Şənbə günü, 2024-12-21, 3:20 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Entries in category: 311
Shown entries: 1-50
Pages: 1 2 3 ... 6 7 »

Sort by: Tarix · Ad · Retinq · Serhler · Yukleme · Baxis
Şeytanla İblis bir-birindən nə ilə fərqlənir?

 Şeytan o kəsdir ki, insanı günah işlətməyə vadar edir, insanı ruhi cəhətdən xəstə edir. Allah insanı yaradan zaman Öz İlahi ruhundan ona üfürmüşdür. Sonra əmr edir ki, bütün mələklər ona səcdə etsinlər. Bu zaman İblis (lən) insanı səcdə edilməyə layiqli bilmədiyi üçün İlahi əmrdən boyun qaçırdır. Bu itaətsizliyinə görə də İlahi dərgahdan qovulur. (Tebyan)
Sual-cavab | Baxis: 1148 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-19 | Reytinq: 5.0/3 | Serhler(1)

Ulul-əzm nə deməkdir? Onlar kimlərdir?

 Əndişeyi-Qum saytına istinadən, İmam Rza (ə) buyurur: "Ulul-əzm ona görə belə adlanır ki, onların dini olmuşdur”. Bəli, Nuh peyğəmbərdən (ə) sonra məbus olan peyğəmbərlər onun şəriətinə və kitabına tabe olmuşdular. O zaman ki, Həzrət İbrahim (ə) məbus olur, ondan sonra gələn peyğəmbərlər onun dininə və kitabına tabe oldular.
Sual-cavab | Baxis: 1022 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-12 | Reytinq: 0.0/0 | Serhler(0)

Qarışqa Həzrət Süleymana nəyi aşkar etdi?
 
 Bir gün Həzrət Süleyman (ə) dənizin kənarında əyləşmişdi. Gözü üzərində buğda dənəsi aparan bir qarışqaya sataşdı. Süleyman ona baxmağa davam etdi. Gördü ki, o, suya yaxınlaşan zaman sudan bir qurbağa çıxır və ağzını açar. Qarışqa da onun ağzına girir. Qurbağa dənizə girir və yox olur. Süleyman bir qədər bu haqda düşünür. Sonra görür ki, qurbağa başını sudan çıxartdı və qarışqa ağzından çıxdı. 
Sual-cavab | Baxis: 1244 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-07 | Reytinq: 1.0/1 | Serhler(0)

Quranda hansı məsəllərdən və nə üçün istifadə edilir?

 
 Müqəddəs Kitabımız olan Quranda gələn məsəlləri üç hissəyə bölmək olar:
1. O məsəllər ki, təzəkkür verər: "Allah insanlar üçün (belə) məsəllər çəkir ki, bəlkə ibrət götürdülər”. ("İbrahim” 25).
2. O məsəllər ki, təfəkkür etməyə səbəb olar: "Və bu məsəlləri insanlar üçün çəkirik ki, bəlkə fikirləşələr”. ("Həşr” 21).
Sual-cavab | Baxis: 941 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-06 | Reytinq: 0.0/0 | Serhler(0)

Göz dəymək vardırmı?

  İnsan ruhunun qüdrəti o qədər böyükdür ki, indiyə qədər hələ də tanınmamışdır. Onun bu dünyadakı nümunəsinə telepatiya, uzun məsafədən fikrin çatdırılması, sehri misal çəkmək olar. Bundan başqa insanlar arasına nifaq salmaq, dostu düşmən etmək, malı zay etmək də göstərmək olar. 
Sual-cavab | Baxis: 1289 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-30 | Reytinq: 0.0/0 | Serhler(0)

Mömin can verəndə kimləri görər?

 İlahi rəhmətlə əhatə olunmuş can verən mömini mələklər qarşılamaqla yanaşı, İlahi Övliyalar da onun görüşünə gələrlər. Can verən zaman bu görüş onun ruhuna təskinlik verər.
Həqiqətdə bu, həmin möminin öz İmamı (ə) ilə yaratdığı o məhəbbətli rabitənin səmərəsidir.
Sual-cavab | Baxis: 1091 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-11 | Reytinq: 5.0/2 | Serhler(1)

Suаl: Nә üçün Аllаh şеytаnı insаnа qаlib еtdi?

