan öncəki mərhələləri "aydınlatma və hədəfi dəqiqləşdirmə mərhələsi” adlandıra bilərik. Belə ki, rəhbər ayrı-ayrı məqamlarda məqsədin sırf mənəvi olduğunu müxtəlif çıxışlarla bəyan etmişdi. Odur ki, bu 200 nəfərlik karvan "yəqin üzrə” hərəkətə gəlib zülm, təzyiq, qan-qada, casusluq və təhlükə olan bataqlıq bir mühitdə həqiqəti göstərməyi nişan almışdı.
Kateqoriya: Diger me'lumatlar | 794 | Elave etdi: Ənfal | Tarix: 2011-12-05 | Sherhler (0)

KƏRBƏLADA ÇAXAN BİR ŞİMŞƏK
AŞURA MƏSƏLƏSİ ƏTRAFINDA YARANMIŞ ŞÜBHƏLƏR (1)
  Bismillahir-rəhmanir-rəhim

     Şəhidlər sərvəri imam Hüseyn əleyhissəlamın əzadarlıq günlərinin yaxınlaşması münasibəti ilə İmam Zaman (ə.c.) həzrətlərinə, əziz rəhbərimizə, hörmətli alim və müctehidlərə və eləcə də İmam Hüseyn (ə) məktəbinin bütün ardıcıllarına başsağlığı verirəm! Allah-Taala bizləri dünyada imam Hüseyn əleyhissəlamın ziyarət və himayəsindən, axirətdə şəfaətindən məhrum etməsin! Amin!
     Bu günlər Aşura hadisəsi, eləcə də imam Hüseyn (ə) məktəbi haqda bilik və məlumatımızı artırmaq üçün əlverişli bir fürsətdir. Yaxşı olardı ki, bu fürsətdən istifadə edərək, imam Hüseyn əleyhissəlamın qiyamı ilə əlaqədar, əksəriyyətin, xüsusilə də yeniyetmə və gənclərin zehnində yaranan bir çox şübhə və suallara aydınlıq gətirək. 
Kateqoriya: Diger me'lumatlar | 1452 | Elave etdi: Ənfal | Tarix: 2011-12-05 | Sherhler (0)

İtə səcdədən xəbərsiz

Dövrümüzdə ən dəbdə olan sözlərdən biri "azadlıq” sözüdür. Bu sözdən daha çox ictimai-siyasi mövzularda danışılan zaman istifadə edilir. Amma əxlaq elmində də azadlıq sözü az işlədilmir. İslam təlimlərində azadlığın öz hədd və tərifləri vardır. 
Şübhəsiz ki, hamı azadlığa meyllidir. Amma onun hədlərini tanımayan uçuruma yuvarlanır. İslamda bildirilir ki, yalnız təqva yolunu tutanlar nəfsin əsarətin qurutulub və həqiqi azadlıq əldə edib. Rəvayətlərdə də azadlıq təqvalı olmaqla ölçülür. Həzrət Əli (ə) Nəhcül-bəlağədə buyurur: "Təqva yolunu tutan insan azaddır, nəfsinin qulu deyil. Başqaları nəfsin istəkləri qarşısında əsirdir.”

Kateqoriya: Diger me'lumatlar | 766 | Elave etdi: Mursəlat | Tarix: 2011-12-04 | Sherhler (0)

Ümidsizlik kafirlik əlamətidir
Dua edən insan Allah tərəfindən duaya dəvət olunduğunu və Allahın bu duanı qəbul edəcəyinə vəd verdiyini unutmamalıdır. Bütün varlıq aləminə hakim olan Allah üçün hər hansı duanı yerinə yetirmək heç bir çətinlik törətmir. İstər asan, istərsə də çətin bir iş Allahın yalnız bir əmri ilə həyata keçir. Bu səbəbdən də sonsuz qüdrət, bəsirət, kərəm, lütf, rəhmət sahibi olan Allaha dua edərkən ümidsizliyə heç bir əsas yoxdur.
Qurani-Məcidin buyurduğu kimi, ümidsizlik kafirlərə məxsus sifətdir. "Yusif” surəsinin 87- ci ayəsində buyurulur:
"Allahın rəhmətindən ümidinizi kəsməyin. Çünki yalnız kafirlər ilahi rəhmətdən ümidsiz qala bilərlər.” Ayələrdə təkrar-təkrar tapşırılır ki, Allahın rəhmətindən məyus olmayın.
Kateqoriya: Diger me'lumatlar | 725 | Elave etdi: Ənfal | Tarix: 2011-12-04 | Sherhler (0)

