Şənbə günü, 2024-04-20, 12:21 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Həzrət İsanın (ə) çörəyini oğurlayanın aqibəti necə oldu?
2013-05-20, 4:08 AM
Həzrət İsanın (ə) çörəyini oğurlayanın aqibəti necə oldu?

 Bir gün bir şəxs Həzrət İsa (ə) ilə həmsəfər olur. Bir çayın kənarına çatırlar. Orada əyləşib süfrə açırlar. Üç dənə çörəkləri var idi və onun ikisini yeyirlər. Üçüncüsü qalır, Həzrət İsa (ə) çaydan su içməyə gedir. Qayıdan zaman görür ki, süfrədəki üçüncü çörək yoxdur. Soruşur ki, bu çörək haradadır? Həmin şəxs cavab verir ki, bilmirəm.


Onlar yollarına davam edirlər və bir səhraya çatırlar. Həzrət İsa (ə) yenə soruşur ki, üçüncü çörəyə nə oldu? Həmin kişi yenə eyni cavabı verir. Həzrət İsa (ə) yerdən bir qədər qum götürür və buyurur: "Allahın izni ilə qızıl ol!”. Qumlar qızıla çevrildi. Həzrət İsa (ə) qızılı üç hissəyə bölür. Həmin kişiyə deyir: "Bir hissəsi mənim, bir hissəsi sənin və bir hissəsi də o kəsindir ki, üçüncü çörəyi yemişdir”. Həmin kişi tez cavab verir ki, çörəyi mən yemişəm.

Həzrət (ə) buyurur: "Bütün bu qızıllar sənin olsun. Sən nə dünyanın dərdinə dəyirsən, nə də mənimlə həmsəfər olmağın”. Həzrət (ə) ondan ayrılır və yoluna davam edir.

Bir müddətdən sonra həmin kişinin yanına iki nəfər yaxınlaşır. Görürlər ki, bu kişi qızılları toplamaqla məşğuldur. İstədilər ki, həmin kişini öldürüb, özləri bu qızıla sahib çıxsınlar. Ancaq o, təklif edir ki, məni öldürməyin. Bu qızılları üç hissəyə bölək. Onlar qəbul etdilər. Bu üç nəfərdən biri şəhərə ərzaq almaq üçün gedir. Həmin kişi öz-özünə düşünür ki, bu iki nəfərin yeməyinə zəhər qatıb onları öldürüm. O iki nəfər isə düşünür ki, bu kişini öldürüb qızıllara özləri sahib çıxsınlar. Üçüncü şəxs gələn zaman bu ikisi onu öldürür. Bu iki nəfər isə yeməyi yeyib zəhərlənib ölürlər.

Bir müddətdən sonra Həzrət İsa (ə) geri qayıtdı. Həmin yerdən keçən zaman görür ki, qızılın yanında üç cəsəd vardır. Buyurur: "Budur dünya sevgisi!”.

İmam Sadiq (ə) buyurur: "Dünya - dənizin suyuna bənzəyər. Susuz insan hər nə qədər ondan içərsə, susuzluğu daha çox artar. Nəhayət onu öldürər”. Başqa yerdə buyurur: "Dünyaya olan şiddətli əlaqə - bütün günahların mənbəyidir”.

Ona görə də dünya sevgisi heç kimi xoşbəxt etmədiyi kimi, mömin insanı da xoşbəxt etməz. Çünki insana rahatlıq və ruhi aramlıq verməz. Dünyaya bağlanmaq insanı ancaq qəmgin və iztirablı edər.

İmam Sadiq (ə) buyurur: "Hər kim dünyaya bel bağlayarsa, üç şeyə ürək bağlayar: sona çatmayan qəm, əldə edilməyən arzular, çata bilmədiyi ümidlər”.



(Tebyan/ Deyerler.org)
Category: Sual-cavab | Added by: Ənfal
Views: 855 | Downloads: 0 | Rating: 5.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]