Cаvаb: Şеytаnın insаnlа rаbitәsi vә оnun tәsir imkаnı insаndаkı hеyvаni hisslәrin tәsirindәn hеç dә güclü dеyil. Аllаh insаnа hеyvаni mеyllәrlә yаnаşı düşüncә, vicdаn әtа еtmiş, әn üstün tаrаzlıq vә tәnzim vаsitәlәrini оnun iхtiyаrındа qәrаr vеrmişdir.
Sual-cavab | Baxis: 1038 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-02 | Reytinq: 2.0/1 | Serhler(0)



Riyakarcasına olan əməlin qəbul olmamasını bilirsinizmi?!
Sual-cavab | Baxis: 884 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-31 | Reytinq: 0.0/0 | Serhler(0)

Həzrət Həmzəyə niyə "Allahın və Rəsulunun şiri” adını vermişdilər?

 Həmzə ibni Əbdülmüttəlib ibn Haşim ibni Əbdülmənaf, Həzrət Peyğəmbərin (s) və İmam Əlinin (ə) əmisi idi. O, Peyğəmbərimizdəndən (s) təxminən 2 ya 4 yaş böyük idi.
Həmzə İslam dinini besətin 3-cü və ya 4-cü ilində qəbul etmişdir. O, Peyğəmbərin (s) yanına gəlir və deyir: "Qardaş oğlu! O şey ki, deyirsən, haqdır?”. 
Sual-cavab | Baxis: 1096 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-25 | Reytinq: 0.0/0 | Serhler(1)

Niyə bəzən dualar qəbul olmur? Qəbul olmaq üçün nə etməli?

 Məsum İmamlar (ə) hər bir sahədə bizim yar və yardımçımız olduqları üçün, duaların qəbul olmasına mane olan amilləri də bizə tanıdırlar. İmam Əli (ə) buyurur: "Günah duaların qəbul olmasına mane olar”.
Günah duaların qəbul olmamasına üç növ təsir qoyar.
1. Duanın ləzzətini aradan aparar. İnsan dua edər, ancaq ləzzət almaz.
2. Duanın qəbul olmasına mane olar.
3. Dua etmək tofiqini və ya dua məclisində iştirak etməyi ondan uzaq edər.
Sual-cavab | Baxis: 1408 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-25 | Reytinq: 0.0/0 | Serhler(0)

Niyə möminlərin bəzisi yoxsuldur?

Ətrafımızda elə insanlar vardır ki, səmimi qəlbdən Allahın buyurduqlarına əməl edərlər. Ancaq həyatlarında minlərlə kiçikli və böyüklü problem vardır. İstəklərinə və arzularına çatmazlar. Həmişə başqalarından geri düşərlər.
Nemətlər iki cür olur: xarici və batini.
Sual-cavab | Baxis: 1133 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-19 | Reytinq: 0.0/0 | Serhler(0)

Bərzəx haradadır?

Dünya aləmi insan bədəni kimi iki hissədən ibarətdir: dünya və bərzəxdən. Dünya maddi -zahiri aləmdir, bərzəx isə batini-misali aləmdir.
Dünya maddidir və hiss olunasıdır. İnsan bədəni ilə dünyanı hiss edə bilir. Öləndən sonra isə insanın bədəni və zahiri qəlibi gücsüzləşəndən sonra, bərzəx bədəni onun yerini alar. Çünki bu bədən həmin aləmə uyğun gəlir. Bərzəx aləmindəki hadisələri dərk etmə qabiliyyətinə malik olur.
Sual-cavab | Baxis: 886 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-16 | Reytinq: 5.0/1 | Serhler(0)

Yəmin səhabələri kimlərdir?