Şeytanın razılığı.
Şeytan istəyir ki, müsəlmanlar arasında ədavət və düşmənçilik salsın.
Allah-təala buyurur:
«Şübhəsiz, şeytan Sizin aranıza ədavət və kin salmaq istəyir.» («Maidə»- 91).
Odur ki, iki müsəlman bir-birinə qarşı kin-küdurət bəsləyəndə şeytan sevinir və çalışır ki, onlar barışmasınlar.
İmam Baqir(ə) bu haqda buyurmuşdur:
Kateqoriya: Diger me'lumatlar | 860 | Elave etdi: Ənfal | Tarix: 2011-12-02 | Sherhler (0)

"MUXTARNAMƏ" ARTIQ SATIŞDA

lk olaraq "Muxtarnamə” bədii serialın ilk 15 seriyası seyrçilərə təqdim edilib. Alıcılar bir DVD albomunda 15 seriyanı 5 manata əldə edə biləcəklər.

 "Həzrəti Yüsif (ə)” serialından sonra dünayaya səs salmış daha bir serialın ana dilimizdə seyrçilərə təqdim edilməsi gözlənilirdi. Söhbət Azərbaycanda çoxlarının yolunu gözlədiyi "Muxtanamə” serialından gedir. Serialın Azərbaycan dilində səsləndirilmiş peşəkar dublyajı artıq tamamlanıb və serialın ilk 15 seriyası artıq satışa çıxarılıb. Bu haqda dublyajı həyata keçirən "Salam Studo” kino şirkətindən bildiriblər.

 

Kateqoriya: Diger me'lumatlar | 1197 | Elave etdi: Ənfal | Tarix: 2011-12-01 | Sherhler (2)

Özündən başlamayan cihad…

"Cihad təqvanın libasıdır” – buyurur Əmirəlmöminin (ə). Qurani-kərimin Əraf surəsində də bu ifadə işlədilir. 
Nədir təqva? Ruhi və əxlaqi çirkinliklərdən paklıq! Həqiqi mücahid həqiqi təqvaya sahib olandır. Həsəd, təkəbbür, hərislik, paxıllıq hisslərini ayaq altına almış insan Mən bütünü ayaq altına almışdır və əsil mücahiddir. 
Maidə surəsində buyurulur ki, iman gətirib yaxşı işlər görənlərə pis əməllərdən çəkindikləri təqdirdə halaldan daddıqları şeylərə görə günah tutulmaz və Allah yaxşı iş görənləri sevər!
Kateqoriya: Diger me'lumatlar | 778 | Elave etdi: Ənfal | Tarix: 2011-12-01 | Sherhler (0)

İslam öz həyatını yaşayana toxunmur

Bu gün İslamla vuruşan neo-ateistlər dində düşüncə azadlığının olmadığını iddia edərək deyirlər ki, bir şəxs Allaha inanmır inanmasın, bu onun öz işidir. Lakin İslam belə bir şəxsi təkamül yolundan çıxmış fərd, kafir, azğın hesab edir. Əslində isə düşüncə azadlığına qarşı olan elə ateistlərin özləridir. 
Allaha inanmamaq, Allahı inkar etməkdən fərqlidir. Amma Allaha inananla inanmayan arasında təzad yoxdur. Təzad eyni mövzu üzərində bir-birinə zidd fikirdir. Lakin Allaha inanmayan şəxslə Ona inanan şəxsin mövqeyi eyni mövzuda deyil. 
Kateqoriya: Diger me'lumatlar | 770 | Elave etdi: Ənfal | Tarix: 2011-12-01 | Sherhler (0)

