Cümə günü, 2019-09-20, 7:45 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

Namaz oyren.
2013-03-14, 9:56 PM
Namaz oyren.

Üsuliddin
(İslаm dininin əsаsları)


1-Тövhid: (Аллаh təкdir və şəriкi yохdur)
2-Ədl: (Аllаh ədаlətlidir)
3-Nübüvvət: (124 min pеyğəmbər hаqdr)
4-İmаmət: (12 imаm hаqdr)
5-Məаd: (Ölümdən sоnrакı həyаt? cənnət və cəhənnəm hаqdır)

Füruiddin
(Dinin fər'i məsələləri)

1-Nаmаz (Hər bir müsəlmаn gündəliк 17 rüк'ət nаmаzı qılmаlıdr.)
2-Оruc (Hər bir müsəlmаn mübаrəк Rаmаzаn аynın оrucunu tutmаlıdır.)
3-Zəкаt (Vаcib оlаn şər'i vеrgi)
4-Хüms (Vаcib оlan şər'i vеrgi)
5-Həcc (Zil-hiccə аyındа həcc ziyаrətində оlmаq)
6-Cihad (Аllаh yоlunda Аllah düşmənləri ilə vuruşmаq)
7-Əmr bе-mə'ruf (Cаmааtı yахşı işlərə də'vət еtməк.)
8-Nəhy əz-münкər (Cаmааtı pis işlərdən çəкindirməк.)
9-Təvəllа (Аllаhın dostu ilə dоst оlmаq)
10-Тəbərrа (Аllаhın düşməni ilə düşmən оlmаq.)

Nаmаz

Hər bir müsəlmаnа gündə 17 rüк'ət nаmаz qılmаq vаcibdir. Sübh 2 rüк'ət, zöhr 4 rüк'ət,əsr 4 rüк'ət,şаm 3 rüк'ət və хiftən 4 rüк'ət.
Аllаh-təаlа Qur'аni-Кərimdə buyurur:
Həqiqətən nаmаz insаnı çirкin işlərdən və pis əməllərdən qоruyur.
(Ənkəbut surəsi аyə-45)

Həzrət Peyğəmbər(s) buyurur:
Namaz qılmayan mənim ümmətimdən deyildir.
(Biharül-ənvar 79/136)

İmamlarımız həzrət Peyğəmbər(s)-dən belə nəql ediblər:
Qiyamət günü bizim şəfaətimiz namazı yüngül hesab edən şəxslərə çatmayacaq
(Biharül-ənvar 47/2)

Dəstəmaz





Dəstəmaz namazın müqəddiməsidir. Namaza başlamazdan əvvəl mütləq dəstəmaz alınmalıdır. Dəstəmazsız namaz düzgün deyildir və batildir.


Dəstəmazın şərtləri

Dəstəmaz alan şəxs aşağıdakı şərtlərə riayət etməlidir:
1-Dəstəmazın suyu pak, mübah və qeyri qəsbi olmalıdır.
2-Dəstəmaz üzvləri pak olmalıdır.
3-Dəstəmazın tərtibinə və ardıcıllığına riayət edilməlidir və suyu bütün dəstəmaz üzvlərinə yetirmək lazımdır.

4-Qəsdi qürbət (Allaha yaxınlaşmaq niyyəti) olmalıdır.


Dəstəmazın qaydası

-Sağ əllə üzü alının tük bitən yerindən çənənin axırına qədər və eni baş barmaqla orta barmaq məsafəsində üzü aşağı yuyulmalıdır.




2-Sağ əl dirsəkdən barmaqların ucuna qədər yuyulmalıdır.



3-Sonra sol əl dirsəkdən barmaqların ucuna qədər yuyulmalıdır.



4-Sağ əldə qalmış suyun nəmliyi ilə başın hər hansı bir tərəfinə uzunluğu bir barmaq və eni 3 bitişik marmaq məsafəsində çəkilməlidir.




5-Sağ əllə sağ ayağın barmaqlarından yuxarıya doğru məsh çəkilməlidir.






6-Sol əllə sol ayağın barmaqlarından yuxarıya doğru məsh çəkilməlidir.