"Hər kəs öz əməlinin girovundadır (hər bir kəs yerinə yetirilməli olduğu vaciblərin və etdiyi haramların müqabilində girovdur. Vacibatları yerinə yetirdikdən və günahları yuduqdan sonra azadlığa buraxılar), «Əshabi-yəmin»dən (girovdan azad olmuş əməl dəftəri sağ əlinə verilmiş salehlərdən) başqa”. ("Muddəssir” 38-39).
Sual-cavab | Baxis: 857 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-16 | Reytinq: 0.0/0 | Serhler(0)

İnsanın yaradılışından əvvəl cinlərin peyğəmbəri olubmu?

Cinlər üçün iki bəşər zamanı mövcuddur. Biri insanın yaradılışından əvvəl və o biri isə xilqətdən sonrakı zamandır.
İnsan xilqətindən sonrakı zamana nəzərə salsaq görərik ki, Quran ayələri həm insanı və həm də cinləri mükəlləf hesab etmiş və hər ikisinin də İlahi vacibatlara əməl etməli olduğunu buyurmuşdur. Onlar da insanlar kimi ya ibadət əhli olurlar, ya da kafir. Cinlər də insanların peyğəmbərinə iman gətirib, onların əmrlərinə itaət etmişdilər.
Sual-cavab | Baxis: 912 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-06 | Reytinq: 0.0/0 | Serhler(0)

Həzrət Adəmin (ə) hansı elmi var idi?

 

  "Və bütün adları Adəmə öyrətdi (dünyanın bütün varlıqlarının nəsli kəsilənədək adlarını bir dildə və ya bəşəriyyətin gələcəkdə olacaq bütün dillərində və yaxud bütün ad sahiblərinin həqiqətlərini, xüsusiyyətlərini və nişanələrini ona öyrətdi). Sonra onları (bu mənaları) mələklərə göstərərək buyurdu: «Əgər doğruçusunuzsa bunların adlarını (və ya həqiqət və sirlərini) Mənə xəbər verin». ("Bəqərə” 31).
Sual-cavab | Baxis: 849 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-04 | Reytinq: 0.0/0 | Serhler(0)

Kimlər Qiyamət günü kor məhşur olacaq?

"Əgər (fəsada) qayıtsanız, Biz də (cəza verməyə) qayıdarıq”. ("İsra” 8). Allah bu ayəsi ilə pis əməl sahibi olub və sonra tövbə edənləri bir növ hədələyir. Onlara xəbərdarlıq edir ki, əgər etdiyiniz tövbədən sonra yenidən fəsada və günaha qayıtsanız, Biz də rəhmət və məğfirətdən əl çəkəcək, cəza verməyə qayıdacağıq.

Sual-cavab | Baxis: 1008 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-02 | Reytinq: 0.0/0 | Serhler(1)

Seçim bizimdir: şad olaq, yoxsa pərişan?

İnsan elə bir varlıqdır ki, öz həyatına təsir qoya bilir. Ona görə də həyatda şad və ya qəmgin olmasını da özü müəyyən edir və özü seçir. Heç bir şey sizin icazəniz olmazsa, sizi şadlandırmaz və ya qəmləndirməz. Bu, sizin özünüzsünüz ki, başqalarının hal-əhvalından asılı olmusunuz. Bunu yaddan çıxartmayın ki, sizin özünüzlə heç bir probleminiz yoxdur.

Sual-cavab | Baxis: 883 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-02 | Reytinq: 0.0/0 | Serhler(0)

Niyə bəzi qəlblər daşdan da bərk olur?

   Allah insanı gildən xəlq etmiş və  ruhuna da Öz ruhundan üfürmüşdür. İnsanın ruh və cismini təkamülə çatmaq üçün bir vasitə qərar vermişdir. Bu ikisi bir-birindən ayrılmadan hidayət yolunu gedə bilər. Quşların iki qanadına bənzəyir ki, biri olmasa, uça bilməz. Ona görə də insanın həm cismi və həm də ruhu öz həqiqi inkişafına çatmalıdır. Hər biri inkişafdan qalsa, təkamül naqis olacaqdır. Qurani-Kərim insanın ruh və canından bəhs edən zaman qəlbinə işarə edir.