 Bizi belə öyrədiblər

Şeyx Tusi "Əmali" kitabında Məhəmməd ibn Əhməddən (öz atasının əmisindən) nəql edir: 
Bir gün İmam Hadinin (ə) görüşünə getdim. Ərz etdim:
- Ey mənim ağam! Bu kişi (yəni Mütəvəkkil) məni özündən uzaqlaşdırıb və mənim dolanışığımı kəsib, dərdə-qəmə salıb. Bunların hamısını mənim sizə bağlılığıma görə etmişdir. Bilirəm ki, əgər siz ona sifariş etsəniz, məni qəbul edəcək. Xahiş edirəm, ona deyin ki, mənim barəmdə nəzərini dəyişsin. 
İmam buyurdu: "İnşallah, istəyinə çatarsan". Elə ki, axşam oldu, Mütəvəkkilin adamları bir-birinin ardınca evimə gəldilər və məni Mütəvəkkilin yanına dəvət etdilər. Saraya çatdıqda Fəth ibn Xaqanın dayanıb məni gözlədiyini gördüm. Məni görən kimi dedi: 
Kateqoriya: Diger me'lumatlar | 601 | Elave etdi: Ənfal | Tarix: 2011-12-01 | Sherhler (0)

Hüseyn və zillət?!
Məhərrəm ayı daxil olanda İmam Hüseyn (ə) elə bil yenidən doğulur, yenidən dirilir və deyir: "Hüseyn və zillət?! Hüseyn heç vaxt zillətə dözməz. Heyhat! Biz (Əhli-beyt) hara, zillət hara?! Allah zilləti bəyənmir. Mənə Zəhra (ə) süd verib, mən Zəhranın (ə) qucağında böyümüşəm, biz zillətə, alçaqlığa dözmərik”. Bu sözlər İmam Hüseynin (ə) qanla yazdığı sözlərdir və Qiyamətə qədər yaşayacaq. Necə ki, yaşayır…
Tarixdə Kərbəla hadisəsinə İmam Hüseyn (ə) və Yezid arasında döyüş kimi yox, iki iddianın toqquşması kimi baxmaq lazımdır. İmam Hüseyn (ə) haqq və ədalətin iddiasında, Yezid zülm və qəsbkarlıq tələbində. İmam Hüseyn (ə) haqqın, ədalətin, azadlığın carçısı, Yezid isə batilin, zülmün tərəfdarı. Hamıya məlum olduğu kimi, tarix boyu bu iki ideya daim qarşı-qarşıya olub, ədalət zülmə qarşı mübarizə aparıb, zalım da öz zülmündə mübarizəyə müqavimət göstərib. İmam Hüseyn (ə) zülmə qarşı mübarizə aparır və deyirdi:
Kateqoriya: Diger me'lumatlar | 983 | Elave etdi: Mursəlat | Tarix: 2011-11-28 | Sherhler (1)

 İmam Hüseyn (ə) və əzadarlıq
 Artıq on dörd əsrə yaxındır ki, İmam Hüseyn (ə) aşiqləri məhərrəm və səfər ayları boyu o Həzrətə və ailəsinə rəva görülmüş zülmləri, sitəmləri yad edərək əzadarlıq edir və bu ağır müsibətə göz yaşı axıdırlar. Onlar İslam Peyğəmbərinin buyurduğu bu kəlamın həqiqətini öz rəftarlarında çox gözəl nümayiş etdirmişlər: "Həqiqətən Hüseynin şəhid edilməsi ilə bağlı möminlərin qəlbində sönməyən bir hərarət vardır”.
    
    İnsanların əsrlərlə qəlblərində yaşatdığı bu eşq O həzrətin İslam, Quran və ümmətin nicatı uğrunda özündən və ailəsindən keçməsi ilə bağlıdır.
Kateqoriya: Diger me'lumatlar | 1850 | Elave etdi: Ənfal | Tarix: 2011-11-27 | Sherhler (0)