Dəstəmazı batil edən amillər


Aşağıdakı amillər dəstəmazı batil edir:
1-Bövl etmək. (Biçik bayıra çıxmaq)
2-Qait. (Böyük bayıra çıxmaq)
3-Qaitin məxrəcindən xaric olan mə’də və ya bağırsağın yeli.
4-Yatmaq. (gözün görmədiyi, qulağın eşitmədiyi yuxu. Əgər göz görməsə amma qulaq eşitsə? dəstəmaz batil olmaz.)
5-Ağılı aradan aparan şeylər. (dəlilik? məstlik? huşdan getmə və s. kimi)
6-Qüsul alması lazım olan işlər.

Təyəmmüm

Suyun olmadığı? azlığı? və ya suyu tapmaqdan ümidsiz olduğu? zərər ya xəstəliyə səbəb olacağı və ya susuzluq və ölüm təhlükəsi olduğu hallarda namaz qılmaq üçün təyəmmüm alınmalıdır.



Təyəmmümün şərtləri

1-Su olan yerdə təyəmmüm batildir.
2-Təyəmmüm edərkən məsh yerləri pak olmalıdır. Əgər suya çəkmək mümkün olmasa eləcə də təyəmmüm etməlidir.
3-Dəstəmazı batil edən şeylər təyəmmümü də batil edir.
4-Təyəmmüm edərkən tərtib və ardıcıllığa riayət olunmalıdır.
5-Qəsdi – qürbət (qürbətən iləllah) niyyəti olmalıdır.


Təyəmmümün qaydası
1-"Təyəmmüm edirəm qürbətən iləllah” İki əlin içini təyəmmüm səhih olan (torpağa, quma, kəsəyə, daşa və bu kimi şeylərə) vurmaq lazımdır.

2-Hər iki əl alının tük bitən yerindən qaşların və burunun üzərinə qədər çəkilir.

3-Sol əlin içi sağ əlin biləyindən barmaqların ucuna qədər çəkilməlidir.

4-Sağ əlin içi sol əlin biləyindən barmaqların ucuna qədər çəkilməlidir.

Namazın şərtləri
1-Namaz qılanın yeri pak qeyri-qəsbi və mübah olmalıdır.
2- Alının səcdəyə qoyulduğu şey pak olmalıdır.
3-Torpağa, daşa, yarpağa, quma, yeməli və geyməli olmayan şeylərin üzərinə səcdə etmək olar. Müstəhəbdir ki, İmam Hüseyn(ə)-ın türbətindən olan möhün üzərinə səcdə edilsin.
5-Namaz qılarkən üzü qibləyə dayanmaq lazımdır.


Azan

Namazdan əvvəl azan demək müstəhəbdir. Azanın qaydası belədir.

Allahu Əkbər--------4 dəfə
(Allah böyükdür!)

Əşhədu ənla ilahə illəllah--2 dəfə
(Şəhadət verirəm ki, Allahdan başqa heç bir mə’bud yoxdur.)

Əşhədü ənnə Mühəmmədən rəsulullah-----2-dəfə
(Şəhadət verirəm ki? Mühəmməd(s) Allahın elçisidir.)

Əşhədü ənnə Əliyyən vəliyyullah--------2 dəfə
(Şəhadət verirəm ki, Əli(ə) Allahın Vəlisidir.)

Həyyə ələs-səlat-----------2-dəfə
(Namaza tələsin!)

Həyyə ələl fəlah-----------2-dəfə
(Nicat tapmağa tələsin!)

Həyyə əla xəyril əməl------2-dəfə
(Yaxşı işlərə tələsin!)

Allahu əkbər---------2 dəfə
(Allah böyükdür!)

La ilahə illəllah--------2 dəfə
(Allahdan başqa heç bir mə’bud yoxdur)


İqamə

Allahu Əkbər---------2 dəfə
(Allah böyükdür!)

Əşhədu ənla ilahə illəllah--2 dəfə
(Şəhadət verirəm ki, Allahdan başqa heç bir mə’bud yoxdur.)

Əşhədu ənnə Mühəmmədən rəsulullah-----2-dəfə
(Şəhadət verirəm ki, Mühəmməd(s) Allahın elçisidir.)