Sual-cavab | Baxis: 836 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-29 | Reytinq: 0.0/0 | Serhler(0)

Müaviyyənin (lən) hiyləsi necə ifşa edildi

Müaviyyə (lən) ona etiraz edən insanların qarşısına çıxır və deyir: "İnsanlar! Məgər siz Allah kitabının haqlı olduğunu qəbul etmirsinizmi? Dedilər: "Bəli, qəbul edirik”. "Onda bu ayəni oxuyun: "(Varlıq aləmində və sizin təsəvvür aləminizdə) elə bir şey yoxdur ki, onun xəzinələri (onun vücudunun Bizim mütləq iradəmiz və «ol» kəlməsi olan mənbələri) Bizim yanımızda olmasın və Biz onu (vücud mərhələsinə) yalnız müəyyən miqdarda nazil edirik”. ("Hicr” 21).

 

Sual-cavab | Baxis: 909 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-29 | Reytinq: 5.0/1 | Serhler(0)

Behişt əhli kimlərdir?

"Şübhəsiz, iman gətirib yaxşı işlər görən və öz Rəbblərinə inamla könül verən kəslər Cənnət əhlidirlər və orada əbədi qalacaqlar”. ("Hud” 23).

O kəslər ki, Pərvərdigarın ibadətinə təkəbbür etməz, qəlbləri tövazökardır, heç bir zaman imanları titrəməz, saleh əməl yerinə yetirərlər.
Sual-cavab | Baxis: 862 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-29 | Reytinq: 0.0/0 | Serhler(0)

Şeytandan qabaq kafir olubmu?

= Bəqərə surəsinin 34-cü ayəsində oxuyuruq: "(Ya Peyğəmbər!) Biz mələklərə: "Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) O, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu.” Ayədən belə görünür ki, şeytandan qabaq kafirlər olub. Qeyd edək ki, şeytan cin növündəndir. Kəhf, 50: "(Ya Rəsulum!) Xatırla ki, bir zaman mələklərə "Adəmə (təzim məqsədilə) səcdə edin!” – demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən (cin tayfasından) idi. O öz Rəbbinin əmrindən çıxdı.
Sual-cavab | Baxis: 844 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-26 | Reytinq: 0.0/0 | Serhler(0)

Nə üçün gənclər dini мəclislərdən qaçırlar?

Sual: Bir çox gənclərin dini мəclislərə мaraq göstərмəмəsinin səbəbi nədir? Probleм hansı yolla həll edilə bilər? Gənclərin diqqətini cəlb etмək üçün hansı мetodlardan istifadə etмәk lаzıмdır?

Sual-cavab | Baxis: 860 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-24 | Reytinq: 0.0/0 | Serhler(0)

Əməllərİn hesabında həqİqİ yoxsul kİm olacaqdır?

İnsanların çoxu Qiyamət günü görəcəklər ki, əllərində heç bir şey qalmamışdır. Dilənçilik etməyə başlayacaq və insanlardan yardım diləyəcəklər. Həm yaxşılardan və həm də pislərdən kömək istəyəcəklər. Şeytandan da kömək diləyən olacaqdır. Mələklərdən kömək istəyəcəklər. Allahdan kömək istəyəcəklər.

Sual-cavab | Baxis: 943 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-18 | Reytinq: 0.0/0 | Serhler(1)

Axşam dırnaq tutmaq olarmı?

 

  İslam dini dırnaqların tutulmasını müstəhəb bir əməl kimi qiymətləndirir. Xüsusilə də cümə günü dırnaqların tutulmasını vurğulayır. Sol əlin çeçələ (kiçik) barmağından başlayıb, sağ əlin çeçələ barmağına qədər tutursan.
Sual-cavab | Baxis: 1929 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-06 | Reytinq: 5.0/2 | Serhler(0)

Bəzi evlər niyə qəbiristanlığa bənzəyir?