Onlar can verdilər canan yolunda
İmam Hüseyn (ə) və onun silahdaşları haqqında filosof Tomas Karlayl belə yazır: "Kərbəla hadisəsindən aldığımız ən böyük dərs budur ki, Hüseyn və onun silahdaşları Allaha necə möhkəm bir imanla bağlanmışdılar. Onlar öz əzəmətləri ilə sübut etdilər ki, haqq ilə batil qarşı-qarşıya dayandığı bir məqamda batilin sayca üstünlük təşkil etməsinin heç bir əhəmiyyəti yoxdur. Hüseynin (ə) bu azlıqla mənəvi qələbəsi məni heyrətə gətirmişdir."
Doğrudan da təəccüb doğuran bir hadisədir ki, İmam Hüseyn (ə ) 72 nəfərdən ibarət qoşunu ilə o qədər böyük qoşunun qarşısında necə durdu və ən əsası fiziki məğlublubiyyəti necə mənəvi qələbəyə çevirdi. Bu baxımdan onun silahdaşlarının həyat və şəxsiyyəti maraqlıdır. Onlardan bir neçəsi haqqında sizə məlumat vermək istəyirik:  
Kateqoriya: Diger me'lumatlar | 699 | Elave etdi: Ənfal | Tarix: 2011-11-27 | Sherhler (0)

Imam Huseyn (ə)-a ağlamaq

Bismillahir-Rəhmanir-Rəhim

 

Həzrət Peyğəmbər (s)-in İmam Hüseyn (ə)-a ağlaması

قال رسول الله صلي الله عليه وآله وسلم : يَا فَاطِمَةُ كُلُّ عَيْنٍ بَاكِيَةٌ يَوْمَ الْقِيَامَةِ إِلَّا عَيْنٌ بَكَتْ عَلَى مُصَابِ الْحُسَيْنِ فَإِنَّهَا ضاحِكَةٌ مُسْتَبْشِرَةٌ بِنَعِيمِ الْجَنَّة .

"Peyğəmbər (s) buyurub: Ey Fatimə (s)! Qiyamət günü, Hüseyn (ə)-ın əzasında ağlayan gözlərdən başqa, bütün gözlər ağlayacaq. O gözlərin sahibi sevincdən güləcək və behişt nemətləri ilə müjdələnəcək.”

"Biharul-ənvar", 44-cü cild, səh: 293.

Kateqoriya: Diger me'lumatlar | 936 | Elave etdi: Ənfal | Tarix: 2011-11-26 | Sherhler (0)

Ailə daxilində problem yaradan 6 səbəb
Psixoloqlar ailə daxilində problem yaradan əsas 6 səbəbi qeyd edirlər.

Bəzən qadın, yaxud kişi həyat yoldaşının hər hərəkətini tənqid etməklə onun dəyişəcəyinə ümid bəsləyir. Qadınlar, adətən: «Sən həmişə beləsən, elə bil məni incitməkdən zövq alırsan» yaxud «Niyə belə bacarıqsızsan?» ifadələri işlədirlər. Kişilər isə: «Başqasının arvadı sənin kimi deyil. Anam daha yaxşı yemək hazırlayır, layiqincə ev işləri görə bilmirsən», yaxud «Dostumun arvadı heç nədən yemək bişirir, sən çox bacarıqsızsan» və bu kimi tənbehedici ifadələrə üstünlük verirlər. Həyat yoldaşının səylərini nəzərə almamaq, ondan həmişə narazı qalmaq əks tərəfdə sizə qarşı aqressiya yaradır. Tərəflərdən birinin həyat yoldaşını başqaları ilə müqayisə etməyə çalışması, başqalarının həyat tərzindən nümunə gətirməsi ər-arvad arasındakı səmimi münasibəti incikliklə əvəz etməklə yanaşı, onların qəlbində kin-küdurət də yaradır.
Kateqoriya: Diger me'lumatlar | 819 | Elave etdi: Ənfal | Tarix: 2011-11-26 | Sherhler (0)

Kişilər qadınlara ən çox hansı yalanları söyləyir? 

BBC`ə istinadən verdiyi məlumata görə, kişilərin ən çox söylədiyi yalanlarla bağlı bir araşdırma aparılıb. Araşdırmaya görə kişilər, gündə orta hesabla dörd və ya ildə haradasa 1500 dənə yalan danışır.
Altı kişidən biri arvadına və ya sevgilisinə hər gün təxminən iki dəfə yalan danışdığını qəbul edib.
Ən məşhur yalan isə "telefonum tutmur" sözüdür. Hər dörd kişidən biri bu yalanı, telefonu məşğul olduqdan sonra dediyini boynuna alıb.
Kateqoriya: Diger me'lumatlar | 823 | Elave etdi: Mursəlat | Tarix: 2011-11-24 | Sherhler (0)

İnsan öləndə hansı hissləri keçirir?
Suda boğularaq, asılaraq, yanaraq və digar hallarda ölən insanlar üzərində araşdırma aparılıb. Araşdırmanın nəticəsini diqqətinizə çatdırırıq.
Suda boğularaq ölmək Bir insan ən çox çaxnaşma salma və suyun soyuqluğu səbəbindən boğulur. Suya batıb-çıxarkən insanların çoxu nəfəsini tutub saxlamağa çalışır. Bu ən çox 90 saniyə davam edir. Sonra suyu udmağa, öskürməyə və daha da çox su udmağa başlayır. Tənəffüs yollarından su içəri daxil olaraq, nəfəs almağa maneə törədir, bu əsnada sinədə yüngül bir yanma və ağrı hiss olunur. Rahatlıq beyinə oksigen getməməsinin əlamətlərindəndir. 
Kateqoriya: Diger me'lumatlar | 838 | Elave etdi: Mursəlat | Tarix: 2011-11-24 | Sherhler (0)

Ceferiler.com saytının Qədir-Xum bayramı münasibətilə keçirtdiyi tədbir 15.11.2011 tarixində "Halal Süfrə" şadlıq evində baş tutdu!Tədbirə azərbaycanlı alimlər və Əhli-beyt şairləri dəvət olunmuşdur!Tədbirdə Hacı İlqar,Hacı Vasif,Hacı Səxavət,Hacı Ramiq,Hacı Soltan,Seyyid Nurəddin,Hacı Arif,Vəhdət İlahi nəğmələr qrupu(Kərbəlayi Famil),Bəhruz Binəli və bir çox ünlü insanlar bizimlə idi!Məclisdə oturan hər bir kəsin önündə Ceferiler.com saytının "Xum çölündəki hadisə"adlı açıqca var idi!Tədbirdə Əziyyəti olan hər kəsə öz təşəkkürlərimiz bildiririk!
Ceferiler.com saytının Qədir-Xum bayramı münasibətilə keçirtdiyi tədbirdən görüntülərimiz.
Kateqoriya: Diger me'lumatlar | 1309 | Elave etdi: Sahibez-zaman-tk | Tarix: 2011-11-23 | Sherhler (0)

Şah-Mat

 Şah-Matın nə zaman, harada və kim tərəfindən yaradıldığı barədə bir çox rəvayətlər nəql olunsa da, onlardan heç birində dəqiq məlumat verilmir. Lakin tarixə məlum olan şahmatın Hindistan ərazisində meydana gəlməsidir. (Şah-fars dilində hökmdar, mat isə ərəb dilində ölmək mənasını verir).

Kateqoriya: Diger me'lumatlar | 981 | Elave etdi: Mursəlat | Tarix: 2011-11-17 | Sherhler (1)

Təzə Kəbə, köhnə Kəbə
Kəbəni xırda  görüntüyə çevirən bu nəhəng göydələnlər sözsüz ki, Ərəbistan şeyxlərinə milyonlar gətirəcək.  5 yaxud 7 ulduzlu otellər, ofis və ticarət mərkəzləri olacaq. Pul qazanmaq yaxşı işdi, amma pul qazananda da gərək kişi kimi qazanasan!
 Şəkilə diqqətlə baxın. Amma heç təəccüblənməyin. Xarici filmlərdə gördüyümüz bu fantastik proyekt hələ həyata keçirilməsə də, yaxın gələcəkdə onun reallığa çevrilməsi nəzərdə tutulur.  Səudiyyə dövləti bu istiqamətə nəhəng qrantlar ayırır və tam ciddiyyətlə onu həyata keçirmək niyyətindədir.
Kateqoriya: Diger me'lumatlar | 797 | Elave etdi: Ənfal | Tarix: 2011-11-17 | Sherhler (0)

Qədir-Xum bayramı ilə bağlı bəyənilən əməllər
Əziz mömin bacı və qardaşlar! 

QƏDİR-XUM BAYRAMINIZ MÜBARƏK OLSUN!