Əşhədü ənnə Əliyyən vəliyyullah---------2 dəfə
(Şəhadət verirəm ki, Əli(ə) Allahın Vəlisidir.)

Həyyə ələs-səlat-----------2-dəfə
(Namaza tələsin!)

Həyyə ələl fəlah-----------2-dəfə
(Nicat tapmağa tələsin!)

Həyyə əla xəyril əməl------2-dəfə
(Yaxşı işlərə tələsin!)

Allahu əkbər---------2 dəfə
(Allah böyükdür)

Qəd qamətis-səlat-------2-dəfə
(Namaz başlandı)

La ilahə illəllah--------1 dəfə
(Allahdan başqa heç bir mə’bud yoxdur.)

Namazın rüknləri

Namazın beş rüknü var. Əgər insan onu yerinə yetirməsə, yaxud namazda artırsa – istər qəsdən olsun istərsə də səhvən – namaz batil olur.
1-Niyyət. (Qürbətən iləllah demək)
2-Təkbirətül-ehram. (Niyyətdən sonra Allahu Əkbər demək)
3-Qiyam. (Namazdan əvvəl namaz qılmaq və həmd-surəni demək üçün durmaq ayaq üstə durmaq)
4-Rüku.
5-Səcdə.
Niyyət və təkbirətul-ehram

Niyyət – namazın vacib əməllərindən və rüknlərindəndir. Onun qaydası belədir. Məsələn? əgər sübh namazı qılınarsa? belə deyilməlidir:
Sübh namazı qılıram vacib qürbətən iləllah. (Sübh namazı qılıram Allaha yaxın olmaq üçün.)
Təkbirətül-ehram niyyətdən sonra fasiləsiz olaraq deyilən "Allahu Əkbər” kəlməsidir. Məsələn,əgər sübh namazı qılınırsa? belə deyilməlidir. Sübh namazı qılıram vacib qürbətən iləllah. Allahu Əkbər.

Qiyam

Qiyam namaz qılmaq üçün ayaq üstə hazır durmaq və Allahu Əkbər deməzdən əvvəl və qiraət zamanı bədəni aram saxlamağa deyilir.

Namazın birinci rük’ətində həmd və surəni oxumaq lazımdır. Buna qiraət deyilir.

Bismillahir-Rəhmanir-Rəhim.

Əlhəmdu lillahi Rəbbil-aləmin. Ərrəhmanir-Rəhim. Maliki yovmiddin. İyyakə nə’budu və iyyakə nəstəin. İhdinəs-siratəl mustəqim. Siratəl-ləzinə ən?əmtə ələyhim ğəyril məğzubi əleyhim vələzzallin.

Mərhəmtli Rəhmli Allahın adı ilə.
Həmd (şükr və tərif) olsun aləmlərin rəbbi olan Allaha.
(Bu dünyada hamıya) mərhəmətli (axirətdə isə) ancaq möminlərə rəhmli olana.
Haqq-hesab (qiyamət) gününün sahibinə!
Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!
Bizi doğru (düz) yola yönəlt!
Nemət verdiyin kəslərin yoluna!
Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Bismillahir-Rəhmanir-Rəhim

Qul huvəllahu əhəd. Allahus-səməd. Ləm yəlid vələm yuləd. Vələm yəkulləhu kufuvən əhəd.
Mərhəmtli Rəhmli Allahın adı ilə.
De (ya peyğəmbər) Allah təkdir.
Allah ehtiyacsızdır. (O başqalarının ehtiyacını ödəyir.)
(Allah) doğmayıb və doğulmayıb.
Onun üçün heç bir oxşar yoxdur. O tək və bərabərsizdir.

Rüku

Qiraətdən (həmd və surəni oxuduqdan) sonra rükuya gedərək 3 dəfə "Sübhanəllah” ya da bir dəfə "subhanə rəbbiyəl əzimi və bihəmdih” demək olar.

Mənim böyük Pərvərdigarım hər eyb və nöqsandan pak və münəzzəhdir. Mən də Ona həmd-sitayiş etməyə məşğulam.

