Çərşənbə axşamı, 2024-03-19, 10:52 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Articles » Qur'ani-Kerim

104. Huməzə surəsi
Qurani-Kərimin
Azərbaycan dilinə tərcümə və şərhi
104. Huməzə surəsi
(Məkkədə nazil olmuşdur, doqquz ayədir)
Bağışlayan və mehriban Allahın adı ilə
     1. İnsanlarda eyib axtarmağa adət edən və başqaları haqqında pis danışan hər bir kəsin vay halına.
     2. O kəs ki, mal yığıb onu dönə - dönə sayar (və bu mal - dövləti necə əldə edib, necə xərcləmək barədə Allahın əmrinə heç bir əhəmiyyət verməz).
     3. Və elə zənn edər ki, mal - dövlət onu əbədi yaşadacaqdır (və ölüm, yaxud bədbəxt hadisələr onu haqlamayacaqdır).
     4. (Xeyr,) belə deyildir, şübhəsiz, o Hutəməyə (əzən oda) atılacaqdır.
     5. Və sən nə bilirsən ki, Hutəmə nədir?!
     6. O, Allahın yanar odudur.
     7. Elə bir od ki, (küfr, şirk və nifaq mərkəzi olan) ürəklərə nüfuz edər (və zahirdən əlavə, batini də yandırıb - yaxar).
     8. Həqiqətən, o odun qapısı (ondan xilas yolu) onların üzünə qapanar (və çıxış yolları olmaz).
     9. Onlar hündür sütunlara (bağlanarlar və cəzalanarlar).

     
Ərəbcədən tərcümənin və şərhlərin müəllifi:
Ayətullah Mirzə Əli Meşkini Ərdəbili
Azərbaycan dilinə tərcümə edənlər:
Ağabala Mehdiyev
Dürdanə Cəfərli
Category: Qur'ani-Kerim | Added by: el-kafirel_kufri (2009-05-22)
Views: 2958 | Rating: 2.7/3
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]