Şənbə günü, 2024-12-21, 3:14 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Articles » Qur'ani-Kerim

94. Şərh surəsi
Qurani-Kərimin
Azərbaycan dilinə tərcümə və şərhi
94. Şərh surəsi
(Məkkədə nazil olmuşdur, səkkiz ayədir)
Bağışlayan və mehriban Allahın adı ilə
     1. Məgər Biz sənin sinəni (köksünü) genişləndirmədikmi? (Sənə bolluca səbr və hövsələ vermədikmi ki, böyük bir tutumla Xaliqə yetişmək və insanlarla rabitə qurmaq məqamını özündə yerləşdirəsən, elmlər, hikmət və din hökmlərinin mədəni olasan, ilahi mənbədən vəhy almaq və bəşər cəmiyyətinə onu yetirmək istedadına malik olasan və insanlara rəhbərlik və ümmətə atalıq edəsən.)
     2. Və (nübuvvət) yükünün ağırlığını səndən götürmədikmi? (Onu sənin üçün yüngül etmədikmi?)
     3. Elə bir yük ki, onun ağırlığı sənin belini bükmüşdü.
     4. Və adını sənin (əzəmətin) üçün ucaltdıq (ki, bütün kainatda uca məqamlarda zikr olunsun, Allahın adı ilə birgə çəkilsin, tovhid və peyğəmbərliyə birlikdə şəhadət verilsin. Allah, mələklər və insanlar səni mədh etsinlər, şöhrətin tədriclə yer kürəsini əhatə etsin və axirətdə Məhmud-bəyənilən olasan).
     5. (Bil ki,) şübhəsiz, hər bir çətinliklə yanaşı bir asanlıq var.
     6. Bəli, hər bir çətinlikdən sonra bir asanlıq vardır!
     7. (Ya Peyğəmbər) Elə ki (risaləti təbliğ etməkdən) azad oldun, (Allahın ibadətində) çalış!
     8. Və öz Rəbbinə rəğbət göstər!
     
Ərəbcədən tərcümənin və şərhlərin müəllifi:
Ayətullah Mirzə Əli Meşkini Ərdəbili
Azərbaycan dilinə tərcümə edənlər:
Ağabala Mehdiyev
Dürdanə Cəfərli
Category: Qur'ani-Kerim | Added by: el-kafirel_kufri (2009-05-22)
Views: 3582 | Rating: 4.0/3
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]