  İnsanların bəzisi qəbiristanlıqda yaşayırlar. Bu qəbiristanlıq onların öz evləridir. Qaranlıq, zülmətlidir və orada heç bir nur yoxdur. Allah Təala buyurur ki, iki yerdə Quran oxumağın fəziləti çoxdur: biri məscid və o biri isə evdir. Həzrət Peyğəmbər (s) buyurur:
Sual-cavab | Baxis: 913 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-06-20 | Reytinq: 4.0/1 | Serhler(1)

Mələklər Allaha etiraz etdi?

Quran hekayətlərini nəzərdən keçirdikdə yaranan suallardan biri budur ki, nə üçün İblis Allahın göstərişinə itaət etməyəndə ilahi dərgahdan qovuldu, mələklər insanın yaranışına etiraz edəndə cəzalandırılmadı?
İstənilən mövzuda sualın üç məqsədi ola bilər: öyrənmək məqsədi, qarşı tərəfi sınamaq məqsədi, deyilən sözə və ya görülən işə etiraz məqsədi.
İnsanın yaranışından xəbər tutan mələklərin sual verməkdə məqsədi etiraz yox, öyrənmək idi.

Sual-cavab | Baxis: 733 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-06-16 | Reytinq: 0.0/0 | Serhler(0)

İnsana ruzi necə verilir?

Ruzi bəndələrə bərabər şəkildə verilməz. Allah insan həyatını nizama salmaq üçün onların ruzisini fərqli qərar vermişdir.

Allah bütün məxluqlarına - istər mömin olsun, istərsə də kafir, istər insan olsun, istərsə də heyvan - ruzi qərar vermişdir. Hər bir insanın ruzisi müəyyən edilmişdir. İlahi dərgahda qeyd edilmişdir.

Sual-cavab | Baxis: 1170 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-05-30 | Reytinq: 4.0/3 | Serhler(0)

Qiyamət əzabı kimlər üçündür?

Təbərsi "Məcməul-bəyanda” yazır ki, Məaz ibni Cəbəl bir gün Peyğəmbərin (s) yanında əyləşmişdi. Birdən Məaz Həzrətə (s) deyir: "Ya Rəsulallah!”. Sonra is bu ayəni təlavət edir: "Sura (üçüncü dəfə) üfürüləcəyi gün siz (qəbirlərdən çıxıb haqq-hesab olunmaq üçün) dəstə-dəstə gələcəksiniz”. ("Nəbə” 18).
Sual-cavab | Baxis: 957 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-05-27 | Reytinq: 5.0/2 | Serhler(0)

Quranın nəzərində ən gözəl göz hansıdır?

İnsanlar arasında gözəllik axtarışı müxtəlif hədəflərlə olur. Bəziləri özlərini ona görə gözəlləşdirirlər ki, ictimai məqama sahib olsunlar. Bəziləri başqalarının diqqətini özünə cəlb etmək üçün belə edirlər. Bəziləri isə özlərini gözəlləşdirməkdəki hədəfi zati bir istək kimi qiymətləndirir, istəsələr də, istəməsələr də gözəl görünməyi xoşlayırlar.
Sual-cavab | Baxis: 941 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-05-22 | Reytinq: 0.0/0 | Serhler(0)

Özünü insan adlandıran varlıq heyvani hislərə necə təslim ola bilər?!

İnsan yaranmışların şərəflisi olduğuna diqqət etsə, çirkin əxlaq və günahdan qaçar. Özünü insan adlandıran varlıq heyvani hislərə necə təslim ola bilər?!
Həzrət Əli (ə) buyurur: "Özünü əziz tutan insan üçün şəhvətlər ləyaqətsiz görünür.”
İmam Səccadan (ə) soruşdular ki, ən dəyərli insan kimdir? Həzrət cavab verdi ki, ən dəyərli insan özünü dünyadan dəyərli biləndir.
Sual-cavab | Baxis: 893 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-05-20 | Reytinq: 5.0/2 | Serhler(0)

Yoxsul olmaq, yoxsa zəngin?