Səcdə

Rükudan sonra qalxıb bədəni aram etmək vacibdir. Rükudan fasiləsiz olaraq səcdə edilərsə namaz batildir. Səcdə rükudan qalxdıqdan və bədən aram olduqdan sonra edilir. Səcdəyə gedərkən alın,əllərin içi, dizlər və ayaqların baş barmağı yerə dəyməlidir. Və səcdədə ya 3 dəfə "Subhanəllah” ya da bir dəfə "Subhanə rəbbiyəl-ə’la və bihəmdih” deyilməlidir. Birinci səcdədən başımızı qaldırıb diz üstə oturaraq Allahu Əkbər deyib ikinci səcdəyə (eyniylə birinci səcdədə olduğu kimi) gedirik.

Mənim hamıdan uca məqamlı Pərvərdigarım hər eyb və nöqsandan pak və münəzzəhdir. Mən də Ona həmd-sitayiş etməyə məşğulam.

Qunut

İkinci rükətdə həmd və surəni oxuduqdan sonra rükuya getməzdən əvvəl əlləri üzün qarşısına tutaraq dua edilir.

"Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd” (Bu duaları oxumaq müstəhəbdir:)
İlahi, Mühəmməd və ailəsinə salam göndər.
"Rəbbəna atina fid-dünya həsənətən və fil-axirəti həsənəh. Vəqina əzabənnari birəhmətikə ya ərhəmər-rahimin”
İlahi, bizə bu dünyada da, axirətdə də yaxşılıqlar ver. Bizi Cəhənnəm əzabından qoru. Səni and veririk mərhəmətinə ey rəhimlilərin rəhimlisi.


Təşəhhüd


İkinci rük’ətin rüku və səcdəsindən sonra diz üstə oturmuş halda təşəhhüd deyilməlidir.

Əlhəmdu lillah. Əşhədu ənla ilahə illəllahu vəhdəhu la şərikələh. Və əşhədu ənnə Mühəmmədən əbduhu və Rəsuluh. Allahummə səlli əla Mühəmmədin və ali Mühəmməd.
Sitayiş və həmd yalnız Allaha məxsusdur. Şəhadət verirəm ki, Allahdan başqa heç bir mə’bud, pərəstişə layiq şəxs yoxdur. Təkdir,şəriki yoxdur.
Və şəhadət verirəm ki, Mühəmməd Allahın qulu və rəsuludur. İlahi! Salam göndər Mühəmmədə və onun əhli-beytinə.
Salamlar

İki rük’ətli namazlarda təşəhhüddən sonra salamlar deyilməlidir:
Əssəlamu ələykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh. Əssəlamu əleyna və əla ibadillahis-salihin. Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh.
Salam olsun Sənə ey Peyğəmbər! Allahın rəhmət və bərəkəti Sənə olsun! Allah tərəfindən salam olsun bu namaz qılanlara və bütün yaxşı bəndələrə! Allahın salam? rəhmət və bərəkəti siz mö’minlərə olsun!

Namazı qurtardıqdan sonra 3 dəfə Allahu Əkbər. Demək müstəhəbdir.
Üçüncü rük’ət
3 və 4 rük’ətli namazların 2-ci rük’ətinin təşəhhüdündən sonra ayağa qalxmalı ya təkcə həmd surəsi? ya da həmd surəsinin əvəzinə 3 dəfə "təsbihati ərbəə” (Subhanəllahi vəlhəmdu lillahi vəla ilahə illəllahu vallahu əkbər) oxunmalıdır. Sonra isə yenə rüku və səcdələri yerinə yetirmək lazımdır.

Qeyd: Əgər namaz üç rük’ətli (şam namazı kimi) olarsa,üçüncü rük’ətin səcdələrindən sonra həm təşəhhüd, həm də salamları deyərək namazı qurtarırıq. Əgər 4 rük’ətli namaz (zöhr,əsr və xiftən namazı kimi) olarsa,üçüncü rük’ətin səcdələrindən sonra təşəhhüd demədən dördüncü rük’ət üçün ayağa qalxmalı ya həmd surəsi, ya da təsbihati ərbəə oxunulmalıdır. Rüku və səcdələri yerinə yetirdikdən sonra təşəhhüd və salamları deyib namazı qurtarırıq.

