Şənbə günü, 2024-12-21, 2:53 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Articles » Qur'ani-Kerim

86. Tariq surəsi
Qurani-Kərimin
Azərbaycan dilinə tərcümə və şərhi
86. Tariq surəsi
(Məkkədə nazil olmuşdur, on yeddi ayədir)
Bağışlayan və mehriban Allahın adı ilə
     1. And olsun göyə və gecə gələnə!
     2. Sən nə bilirsən o, gecə gələn nədir?!
     3. O, (nuru qaranlıqları) yaran parlaq bir ulduzdur.
     4. (Bütün bunlara and olsun) elə bir kəs yoxdur ki, onun (və əməllərinin) üzərində (əqidə və əməllərini səhifələrdə yazmaqla onu dünyada hadisələrdən saxlayan və Bərzəxdə və Qiyamətdə - əbədi mənzilin sərhədinə yetişənəcən onu qoruyan bir şəxsdən, ya bir dəstədən ibarət olan) bir gözətçi olmasın!
     5. Elə isə, insan baxmalıdır ki, nədən yaradılmışdır.
     6. O, sıçrayan bir sudan (kişi və qadın nütfəsinin qatışığından) yaradılmışdır.
     7. O, (su kişinin) belindən və (qadının) sinə sümüyünün arasından çıxır.
     8. Şübhəsiz ki, O (yaradan Allah) onu (insanı ölümdən sonra həyata) qaytarmağa da qadirdir.
     9. Gizlin sirlərin aşkar olacaqı (beyinlərin imanı və küfrü, nəfslərin fəzilətləri və rəzilətləri, qəlblərin sirləri və əməllərin gizliləri meydana çıxacağı) gün
     10. (O gün, İlahi əzabının müqabilində) onun nə bir gücü, nə də bir köməkçisi olar.
     11. And olsun dönüşü olan göyə! (Buxarlar göyə qalxdıqdan sonra yağış şəklində qayıdırlar və ulduzları qürub etdikdən sonra şərq tərəfdən geri qayıdırlar.)
     12. And olsun (bulaqların qaynaması, bitkilərin bitməsi və Qiyamət günü qoynundakıları çölə tökmək üçün) yarıqları olan yerə ki,
     13. Quran şübhəsiz, (haqla batili) ayıran qəti bir kəlamdır!
     14. Və əsla boş bir söz və zarafat deyildir!
     15. Əlbəttə, onlar daim hiylə və məkr işlədirlər.
     16. Və mən də (hiylələrinin müqabilində) bir tədbir tökərəm.
     17. Belə isə, (ya Peyğəmbər!) kafirlərə möhlət ver və onları bir az öz başlarına burax (bir müddət mücadilə, mübarizə və intiqama başlama).
     
Ərəbcədən tərcümənin və şərhlərin müəllifi:
Ayətullah Mirzə Əli Meşkini Ərdəbili
Azərbaycan dilinə tərcümə edənlər:
Ağabala Mehdiyev
Dürdanə Cəfərli
Category: Qur'ani-Kerim | Added by: el-kafirel_kufri (2009-05-22)
Views: 2881 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]