Main » Articles » Qur'ani-Kerim |
106. Qureyş surəsi
Qurani-Kərimin
Azərbaycan dilinə tərcümə və şərhi 106. Qureyş surəsi (Məkkədə nazil olmuşdur, dörd ayədir)
Bağışlayan və mehriban Allahın adı ilə
1. Qüreyşin (həm bir - biri ilə, həm də Məkkə əhalisi və torpağı ilə) ülfəti və ünsiyyəti üçün (fil sahiblərini məhv etdi ki, onlar sonuncu Peyğəmbərin zühurunu dərk etsinlər və ona iman gətirsinlər). 2. Qışda (Yəmənə sarı) və yayda (Şama sarı) olan köçə onların ülfət (və meyl) bağlamaları üçün. 3. Bu evin (əzəmətli Kəbənin) Rəbbinə ibadət etsinlər. 4. O Allaha ki, onlara aclıq zamanı yemək verdi və qorxudan amanda saxladı. Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev Dürdanə Cəfərli | |
Views: 3364 | Rating: 3.5/2 |
Total comments: 0 | |