Cümə günü, 2024-03-29, 4:56 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Hansı beş şey, hansı beş şeyin müqabilindədir?
2013-03-22, 12:16 PM
Hansı beş şey, hansı beş şeyin müqabilindədir?

Hədislərdə zəlzələ, ölüm və digər hadisələr, zəkat verməməyin, tərəzidə aldatmağın, zinanın yayılmasının və s. bu kimi əməllərin nəticəsi kimi əlaqələndirilir. Məsələn, «Mutəfifin» surəsinin ilk ayələri haqqında İbn Abbas belə nəql edir: «Mədinəlilərin çoxu tacir olub, öz aralarında tərəzidə aldadırdılar. Onlardan çoxunun alveri haram idi. Bu ayə nazil oldu. Peyğəmbər (s) onu mədinəlilər üçün tilavət etdikdən sonra buyurdu:

خَمسٌ بخَمسٍ

«Beş şey,beş şeyin müqabilindədir.»

Soruşdular: «Ey Allahın Rəsulu! Hansı beş şey, hansı beş şeyin müqabilindədir?» Həzrət buyurdu:

ما نقض قوم العهد الاّ سلّط الله علیه عدوَّهم



1. Heç bir tayfa olmayıb ki, öz əhdini sındırsın, amma Allah onlara öz düşmənlərini həvalə etməsin.

و ما حکموا بغیر ما أنزل الله الاّ فشافیهم الفقر



2. Qeyri-ilahi hökmlə hökm edən qrup arasında yoxsulluq çoxalar.

و ما ظهرت فیهم الفاحشة الاّ فشافیهم الموت



3. Heç bir millət olmayıb ki, aralarında zina zahir olduğu halda, aralarında ölüm çoxalmasın.

ولا طفّفوا الکیل الاّ منعوا النّبات و اخذوا با لسّنین



4. Heç bir qrup olmayıb ki, tərəzidə aldatdıqları halda əkinləri məhv olmasın və qıtlığa düşməsinlər.

ولا منعوا الزّکات الاّ حُبِسَ عنهم المطر



5. Heç bir qövm olmayıb ki, zəkat verməyi qadağan etdikləri halda, yağışları kəsilməsin.



Rəvayətə əsasən İmam Sadiq (ə) buyurub:

اذا فشت أربعة ظهرت؛ إذا فشا الزّنا کثرت الزّلازل...

«Hər vaxt dörd şey çoxalsa, dörd şey üzə çıxar: ... Hər vaxt zina yayılsa, zəlzələlər çoxalar...»


iman.ge


Category: Sual-cavab | Added by: Ənfal
Views: 857 | Downloads: 0 | Rating: 4.3/3
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]