Main » Articles » Qur'ani-Kerim |
113. Fələq surəsi
Qurani-Kərimin
Azərbaycan dilinə tərcümə və şərhi 113. Fələq surəsi (Məkkədə nazil olmuşdur, beş ayədir)
Bağışlayan və mehriban Allahın adı ilə
1. (Ya Peyğəmbər!) De: «Pənah aparıram sübhün Rəbbinə, (bulaqların və bitkilərin çıxması ilə yarılan yerin, övladların doğulması ilə əmələ gələn qohumluq əlaqələrinin və ölülərin dirilməsi üçün yarılan qəbirlərin Rəbbinə)! 2. Yaratdıqlarının şərindən (şərr sahib olan - şeytanlar, xəbis cinlər və maddi şərlərdən). 3. Və (zülmətə) bürünməkdə olan qaranlıq gecənin şərindən və hücum edən hər hansı bir şər mövcudun şərrindən. 4. Və düyünlərə üfürən (cadugər) qadınların şərindən. 5. Və paxıllıq etdiyi zaman paxılın şərindən». Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev Dürdanə Cəfərli | |
Views: 5774 | Rating: 3.3/14 |
Total comments: 0 | |