İsanların bir çoxu belə düşünr ki, əgər zəngin olsalar, rahatlığa çata biləcəklər. Hər cür nigarançılıqdan və iztirabdan uzaq olacaqlar. Bu təsəvvür illərdir ki, Qərb cəmiyyətlərində hakimdir. Buna görə də Qərb ölkələrinin insanları daha çox sərmayə qoyub daha çox qazanmağa çalışırlar.
Sual-cavab | Baxis: 880 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-05-20 | Reytinq: 0.0/0 | Serhler(0)

Həzrət İsanın (ə) çörəyini oğurlayanın aqibəti necə oldu?

Bir gün bir şəxs Həzrət İsa (ə) ilə həmsəfər olur. Bir çayın kənarına çatırlar. Orada əyləşib süfrə açırlar. Üç dənə çörəkləri var idi və onun ikisini yeyirlər. Üçüncüsü qalır, Həzrət İsa (ə) çaydan su içməyə gedir. Qayıdan zaman görür ki, süfrədəki üçüncü çörək yoxdur. Soruşur ki, bu çörək haradadır? Həmin şəxs cavab verir ki, bilmirəm.
Sual-cavab | Baxis: 888 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-05-20 | Reytinq: 5.0/2 | Serhler(0)

Kəbə haqqında bunları bilirsizmi? 

Kəbə ərəbcə "əl-Kəb”(الكعب) sözündən götürülüb mənası "kub" deməkdir. Kəbənin şimal-şərq divarıının eni 12,63 m, şimal-qərb divarının eni 11,03 m, cənub-qərb divarının eni 13,10 m, cənub-şərq divarının eni 11,22 m və hündürlüyü 13,10 m-dir. Müqəddəs tikilinin sahəsi 128,4 kv.m-dir. Kəbə binasının küncləri Yer kürəsinin qütblərinə — şimal, cənub, şərq ve qərb istiqamətlərinə istiqamətlənmişdir.
Sual-cavab | Baxis: 1214 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-05-07 | Reytinq: 5.0/1 | Serhler(0)

Qəbir öz sahibinə nə deyir?

Mömin bəndə qəbirə daxil olan zaman qəbiri ona deyər: "Mərhəba! Xoş gəlmisən. Allaha and olsun ki, mən səni sevdim. Mənim üzərimdəki torpaqda yol getdiyin vaxtdan, indi ki, qarnımdasan, səni daha çox sevdim”.

Sual-cavab | Baxis: 1054 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-05-07 | Reytinq: 5.0/1 | Serhler(0)

Əbədi əzab nə deməkdir?

 Yalnız Cəhənnəm yoluna (hidayət edər) ki, orada həmişəlik olaraq əbədi qalarlar. Bu iş (saysız-hesabsız insana sonu bilinməyən bir müddət ərzində məhdudiyyəti olmayan bir əzab vermək) Allah üçün asandır”. ("Nisa” 169).

Sual-cavab | Baxis: 886 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-05-04 | Reytinq: 5.0/1 | Serhler(0)

İnsanın əməl dəftərində nələr yazılır?
İnsanın hesaba çəkilən günü əməl dəftərini əlinə verəcəklər. Quran ayələrinə və hədislərə görə insanın bütün əməlləri, rəftar və danışıqları, hətta niyyətləri belə burada qeydiyyata alınmışdır. "Əlbəttə, ölüləri dirildən və onların əvvəlcədən göndərdiklərini (həyatda olarkən etdikləri əməlləri) və izlərini (qoyub getdiklərini) yazan Bizik”. ("Yasin” 12).
Sual-cavab | Baxis: 1047 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-04-21 | Reytinq: 5.0/2 | Serhler(0)

Ruh nə zaman bədənə aid olmağa başlayır?

"Şübhəsiz, Biz insanı(n ulu baba və nənəsini) gilin cövhərindən (ruh üfürməklə və ona möcüzəvi şəkildə can verməklə) yaratdıq. Sonra onu(n nəslini) nütfə (torpağın maddələrinin cövhəri) şəklində möhkəm bir yerə (ana bətninə) qoyduq. Sonra nütfəni ələqə etdik (laxta qana çevirdik), sonra ələqəni muzğə etdik (çeynənmiş ət şəklinə saldıq).

