Şənbə günü, 2024-04-20, 0:16 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Yəmin səhabələri kimlərdir?
2013-08-16, 5:24 AM
Yəmin səhabələri kimlərdir?

"Hər kəs öz əməlinin girovundadır (hər bir kəs yerinə yetirilməli olduğu vaciblərin və etdiyi haramların müqabilində girovdur. Vacibatları yerinə yetirdikdən və günahları yuduqdan sonra azadlığa buraxılar), «Əshabi-yəmin»dən (girovdan azad olmuş əməl dəftəri sağ əlinə verilmiş salehlərdən) başqa”. ("Muddəssir” 38-39).
 
Yəmin səhabələri, yəni sağ tərəfin dostları. Quran insanları üç dəstəyə bölür. Qiyamət günü insanlar üç dəstə halında məhşur olacaqlar. Yəmin səhabələri (sağ tərəf dostları), şimal səhabələri (sol tərəf dostları), sabiqun (qarşıda gedənlər, müqərrəbinlər).
Dünyada iki aləm vardır: mələkut aləmi və təbiət aləmi. Allah insanı elə xəlq etmişdir ki, iki aləm arasında qərar tutur. İstəsə mələkut aləminə qalxa bilər, istəsə də təbiət aləminə süqut edər.
Hədislərdə oxuyuruq ki, insan qəlbinin iki qulağı vardır. Sağ və sol qulağı. Sağ qulağına həmişə mələk təlqin edər, xeyrə ilham edər. Sol qulağına isə şeytan vəsvəsə edər.
Beləliklə deyə bilərik ki, bizim iki aləmimiz vardır: ali aləm, alçaq aləm. Yəmin səhabələri o insanlardır ki, sağ tərəf, yəni ali aləmə qalxarlar. Şimal səhabələri isə o kəslərdir ki, alçaq aləmə süqut edərlər.
Ancaq sabiqunlar o insanlardır ki, hesabları bu iki dəstədən ayrıdır. Quran bəzi ayələrində bu insanları müxlis adlandırır. Onların hesab-kitabları olmaz. "Beləliklə onlar onu təkzib etdilər. Şübhəsiz onlar (Qiyamət günü hesab və əzab üçün) hüzura gətiriləcəklər. Allahın paklaşdırılmış və seçilmiş bəndələri istisna olmaqla!” ("Saffat” 127-128).

Bütün bəndələr hesab üçün gətirilər, ancaq muxlis bəndələrdən başqa. Yəni, xalis bəndələr. Onların vücudunda şirkdən heç bir əlamət yoxdur. Onların nə hesabı vardır, nə də kitabı.
Yəmin səhabələrinə gəldikdə isə onlar o kəslərdir ki, əməl dəftəri sağ əllərini veriləcəkdir. Bu insanlar behişt əhlidirlər.
 
(Tebyan/ Deyerler.org)
Category: Sual-cavab | Added by: Ənfal
Views: 814 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]