"MƏN KİMİN MÖVLASIYAMSA, ƏLİ də ONUN MÖVLASIDIR" – HƏZRƏT MUHƏMMƏD (s) 

Qədir-Xum bayramı münasibətilə tövsiyə edilən əməlləri sizlərə təqdim edirik: 
Kateqoriya: Diger me'lumatlar | 982 | Elave etdi: Ənfal | Tarix: 2011-11-15 | Sherhler (1)

Mövlud
(Hicrətdən 23 il əvvəl, Rəcəb ayının 13-ü)
Şeyx Səduq "İləluş-şərayi" və "Məanil-əxbar" adlı kitabında Yəzid ibn Qənəbdən belə nəql edir:" Mən, Abbas ibn Əbdülmüttəlib və Bəni Əbdülmüttəlib və Bəni Əbdülüzza qəbiləsindən olan bir neçə nəfər Kəbənin kənarında əyləşmişdik. Bu vaxt Fatimə bint Əsədin Kəbəyə doğru yaxınlaşdığını gördük.  Onun doğuş sancısından əziyyət çəkdiyi bəlli idi. Kəbənin divarına çatanda Allaha belə dua etməyə başladı:" İlahi, Sənə və Sənin göndərdiyin bütün peyğəmbərlərə inanır, cəddim İbrahimin bütün dediklərini qəbul edirəm. Bu evi inşa edən məhz odur". 
Kateqoriya: Diger me'lumatlar | 783 | Elave etdi: Ənfal | Tarix: 2011-11-15 | Sherhler (0)

Kəbənin övladı Əli (ə)
Kainatın fəxri Həzrət Muhəmmədin (s.ə.s) haqq canişini Əli ibn Ənu Talib (ə) Allahın evində dünyaya gələn və Allahın evində şəhadət şərbətini içən yeganə şəxsiyyət olub.
Hicrətin 10-cu ilində Həzrət Muhəmməd (s.ə.s)  həcc ziyarətini qurtardıqdan sonra Mədinəyə yola düşür. Cövhə məntəqəsində Qədir-xum adlı yerdə Mədinə, Misir və İraqdan gəlmiş zəvvarların yolu ayrılır.  Məhz bu məntəqədəd Peyğəmbər (s.ə.s) dayanır. Cəbrail Həzrət Muhəmmədə (s.ə.s) nazil olaraq ona bu ayəni gətirir: 
Kateqoriya: Diger me'lumatlar | 825 | Elave etdi: Ənfal | Tarix: 2011-11-14 | Sherhler (0)

Qədir-Xum – təkcə tarixi hadisə deyil

Qədir-Xum bayramı və onu qeyd etmək ənənəsi - Həzrət Peyğəmbərin (s) zamanına təsadüf edir. İmamların (ə) dövründə də bu dini sünnət davam etmiş və İmam Sadiq (ə) və İmam Rza (ə) onu aşkar etmişdilər. Onu əziz tutmuşdular. Onlardan əvvəl də Əmirəl-möminin (ə) bu günü qeyd edərdi.


Allahın Peyğəmbərinin (s) əmri ilə müsəlmanlar vilayət sahibinə təbrik dedilər və o Həzrətlə beyət etdilər. Rəsuli-Əkrəm (s) də bu İlahi bayrama görə sevinirdi və buyururdu: "Əlhəmdulilləhi ləzi fəzzəlna əla cəmiyul aləmin”.

Quran ayəsi açıq halda bu günü dinin kamilləşməsi, Pərvərdigarın bu hadisədən xoşhal olması və Vəsinin təyin edilməsi kimi tanıtmışdır. Bu günün bayram olması elə həmin gün hamıya aydın idi. Bunu xristian Tariq ibni Şəhab, Ömər ibni Xəttabın məclisində də demişdi: "Əgər "Maidə” surəsinin 3-cü ayəsi bizim aramızda nazil olsaydı, ayənin nazil olduğu günü bayram edərdik”. Orada olanların heç biri onun bu sözünü inkar etmədilər. Ömər də elə söz dedi ki, bu sözü qəbul etmiş kimi oldu.
Kateqoriya: Diger me'lumatlar | 825 | Elave etdi: Mursəlat | Tarix: 2011-11-14 | Sherhler (0)

« 1 2 3 4 5 6 7 ... 14 15 »