Şənbə günü, 2024-12-21, 3:29 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Articles » Qur'ani-Kerim

95. Tin surəsi
Qurani-Kərimin
Azərbaycan dilinə tərcümə və şərhi
95. Tin surəsi
(Məkkədə nazil olmuşdur, səkkiz ayədir)
Bağışlayan və mehriban Allahın adı ilə
     1. And olsun əncirə və onun ağacına, zeytuna və onun ağacına (və ya Dəməşqdə və Beytül - Müqəddəsdə olan iki dağa - «Tin» və «Zeytun» dağlarına).
     2. Və and olsun Sina dağına (Allah Musa ilə orada danışmış və Tövratı üç gün dalbadal ayaq üstə qalan Musanın qulağına çatdırmış, onun qəlbinə nazil etmişdi).
     3. Və and olsun bu əmin-amanlıq (olan) şəhərə (şəriət baxımından toxunulmaz olan Məkkeyi - Müəzzəməyə) ki,
     4. Həqiqətən, Biz insanı(n cismini və ruhunu) ən gözəl bir biçimdə yaratdıq (ona düzgün qamət, mütənasib üzvlər, düşünən beyin və fəzilətlərə qadir olan bir ruh verdik).
     5. Sonra isə onu rəzillərin ən aşağı dərəcəsinə qaytardıq (maddi cəhətdən cismi və fikri zəiflik halında, mənəvi cəhətdən - bütün dəlillər təqdim edilib tamamlandıqdan sonra - cəhl və bədbəxtlik halında buraxarıq).
     6. Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa. Onlar üçün minnətsiz və saysız - hesabsız bir mükafat vardır.
     7. Belə isə (ey insan), bundan sonra səni cəza (gününü) təkzib etməyə vadar edən nədir?!
     8. Məgər Allah hökm edənlərin, hakimlərin ən yaxşısı deyilmi?

     
Ərəbcədən tərcümənin və şərhlərin müəllifi:
Ayətullah Mirzə Əli Meşkini Ərdəbili
Azərbaycan dilinə tərcümə edənlər:
Ağabala Mehdiyev
Dürdanə Cəfərli
Category: Qur'ani-Kerim | Added by: el-kafirel_kufri (2009-05-22)
Views: 2879 | Comments: 1 | Rating: 5.0/2
Total comments: 1
0  
1 seyidzadeazer   (2015-08-14 10:13 AM) [Daxil et]
ALLAH RAZI OLSUN.BU SURA MANIM AN COX SEVDIYIM SURADIR

Only registered users can add comments.
[ Registration | Login ]