Çərşənbə günü, 2019-09-18, 2:55 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhələrə cavab
2012-12-31, 12:26 PM
HƏZRƏTI FATIMƏ (S.Ə.) QUREYŞIN 2 BÜTÜ OLAN ƏBUBƏKR VƏ ÖMƏRDƏN (L.Ə.) RAZI OLMUŞDURMU?

Əhli-sünnə alimləri deyirlər ki, hamı Əbubəkrə beyət elədi (səs verdi), bəziləri var idi ki, beyət etməmişdilər, onlar da axırda beyət etdilər, xanım Fatimə (s.) də bu beyətə razı oldu, çünki o atası olan Peyğəmbərdən (s.) belə eşitmişdi ki: Öz dövrünün İmamını tanımayıb ölən, cahiliyyət dövrünün ölüsüdür-yəni müşrikdir. Bu fikrə aşağıdakı cavabları veririk:

1) Bəziləri ömürlərinin axırına qədər Əbubəkrə beyət etməmişlər, o cümlədən xanım Fatimə (s.) və Səd ibn Ubadə adlı səhabə;

2) Bir çox tarixi mənbələrdə qeyd olunmuşdur ki, Xanım Zəhra (s.) ömrünün axırına kimi Əbubəkr və Ömərlə (l.ə.) küsülü qalmışdır və onlarla kəlmə kəsməmişdir. (Sənəd: Sunən Tirmizi, c.4,səh.158,hədis 1609; Səhih Buxari, səh.127);

3) Xanım Fatimə (s.) nəinki Əbubəkr beyət etmədi, hətta Əbubəkr və Ömərdən (l.ə.) narazı qaldı. Həmçinin vəsiyyət etdi ki, onu, "ikisinin” xəbəri olmadan ğüsl-kəfən-dəfn etsinlər və qəbrinin yeri də gizlin qalsın ki, həmişə düşünən insanlar arasında Əbubəkr-Ömər hökümətinin qanuni olması sual altında qalsın;

4) Tutaq ki, Xanım Fatimə (s.) razı olmuşdur, bəs onda nəyə İmam Əli ağamızı (ə.) zorla beyət elətdirdilər. Əbubəkr, Öməri İmam Əli ağamızın (ə.) arxasınca göndərib dedi: "İ-tənii bihii bil-ənfil-ənf” yəni onu mənim yanıma burnu aşağı (üzü aşağı) sürüyə-sürüyə də olsa gətirin).” (Sənəd: "Ənsabul-Əşraf” c.2,səh.263, bab Əmrus-Səqifə);

5) Əgər Xanım Zəhranın (s.) evində toplaşanlar beyətə razı idilərsə bəs niyə onları hədələyirdilər: "Əgər evdən xaric olmasanız və beyət etməsəniz, evi yandıracağam.” (Sənəd: "Tarixi Təbəri”, c.3,səh.202, 11-ci hicri ilinin hadisələri; "İqdul-Fərid”, c.4,səh.259);

6) Əgər deyirlərsə ki, sonda Əbubəkr (l.ə.) Xanım Fatimənin (ə.) razılığını almışdır, bəs onda (Əbu-Bəkr (l.ə.)) niyə ömrünün son anlarında peşmançılıq çəkib deyirdi (ləytəni ləm əkşif beytə Fatimə ...) "Kaş Fatimənin evinə toxunmayaydım, hətta mənə müharibə elan etmiş olsaydılar da belə.” (Sənəd: "İqdul- Fərid”, c.4,səh.268; "Tarix-Təbəri”, c.3,səh.430; "Muntəxəbat Kənzul Əmmal”, c.2,səh.171; İbn Əbil Hədid "Şərhu Nəhcil Bəlağə”, c.6,səh.51);

7) Əgər Xanım Fatimənin (s.) evinə hücum olmayıbsa və Xanım Zəhra (s.) o ikisindən razıydısa, bəs niyə əhli-sünnət Ömərin (l.ə.) bu hörmətsizliyini fəzilətli bi iş sayır və onunla iftixat edirlər? Əhli-sünnə məzhəbinin məşhur şairi Hafiz İbrahim bu hadisəni öz şerində Ömər (l.ə.) üçün bir fəzilət kimi qeyd edib: "(Ömər (l.ə.) hz. Əliyə (ə.) deyir: Evinə od vuracağam ta ki, beyət edəsən, hətta o evin içində Peyğəmbər (s.) qızı olsa da” – Və əhli-sünnə bu hərəkəti Ömərin (l.ə.) böyüklüyünün dəlili hesab edirlər. (Sənəd: "Divan Hafiz İbrahim” c.1,səh.82);

8) Maviyə (l.ə.) Hz. Əliyə (ə.) yazdığı məktubunda ona istehza edərək deyir ki: Dəvənin burnuna keçirilən kəndir kimi sənə də kəndir keçirdilər və axırda beyət elətdirdilər. Amma hz. Əli (ə.) ona belə cavab verdi: "Ey Müaviyə, sən istədin ki, məni məzəmmət (aşağılayasan), ancaq heç fikir verməmisən ki, mənim başıma gətirilən bu hadisəni qeyd etməklə nə qədər mədh etmisən (tərifləmisən və bu işi törədənləri aşağılamısan) və mənə edilən zülmü bəyan etmisən” (Sənəd: "Şərh Nəhcil Bəlağə”, c.5,səh.186);

9) Hz. Əli Ağamızı (ə.) kəndirlə dartıb beyət etmək üçün Əbubəkrin (l.ə.) yanına gətirdikdə, onlardan soruşdu ki, əgər beyət etməsəm nə edəcəksiniz? Dedilər: Boynunu vuracağıq. İmam (ə.) dedi: Belə olduqda Allahın qulunu və Rəsulunun (s.) qardaşını öldürmüş olacaqsınız, onlar dedilər: Allahın qulu sözünü düz dedin, ancaq Rəsulunun qardaşı sözü düz deyil.” (Sənəd: İbn Quteybə "Əl-İmamətu Vəs-siyasətu”, c.1,səh.13; "Əlamun-Nisa”, Ömər Kəhalə, c.4,səh.115).

Qeyd: Ey əhli-sünnə camaatı yenədəmi deyirsiniz Xanım Zəhra beyət edib və razı qalmışdır?
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 1804 | Downloads: 0 | Comments: 2 | Rating: 5.0/3
Total comments: 2
0   Spam
2 EhlibeytAwiqi   (2016-03-27 9:04 AM)
Allah razi olsun.Menim bir sualim var.Cavab yazsaz co sevinerem.Bele bir hedis var ki.Qelb qirmagin gunahi 70 defe Kebeni yixmaq gunahindan daha boyukdur.Bu hedisi deye bilersiz?kimin hedisidir ve ne derecede dogrudir[size=10][color=red] ;

0   Spam
1 seyidzadeazer   (2015-08-17 11:56 AM)
ALLAHIN LANATI OLSUN AHLI BEYTIN DUWMANLARINA.

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]