Main » Articles » Qur'ani-Kerim |
100. Adiyat surəsi
Qurani-Kərimin
Azərbaycan dilinə tərcümə və şərhi 100. Adiyat surəsi (Məkkədə nazil olmuşdur, on bir ayədir)
Bağışlayan və mehriban Allahın adı ilə
1. And olsun tövşüyə-tövşüyə çapan (cihad) atlar(ın)a, 2. (And olsun) dırnaqları ilə daşdan qığılcım qoparan atlara, 3. (And olsun) sübh çağı (düşmən üzərinə) hücum edənlərə 4. Hücumları ilə toz-torpaq qaldıranlara, 5. O hücumla (düşmənlərin) mərkəzinə yol tapanlara (and olsun) ki, 6. Həqiqətən, insan öz Rəbbinə qarşı çox nankor, xəsis və itaətsizdir! 7. Və şübhəsiz, o özü də buna şahiddir. 8. Həqiqətən, insan mal-dövlətə fitrətən (zatən) çox hərisdir. 9. Məgər o bilmirmi ki, qəbirlərdə olanlar çıxarılacağı zaman (Qiyamət günü), 10. Və sinələrdə (ürəklərdə) olanlar (iman və küfr, fəzilətlər və rəzilətlər əməl dəftərində və camaat arasında) açılacağı zaman, 11. Şübhəsiz, o gün onların Rəbbi hallarından xəbərdardır. Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev Dürdanə Cəfərli | |
Views: 3277 | Rating: 1.5/4 |
Total comments: 0 | |