Sual-cavab | Baxis: 939 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-04-21 | Reytinq: 5.0/1 | Serhler(0)

Fasiq kimdir? Fasiqdən niyə uzaq olmaq lazımdır?

Fasiq insan o kəsə deyilir ki, açıq-aşkar və heç kimdən çəkinməyərək, əxlaqın, qanunun ziddinə olan rəftar nümayiş etdirir.
Fasiqliyin kükünü həmin şəxsin imanının kamil büluğa çatmamasında axtarmaq lazımdır. Ona görə də ola bilsin ki, həmin şəxs müsəlman olsun, ancaq fasiq olsun. Çünki onun imanı və İslamı elə həddə çatmamışdır ki, onu bu rəftarlardan saxlasın.
Sual-cavab | Baxis: 1300 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-04-07 | Reytinq: 0.0/0 | Serhler(0)

Şəhid cəhənnəmə gedə bilərmi?

İslam dinində başqalarına yaxşılıq etmək ön planda durur. Cihad və şəhadət də yaxşılığın bir növüdür. O qədər mühüm bir sahədir ki, Allah buyurur ki, şəhadət qapısını ancaq muxlis bəndələrim üçün açaram.

Sual-cavab | Baxis: 1072 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-04-06 | Reytinq: 0.0/0 | Serhler(0)

Şeytan hansı insanlara vəsvəsə edə bilmir?

Batil və haram işlərin mənbəyi olan batil fikirlər bəzən şeytan tərəfindən təlqin edilir və bəzən də napak insanlar tərəfindən. Hər bir halda insan ancaq Allaha pənah apararaq, amanda qala bilər. İnsanı alçaq fikirlərə dəvət edən - şeytandır
Sual-cavab | Baxis: 896 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-04-02 | Reytinq: 0.0/0 | Serhler(0)

Hansı beş şey, hansı beş şeyin müqabilindədir?

Hədislərdə zəlzələ, ölüm və digər hadisələr, zəkat verməməyin, tərəzidə aldatmağın, zinanın yayılmasının və s. bu kimi əməllərin nəticəsi kimi əlaqələndirilir. Məsələn, «Mutəfifin» surəsinin ilk ayələri haqqında İbn Abbas belə nəql edir: «Mədinəlilərin çoxu tacir olub, öz aralarında tərəzidə aldadırdılar.
Sual-cavab | Baxis: 897 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-22 | Reytinq: 4.3/3 | Serhler(0)

Qiyamət günü azyaşlı uşaqlar və dəlilər hesaba çəkiləcəkmi?


İlk növbədə bunu bilmək lazımdır ki, dini vacibatları yerinə yetirmək üçün insan ağla və həddi-büluğa malik olmalıdır. O zaman ki, insanın üzərində vacibatları olmaz - o, hesaba çəkilməz və savab və cəza almaz.
Sual-cavab | Baxis: 1174 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-13 | Reytinq: 0.0/0 | Serhler(0)

Müsəlman yalan danışa bilərmi?

İstər müsəlman, istərsə də qеyri müsəlmanlar arasında yalan ən çirkin sifətlərdən hеsab olunur. Qurani Kərimdə bu barədə buyurulur: «Yalanı yalnız Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançıdırlar.»
İmam Sadiq (ə) buyurur: «İnsanların ruku və səcdələrinin uzunluğuna baxmayın.
Sual-cavab | Baxis: 836 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 5.0/1 | Serhler(0)

Mürtəd kimdir?

İslam dinində iman gətirdikdən sonra küfr еdən insana mürtəd dеyilir. Kitab əhlinə bir o qədər də sərt münasibət göstərməyən islam, islamı qəbul еtdikdən sonra mürtəd olunca ona kəskin yanaşır. Çünki, bu böyük günah bütün islam dünyasına qarşı qaldırılmış qiyamdır və cəmiyyəti parçalayır.
Sual-cavab | Baxis: 865 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Cənnətdə hansı nеmətlər vardır?

