Bazar günü, 2024-12-22, 9:29 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Dekabr » 29 » Məsum
7:26 AM
Məsum
Adətən uşaq və qadınları döyüş meydanına aparmazlar.  Kərbəlada isə hər şey fərli oldu. Burda 13 uşaq və yeniyetmə iştirak edir.  Onların çoxu döyüş meydanında, bəziləri yolda, bəziləri isə  hadisədən sonra şəhid olur.  Yalnız biri ömrünün baharını yaşaya bilir. Qalanları isə həyatının gözəl çağında şəhadət şərbətini içir.

   Əli Əsgər
   İmam Hüseynin (ə) südəmər oğlu. Aşıra günü susuzluqdan taqətdən düşdükdə İmam Hüseyn (ə) düşmənə xitabən buyurur: "Mənə rəhm etmirsiz, heç olmasa, bu zavallı körpəyə rəhm edin. Ona bir içim su verin ölməsin". Sözünü qurtarar - qurtarmaz Hərmələnin atdığı ox uşağın boğazına sancılır. İmam Hüseyn (ə) körpənin qanını avcuna alıb səmaya ataraq buyurur: "Şəhid oldu, İlahi! Əli Əsgərim şəhadət şərbətini içdi!".

   Rüqəyyə
   İmam Hüseynin (ə) təxminən 3 və ya 4 yaşlı qızı.Kərbəla hadisələrindən sonra yolda atasını yuxuda görüb ağlayır və daha da taqətdən düşür. Xəbər Yezidə çatdıqda İmam Hüseynin (ə) kəsilmiş başını uşağın qarşısına qoymağı əmr edir.  Atasının başını qarşısında görən Rüqəyya  dəhşətə gəlir və həmin gün  Əhli-Bəytin saxlandığı xarabalıqda dünyasını dəyişir.


    Qasim ibn Həsən
   Yetkinlik yaşına çatmayan oğlan. Aşura günü israrla əmisi İmam Hüseyndən (ə) izn alıb döyüş meydanına gedir və faciəvi şəkildə şəhid olur.


   Abdulla ibn Həsən
   İmam Həsənin (ə) 11 yaşlı oğlu. İmam Hüseynin döyüş meydanında şəhid olduğunu görüb əmisinə kömək etmək məqsədilə özünü yaralı əmisinə çatdırır. Bəhr ibn Kəb onu oxuyla vuraraq şəhid edir.


   Muhəmməd ibn Abdulla
   Kərbəla hadisələrinin cəsur şəhidi. Yeniyetmə olmasına baxmayaraq döyüş meydanında düşmənin üç süvarisini, on səkkiz piyadasını Cəhənnəmə vasil edir


   Abdulla ibn Müslim
   İmam Hüseynin əmisi oğlu. Ana və dayısı ilə birlikdə Kərbəlaya gələn yeniyetmə. Abdulla Aşura günü İmam Hüseynin (ə)  icazəsini alıb döyüş meydanına atılır və faciəvi şəkildə həlak olur.


   Muhəmməd ibn Müslim
   12-13 yaşında olan yeniyetmə. Aşura günü İmam Hüseynlə (ə) birlikdə Kərbəlada şəhid olur. Müslimin şəhadətindən sonra  Bəni Haşim cavanları icazəsiz  dəstə ilə düşmənə hücum edirlər. İmam Hüseyn (ə) onları geri çağırır. Dəstə geri qayıtdıqda  Muhəmməd Əbu Mərhəm və ya Ləqit ibn Əyas Cuhmi tərəfindən qətlə yetirilir, şəhid olur.


   Övn ibn Abdulla
   Həzrəti Zeynəbin oğlu. Anası ilə birlikdə Kərbəlada fəal iştirak edir. İmam Hüseyndən (ə) icazə aldıqdan sonra döyüş meydanına atılır.  Azyaşlı olmasına baxmayaraq düşmənin  bir neçə əsgərini məhv etdikdən sonra özü də şəhid olur.


   Əmr ibn Həsən
   İmam Həsənin (ə) oğlu. Kərbəla hadisəsindən sonra Şama əsir gətirilir. Yezid ona deyir:" Oğlumla güləşərsən?" Əmr cavab verir:" Güləşməyə taqətim yoxdur, amma istəyirsən hərəmizə bir bıçaq ver, döyüşək. O məni öldürərsə, cəddim Muhəmmədə (s) və babam Əli ibn Əbu Talibə (ə) qovuşaram, əgər mən onu öldürərəmsə, o, babası Müaviyyə ilə cəddi Əbu Süfyana qovuşar". Yezid hiddətlənib deyir;" İlanın balası ilan olar".


   Əmr ibn Cünadə 
   Əmr döyüş meydanına getmək istədikdə İmam Hüseyn (ə) buyurur:" Bu uşağın atası döyüş meydanında şəhid oldu, bəlkə anası onun döyüşməsinə razı olmasın?". Əmr cavab verir;" Anam mənə döyüş paltarı geyindirib göndərdi". Yaşlı yeniyetmə döyüş meydanına gedir və şəhid olur.



   Muhəmməd və İbrahim
   Müslim ibn Əqilin iki azyaşlı oğlu. Kərbəla hadisəsindən sonra əsir götürülür və zindana atılır. İki ildən sonra Əhli-Bəyt davamçılarından olan zindan nəzarətçisi Məşkur onlara qaçmağa kömək edir.  İki qardaş bir qadının evinə pənah gətirirlər.  Haris adlı şəxs hər iki uşağı orada yaxalayaraq Fərat çayının kənarına aparıb boyunlarını vurub bədənlərini çaya atır. Mükafat almaq üçün başları ibn Ziyadın yanına aparır, lakin ibn Ziyad onun ümüdlərini doğrultmur.



   İmam Muhəmməd Baqir (ə)
   İmam Səccadın yeganə övladı. Anası - İmam Həsənin (ə) qızı Fatimə.Dörd yaşında ikən Kərbəla hadisəsinin canlı şahidi olur.


   


Category: Diger me'lumatlar | Baxış: 1079 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]