Main » Articles » Qur'ani-Kerim |
53. Nəcm surəsi
Qurani-Kərimin
Azərbaycan dilinə tərcümə və şərhi 53. Nəcm surəsi (Məkkədə nazil olmuşdur, altmış iki ayədir) Bağışlayan və mehriban Allahın adı ilə 1. And olsun çıxmaqda və batmaqda olan ulduza. (Yaxud: And olsun cin və şeytanlara enən yandırıcı od parçalarına; yaxud baş qaldıran bitkiyə; yaxud Quranın vəhy mərkəzinə nazil olmaqda olan hissə və ayələrinə.) 2. Sizin yoldaşınız və dostunuz (Muhəmməd (s) ) nə (əməldə səadət) yolundan çıxıb və nə də (əqidəsində haqdan) azıb. 3. O, (Quranın və ilahi tapşırıqların çatdırılmasında) əsla nəfsi istəkləri ilə danışmır. 4. Dedikləri yalnız, (yuxarı aləmdən) ona ilham olunan vəhydir. 5. Onu ona (Peyğəmbərə) qüvvələri möhkəm və güclü olan (əmanətdar Cəbrail) öyrətmişdir. 6. (Yaradılışında) güc və qüvvə (və ağılda möhkəmlik və mətanət) sahibi olan! Beləliklə o, (özünün əsl qiyafəsində Peyğəmbərin (s) qarşısında) dayandı. 7. (Yerdən) üstün üfüqdə olduğu halda. 8. Sonra (Peyğəmbərə) yaxınlaşdı və daha yaxın oldu. 9. Beləliklə (onunla Peyğəmbərin arasında) iki kaman (yaxud iki dirsək qədər) və ya daha az məsafə var idi. 10. Beləliklə də Allahın bəndəsinə (Muhəmmədə (s) həqiqət və sirlərdən) vəhy etdiyini vəhy etdi. 11. (Peyğəmbərin) qəlb(i) gördüyündə (Cəbrailin üzünü və onun yaxınlaşmasını görməsində yanılmadı və) yalan demədi. 12. Onunla (öz gözü ilə) gördüyü şey barəsində mübahisə edirsiniz?! 13. Şübhəsiz, (onun Peyğəmbəri özü ilə yuxarı apardığı) digər bir nazilolmada onu (öz gözü ilə əsl qifayəsində, Allahı isə qəlbinin gözü ilə) görmüşdü. 14. Sidrətulmüntəhanın (göylərin sərhədlərinin axırı və bəndələrin əməllərinin qalxıb-enmə yerinin sonunda yerləşən sidr ağacının) yanında. 15. (Məhşərdə hesab qurtardıqdan sonra möminlərin) məskunlaşama yeri olan axirət Cənnəti onun yanındadır. 16. Bürüyən şey (nur, gözəllik və saysız mələklər) o sidrəni əhatə edən zaman 17. (Peyğəmbərin) göz(ü gördüyünü) əsla səhv görmədi və (görməli olduğunda) həddi aşmadı. 18. Şübhəsiz, öz Rəbbinin çox böyük nişanələrindən (bir qismini) gördü. 19. Belə isə mənə (ərəb qəbilələrinin iki böyük bütü olan) Lat və Üzzadan xəbər verin. 20. Həmçinin (ərəblərin qondarma mələk şəklindəki məşhur bütlərinin) üçüncü(sü olan) digər bir büt - Mənatdan! (Bunlar Allahın şərikləridirlər?!) 21. (Sizin fikrinizcə) oğlan sizə və qız (isə) Allaha məxsusdur? 22. Belə olan halda bu bölgü zalımanədir! 23. (Məbud, Allaha yaxınlaşdıran və şəfaətçi adlandırılan) bu bütlər sizin və atalarınızın (onlara) qoyduğunuz quru adlardan başqa bir şey deyildirlər. Allah onlar(ın haqq olmaların)a dair əsla bir dəlil-sübut nazil etməmişdir. (Bəli,) onlar yalnız gümana və nəfsi istəklərə tabe olurlar, halbuki Rəbbləri tərəfindən onlara hidayət vasitəsi (Quran və Peyğəmbər) gəlmişdir. 24. Məgər istədiyi (hər) şey insan üçün (dərhal) hazır olur (ki, bütlər tanrı, hacətləri verən və şəfaətçi olsunlar)?! 25. (Xeyir, belə deyil!) Çünki axirət və dünya (ancaq) Allaha məxsusdur (və Onun bunlarda şəriki yoxdur). 26. Göylərdə neçə-neçə mələklər (var) ki, onların (bu dünyanın yaradılış işləri və o dünyanın günahkarları barəsindəki) şəfaət və vasitəçilikləri heç bir fayda verməz. (Bu) yalnız Allah (şəfaət etməsini və ya şəfaət olunmasını) istədiyi və razılıq verdiyi kəsə izn verdikdən sonra (mümkündür). 27. Həqiqətən axirətə imanı olmayan kəslər mələkləri qadın adı ilə adlandırırlar (onların Allahın qızları olmasını deyirlər). 28. Halbuki onların bu (iddia) barədə bir bilikləri yoxdur. Onlar yalnız zənn və gümana tabe olurlar və şübhəsiz, zənn və güman əsla həqiqətin yerini tuta bilməz. 29. Buna görə də Bizi yad etməkdən (və Bizim Quranımızdan) üz döndərən və yalnız bu dünya həyatını istəyən kəs(lər)dən üz döndər (və onlarla mübahisə etmə). Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev Dürdanə Cəfərli | |
Views: 3067 | Rating: 0.0/0 |
Total comments: 0 | |