Şənbə günü, 2024-04-20, 3:03 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Şəhid cəhənnəmə gedə bilərmi?
2013-04-06, 5:51 AM
Şəhid cəhənnəmə gedə bilərmi?

İslam dinində başqalarına yaxşılıq etmək ön planda durur. Cihad və şəhadət də yaxşılığın bir növüdür. O qədər mühüm bir sahədir ki, Allah buyurur ki, şəhadət qapısını ancaq muxlis bəndələrim üçün açaram.


Şəhadət - insanlığın ən ali həddidir. Bütün İlahi İmamlar (ə) bu dünyadan şəhid halda köçüblər.

Həzrət Peyğəmbər (s) nəql edir: "Bir gün Musa ibni İmran (ə) Allaha buyurur: "Allahım, mənim şəhid olmuş dostumun halı necədir?” Allah Musaya buyurur: "O, cəhənnəmdədir”. Həzrət Musa (ə) təəccüblə Allaha buyurur: "Allahım, məgər Sən vədə verməmisən ki, şəhid ilk damla qanı ilə behiştə gedər və bütün günahları bağışlanar?” Allah buyurur: "Ancaq səninn dostun ata və anasına əziyyət verməkdə davam edirdi. Mən də ata və anasına zülm edən insanın əməlini qəbul etmirəm. Hətta əgər şəhid olsa belə. Ona görə də o kəslərin adları şəhidlər siyahısında yazılar ki, ağvalideyn olmasın”.

İmam Səccad (ə) buyurur: "Ancaq atanın hüququ haqqında bilməlisən ki, o, sənin kökündür. Sən onun budağısan. Əgər o, olmasaydı, sən də olmazdın. Nə zaman özündə xoşuna gələn bir şey görsən, bil ki, atandandır. Çünki sənin nemət və xoşluğunun əsası - atandır. Allaha şükür et”.

Quranda oxuyuruq ki, insana çatan hər bir yaxşılıq Allah tərəfindəndir. Ancaq hər bir çirkin əməl öz əməlinin nəticəsidir. İnsanda olan bütün yaxşı sifətlər atasındandır.

O kəs ki, ata və anasına əziyyət verər, Allahın ona verdiyi nemətə naşükürlük etmiş olar. Hətta şəhid olsa belə, əməlləri qəbul olmaz. Allah buyurur ki, Məndən sonra valdieynlərinin əmrlərini yerinə yetir və onlara yaxşışılıq et.

İki əməlinə görə Seyyid Əhməd Pilak şəhidlik məqamına layiq görülür. Biri bu idi ki, Əhməd bir gün elə bir iş görməli idi ki, kəbirə günah idi. Ancaq həmin əməli görmür. Öz əmmarə nəfsinə yox cavabı verir. İkincisi isə o, anasına deyir ki, mənim cəbhəyə getməyim sənin razılığınla olmalıdır. Beləliklə Allah gözünün önündə olan pərdəni götürür ki, həqiqətləri dərk edə bilsin.

Əgər insan ağvalideyn olarsa, təvazökarlığı ilə valideynin qəlbini ələ ala bilər. Həzrət Peyğəmbər (s) buyurur: "Təvazökarlıqda məqsəd odur ki, onların qarşısında ədəbsiz halda oturmasın. Səsini ata və anasına ucaltmasın”.

Mərhum Şeyx Qulamhüseyn Əşrəfi nəql edir: "Uşaq olan zaman Şeyx Fəzlullah Məhəlatinin moizəsinə qulaq asırdım, o, buyurdu: "O kəs ki, ən ali İlahi məqama çatmaq istəyir, səsini ata və anasının səsindən alçaq çıxartsın”. O gündən sonra bu sözə əməl etdim və valideynlərim mənə gülürdülər ki, niyə bu qədər nazik səs çıxardıram”.

Ata və ananın əl və ayağını öpmək - təkəbbürü azaldar. Ayətullah Məkarim Şirazı nəql edir ki, nə zaman Şiraza getsəm, ata və anamın əl və ayaqlarını öpərdim. Əgər insan fikiləşir ki, tənha halda bir məqama çata bilər, ona heyf olsun.

Mərhum Mollamöhsün Feyz Kaşani buyurur ki, əgər Allahdan qeyrisinə səcdə etməli olsaydıq, valideynlərimizə səcdə edərdik. Ona görə də əgər valideynlə lazım olduğu kimi rəftar etməsən, övladları da onunla bu cür pis rəftar edəcəklər. Yaxşı olar ki, valideynlərimiz bizdən bir şey istəməmişdən əvvəl həmin işi görək.

O kəslərin ki, valideynləri sağ deyildir, bu dünyada gördükləri hər bir yaxşı işin savabında onları da şərik edə bilərlər. Yaxşı olar ki, cümə günləri günəş çıxmamışdan əvvəl qəbirləri üstünə getsinlər və bu yolla problemləri həll olar. Gün ərzində ən azı 100 dəfə onlar üçün istiğfar etsinlər. İnsan heç bir zaman valideynini yaddan çıxartmamalıdır.



(Tebyan/ Deyerler.org)
Category: Sual-cavab | Added by: Ənfal
Views: 1035 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]