Qurani Kərimdə cənnətin maddi və mənəvi nеmətlərindən ətraflı şəkildə danışılmışdır. Səkkiz qapısı olan cənnətdə möminləri səkkiz böyük nеmətin gözlədiyi bildirilir:
1. Yamyaşıl cənnət bağları, göz yaşı tək duru bulaqlar;
2. Bütün xəstəliklərdən və ağrılardan uzaq sağlamlıq;
Sual-cavab | Baxis: 965 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 5.0/1 | Serhler(0)

Təbii fəlakətlərin səbəbi nədir?


Son dövrlər planеtimizi bürümüş təbii fəlakətlərin səbəbi hamını maraqlandırır. Əslində isə bu sualın cavabı olduqca sadədir. Allah Təala buyurur: «Allah bir şəhəri misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi. Ruzisi də hər yеrdən bol-bol gəlirdi. Lakin əhalisi Allahın nеmətlərini inkar еtdi. Allah da həmin şəhərin sakinlərinə еtdikləri əməllərə görə aclıq və qorxu bəlası daddırdı.» (Nəhl surəsi, ayə112)
Sual-cavab | Baxis: 834 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Din ilə еlm arasında ziddiyyət varmı?

Din dеyildiyi zaman ağlımıza iki ayrı məfhum gəlir. Biri «haq din», digəri isə «batil dinlər». Batil dinlər insanların öz təxəyyülləri nəticəsində yaranan və yaxud bir haqq dinin təhrif еdilməsi ilə mеydana gələn bəzi mənasız inamlardır. Haqq din isə bu kainatı qüdrətilə yaradıb, hikmət və еlmi ilə nizamlayan, yеr üzünü insanlar üçün bеşik, günəşi bir lampa еdən, zəmiləri çiçəklərlə, səmanı ulduzlarla bəzəyən Allah-Təalanın əmr və qadağalar məcmuəsidir.
Sual-cavab | Baxis: 914 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(1)

Təyin olunmuş ruziyə zəhmət çəkmədən nail olmaq olarmı?

Quran ayələrindən məlum olur ki, ruzi təkcə maddi nеmətlərdən ibarət dеyil. Bu sözün lüğəti mənası «davamlı hədiyyə» dеməkdir. Ruzi anlamı qida maddələri ilə yanaşı məskən, gеyim, еlm, düşüncə, iman kimi nеmətləri də əhatə еdir. Ali-İmran surəsinin 169-cu ayəsində buyurulur: «Allah yolunda öldürülənləri ölü zənn еtmə. Onlar öz Rəbbiləri yanında ruzi içindədirlər.»
Sual-cavab | Baxis: 842 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Kafirlərin xеyir əməllərinin savabı varmı?

Cavab: «İbrahim» surəsinin 18-ci ayəsində buyurulur: «Rəbbini inkar еdənlərin əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı külə bənzəyir. Onlar еtdikləri əməllərdən hеç bir fayda əldə еdə bilməzlər.» «Furqan» surəsinin 23-cü ayəsində isə bеlə oxuyuruq: «Biz onların еtdikləri əməlləri qəsdən dağınıq zərrələrə döndərərik.»
Sual-cavab | Baxis: 764 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Hal-hazırda behişt və cəhənnəm mövcuddurmu?

Cavab: Əksər İslam alimlərinin fikirinə görə, hal-hazırda həm behişt, həm də cəhənnəm mövcuddur. Qurani-kərimin müxtəlif ayələrində bu fikir yetərincə aydın təsdiqlənir. «Tövbə» surəsinin 89-cu ayəsində buyurulur: «Allah onlar üçün əbədi qalacaqları, altından çaylar axan cənnətlər hazırlamışdır».
Sual-cavab | Baxis: 869 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 1.0/1 | Serhler(0)

1-50 51-100 101-150 ... 251-300 301-311