Main » Files » Digər məlumatlar » Sual-cavab |
Şeytandan qabaq kafir olubmu?
2013-07-26, 0:35 AM | |
Şeytandan qabaq kafir olubmu?
Bəqərə surəsinin 34-cü ayəsində oxuyuruq: "(Ya Peyğəmbər!) Biz
mələklərə: "Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı) səcdə
etdi. (Yalnız) O, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və
kafirlərdən oldu.” Ayədən belə görünür ki, şeytandan qabaq kafirlər
olub. Qeyd edək ki, şeytan cin növündəndir. Kəhf, 50: "(Ya Rəsulum!)
Xatırla ki, bir zaman mələklərə "Adəmə (təzim məqsədilə) səcdə edin!” –
demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən (cin
tayfasından) idi. O öz Rəbbinin əmrindən çıxdı. Onlar sizin düşməniniz
olduğu halda, siz Məni qoyub onu və nəslini (övladını özünüzə) dostmu
tutursunuz? Bu, zalımlar üçün necə də pis dəyiş-düyüşdür!” Şeytan da
insan kimi iradəsi olan, azad bir mövcuddur. Buna Quranın müxtəlif
ayələrində işarə olunub. Məsələn, Ər-Rəhman surəsinin 39-cu ayəsində
buyurulur: "O gün nə bir insan, nə də bir cin günahı barəsində
sorğu-sual olunmayacaqdır! (Yol ancaq cəhənnəmdir!)” Ayələrdən aydın
olur ki, istər insanlar, istər cinlər gedəcəyi yolu özləri seçirlər.
Əhqaf surəsinin 29-cu ayəsində bildirilir ki, varlıqlar yaxşı və pisi
seçməkdə azaddırlar. Əraf surəsinin 179-cu ayəsinə əsasən, hər bir
yaranmış öz seçdiyi yola uyğun aqibətə çatır. Allah-Taala cin və insanı
səadətə, kamala çatmaq üçün yaratmışdır. Onlar eyni zamanda doğru yola
hidayət edilirlər. Amma bəzən insan və ya cin hidayət yolunu qəbul
etmir. Cin surəsində bu barədə məlumat verilir. Yolunu azanlar hətta
başqalarını da azğın yola dəvət edirlər. Nas surəsində insanlardan və
cinlərdən olan şeytanlar yada salınır. Qurani-kərimdə azğın insan və azğın cin şeytan adlandırılır. Şeytanlardan biri İblisdir. Ənam surəsinin 112-ci ayəsində oxuyuruq ki, İblis yolunu azıb Allahın Adəmə səcdə əmrinə itaət etmədi. Təbii ki, şeytanın kimsə üzərində hakimiyyəti yoxdur. O yalnız vəsvəsə edir, qəlblərə şübhə salır. Allah insana bu barədə xəbərdarlıq edib. Şeytanın vəsvəsələrinə müqavimət göstərənlərə böyük mükafat vəd olunub. (Bax: Hicr, 33; Ər-Rəhman, 15; Əraf, 12; Sad, 76) Bəzi ayələrə görə cinlər də insanlar kimi azaddır və seçim apara bilər. Şeytan cin növündən olduğu üçün iradəsinə görə hərəkət edirdi və onun Allaha itaət etməməsi mümkün idi. Doğrudur ki, o ibadətinə görə mələklərlə bir cərgədə dayanmışdı. Amma növ baxımından cinlərə aid idi. İnsan torpaqdan, şeytan oddan yaradılmışdır. Allah-Taala Quranda buyurur ki, mələklərə insana səcdə etmək əmri veriləndə hamı səcdə etdi, şeytan boyun qaçırdı. (Bax: Bəqərə, 34) Həzrət Əli (ə) buyurur: "Allahın İblislə rəftarından ibrət götürün. 6 min il Allaha ibadət etmişdi. Bir saat təkəbbürlə bütün zəhmətlərini puça çıxardı.” Digər bir nöqtə budur ki, küfr əməli batil edir. Təkəbbür şeytanı küfrə apardı. Bir qığılcım barıt anbarının külünü göyə sovurur. Beləcə, bir təkəbbür İblisin uzun illər ibadətinin üzərindən xətt çəkdi. Qurani-kərimdə buyurulur ki, İblis təkəbbür və itaətsizlik nəticəsində kafirlərdən oldu. İnsandan əvvəl cinlər xəlq olunmuşdu. Onlar yer üzündə fəsad törədirdilər. Mələklər Allahın əmri ilə cinlərdən olan mürtədləri məhv etdilər. Onların başçısı olan şeytan əsir götürüldü. Şeytan mələklərin ibadətinə baxıb, bu yolu seçdi. Amma məqsədi mələklərdən yuxarı məqama qalxmaq idi. Küfrü üzə çıxanda Allah dərgahından qovuldu. (أطیب البیان فی تفسیر القرآن، ج 11، ص، 276) Aydın olur ki, şeytan Adəmə səcdədən öncə küfrünü göstərmişdi. Bundan əlavə Adəmdən əvvəl insan nəslinin oxşarı vardı. Onlar da azad varlıqlar idi, bəzisi iman gətirmişdi, bəzisi kafir olmuşdu. Təfsiri-Əyyaşidə imam Sadiqdən (ə) nəql olunur ki, mələklər yer sakinlərinin qan tökdüyünü görməsəydilər Allah Adəmi yaradanda yer üzündə qan tökəcək bir varlıq yaradılmasını dilə gətirməzdilər. HaqqYolu/hawzah | |
Views: 842 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |