Main » Articles » Qur'ani-Kerim |
93. Zuha surəsi
Qurani-Kərimin
Azərbaycan dilinə tərcümə və şərhi 93. Zuha surəsi (Məkkədə nazil olmuşdur, on bir ayədir)
Bağışlayan və mehriban Allahın adı ilə
1. And olsun günəşin doğmasına və aydın gündüzə. 2. And olsun sakitləşməkdə və (hər yeri) bürüməkdə olan gecəyə ki, 3. (Ya Muhəmməd), Rəbbin səni tərk etməmiş və (sənə) acığı tutmayıb. 4. Və şübhəsiz, axirət sənin üçün dünyadan daha xeyirlidir. 5. Həqiqətən, Rəbbin tezliklə sənə (o qədər) əta edər ki, (Ondan) razı qalarsan. 6. Məgər (O) səni yetim ikən tapıb, sığınacaq və pənah vermədimi?! (Və məgər səni zəmanəndə yeganə və tək tapıb bütün aləmi ətrafında cəm etmədimi?) 7. Və səni (din mərifətlərindən) xəbərsiz tapıb, (vəhy vasitəsilə) yol göstərdi. 8. Və səni fəqir və ehtiyac (içində) tapıb, ehtiyacsız etdi. 9. Belə isə əsla yetimi alçaltma və qovma! 10. Və dilənçini (də) acıqla qovma. 11. Və Rəbbinin (sənə əta etdiyi) nemətindən söhbət aç! (De ki, sən özün Allahın varlıq aləminə olan ilk hədiyyəsisən, yaradılış qapısının fəth olunma vasitəsisən, ən kamil insaniyyətə, ən kamil ağıla, əzəmətli əxlaqa, peyğəmbərliyin xətm olunmasına, ən dolğun bir dinə, əbədilik Qurana, zat müqəddəsliyinə və canişinlərin ismətinə maliksən). Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev Dürdanə Cəfərli | |
Views: 3109 | Comments: 2 | Rating: 4.2/5 |
Total comments: 2 | |
|