Main » Articles » Qur'ani-Kerim |
99. Zəlzələ surəsi
Qurani-Kərimin
Azərbaycan dilinə tərcümə və şərhi 99. Zəlzələ surəsi (Mədinədə nazil olmuşdur, səkkiz ayədir)
Bağışlayan və mehriban Allahın adı ilə
1. Yer özünə məxsus (yaradılışın tarixində yalnız bircə dəfə baş verəcək) bir titrəyişlə titrədiyi zaman, 2. Yer öz qiymətli yüklərini və çox dəyərli mallarını (ölüləri, mədənləri və xəzinələri) çıxarıb atacağı zaman 3. Və (onun köksündən çıxan) insan (təəccüb və dəhşətlə): «Buna, nə olub?!»- deyəcəyi zaman 4. Məhz o gün yer öz xəbərlərini açıb söyləyər. (Köksündəkiləri çıxarıb atmağı onun elə danışmasıdır. Yaxud da o elə dilə gələrək danışar). 5. Ona görə ki, sənin Rəbbin ona vəhy etmişdir. 6. O gün insanlar əməllərinin (haqq-hesabının) özlərinə göstərilməsi üçün (qəbirlərdən) dəstə-dəstə çıxıb (haqq-hesab səhnəsinə tərəf) gələrlər və əməlləri(nin qarşılığı, ya eyni ilə təcəssümü) onlara göstərilsin deyə (haqq-hesab mərkəzindən öz əbədi məskənlərinə doğru) çıxarlar. 7. Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir. 8. Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir. Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev Dürdanə Cəfərli | |
Views: 3402 | Rating: 5.0/1 |
Total comments: 0 | |