Qeyd: Qüsul, dəstəmaz, təyəmmüm və namaz haqda geniş mə’lumat almaq istəyənlər təqlid etdikləri müctehidin risalələrinə müraciət etsinlər.

Qüsl

Bəzi vaxtlar müəyyən səbəblərə görə təharət qüsl vasitəsilə alınmalıdır.
Burada əvvəlcə vacib qüsülləri qeyd edib sonra onun qismlərini şərh edəcəyik.

Vacib qüsllər yeddi növdür

1. Cənabət qüslu; 2. Meyyit qüslu; 3. Məssi meyyit qüslu; 4. nəzr, and və bu kimi şeylərin vasitəsilə vacib olan qüsullər; 5. Heyz qüslu; 6. Nifas qüslu; 7. İstihazə qüslu.

Qüslün qismləri

Qüslün üç qismi var.
1. Tərtibi qüsl; 2. İrtimasi qüsl; 3. Cəbirei qüsl.

Tərtibi qüsl

Tərtibi qüsldə niyyətdən əvvəl baş və boyunu, sonra sağ tərəfi, sonra isə sol tərəfi yumalıdır. Əgər bilərəkdən və ya səhvən ya da unutqanlıq üzündən bu tərtibə əməl edilməsə qüslü batildir. Bədənin sağ tərəfini yuyarkən bir miqdar da, sol tərəfdən və həmçinin sol tərəfi yuyanda bir miqdar da sağ tərəfdən yumalıdır.
İrtimasi qüsl

Əvvəl niyyət edib, sonra bütün bədəni bir dəfəyə suyun altına salmalıdır. Beləki, bütün bədən suyun altında olsun. (Dəniz, çaya baş vurmaq kimi).

Cəbireyi qüsl

Cəbireyi qüsl cəbireyi dəstəmaz kimidir. Vacib ehtiyata görə bərieyi qüslü tərtibi qüsl etsin.

Namazı batil edən şeylər

1. Yeyib, içmək; 2. Üzü qiblədən döndərmək; 3. Namazın sözlərindən başqa söz demək; 4. Namaz qılarkən dünya üçün ağlamaq; 5. Gülmək (uca səslə gülmək); 6. Namazın səhih olması ona bağlı olan şərtləri pozmaq (yol getmək, əl çalmaq kimi işlər); 7. Namaz əsnasında namaz surətindən xaric olana qədər sakit qalmaq; 8. Vacib namazı üzürlü səbəb olmadan sındırmaq haramdır; 9. Namazın, rüku kimi əsli cüzlərini azaldıb çoxaltmaq; 10. Namaz əsnasında əmdən ya səhvən, dəstəmaz qüsl ya təyəmmümü batil olarsa, namazıda batildir; 11. İki və üç rükətli namazların rükətlərində şəkk; 12. Namaz əsnasında ixtiyar üzündən ya ixtiyarsız yatmaq; 13. Əli əlin üstünə qoymaq; 14. Həmd surəsindən sonra əmdən «amin» demək. Amma əgər səhvən təqiyyə üzündən deyərsə eybi yoxdur.

Namazın məkruhatı

1. Gözləri yummaq; 2. Əl və barmaqlarla oynamaq; 3. Həmd, surə və zikr oxuyan zaman başqasının sözünə qulaq asmaq üçün sükut etmək; 4. Xüşu və xüzunu aradan aparan hansı iş.
Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 14375 | Downloads: 0 | Comments: 4 | Rating: 4.0/6
Total comments: 4
0   Spam
4 nastya   (2014-03-22 10:20 AM)
ALLAH RAZ I OLSUN

0   Spam
3 Ənfal   (2013-08-13 5:37 PM)
ALABINA, Aleykum salam. Sizin sualınızın cavabı bu linkdədir.

http://gunahkar-bende.ucoz.org/load....1-0-650

http://gunahkar-bende.ucoz.org/load....1-0-523

Allah ibadətlərinizi qəbul eləsin!

+1   Spam
2 ALABINA   (2013-08-13 2:47 PM)
salam men ellerim sinede namaz qiliram demeli bu haramdi?

0   Spam
1 ZoRRo_Bez_Maski   (2013-05-17 11:30 AM)
Allah Razi Olsun

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]