Cümə günü, 2024-04-19, 1:59 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Şeytan hansı insanlara vəsvəsə edə bilmir?
2013-04-02, 8:25 AM
Şeytan hansı insanlara vəsvəsə edə bilmir?


Batil və haram işlərin mənbəyi olan batil fikirlər bəzən şeytan tərəfindən təlqin edilir və bəzən də napak insanlar tərəfindən. Hər bir halda insan ancaq Allaha pənah apararaq, amanda qala bilər. İnsanı alçaq fikirlərə dəvət edən - şeytandır.

İnsan doğulandan ölənə qədər bütün ömrü boyu şeytanla dava edir. Şeytan insanı heç bir işdə tək buraxmaz. Həm fikirlərinə və həm də təfəkkürünə təsir qoyar. O günə qədər ki, insanın ruhu bədənindən tamamilə çıxar. Sonra onu cəhənnəm atəşinə tərəf sürükləyər. Özünün sonuncu zərbəsini vurar. Şeytan insanın ən az məğlubiyyətinə belə razı olar, onun üçün səy edər. İnsan hər bir döyüşə girməmişdən qabaq düşməninin hücumunu təxmini olaraq müəyyən edə bilir. Quran və hədislər bu qatı düşmənin hədəfini bizim üçün bəyan edir. Şeytanın hədəfi nədir və bu hədəfə çatmaq üçün hansı yollardan istifadə edir? Bu yolları necə bağlamaq olar? Bütün bunları bizə Quran bəyan edir.

İnsanın fikirlərinin növləri:

İnsan fikrini iki hissəyə bölmək olar:

1. O fikirlər ki, bizi xeyir işlərə dəvət edər ki, ona ilham deyilər. Quran buyurur: "Onları düz yola hidayət etdik”.

2. İnsanı alçaq və batil fikirlərə şeytan dəvət edər. Buna vəsvəsə deyərlər. İnsan nəfsi daima təqva və vicdanla vuruşdadır. Ona görə də qəlb bəzən şeytan ordusuna və bəzən də İlahi mələklərə təslim olar.

Nəfsani istəklər.

Nəfsani istəklər elə bir qüvvədir ki, gah şeytana və gah da mələklərə qulluq edər. İnsanda olan ğəsbiyyə, şəhviyyə, vahimə qüvvələri insanın bədəninə hakimiyyət edən atəş qüvvələridir. Şeytan da atəşdən olduğu üçün onunla bu üç qüvvə arasında sıx rabitə vardır. Ona görə də şeytan bu üç qüvvə vasitəsilə insana daha çox hakim ola bilir.

Ancaq əgər insana ağıl hakim olarsa, insan qəlbi İlahi mələklərin nazil olduğu məkana çevrilər. Hər an təzə nur və hər dəqiqə sonsuz feyz ona çatar.

Vəsvəsə - şeytanın silahıdır.

Vəsvəsə bəzən şeytan tərəfindən olur və bəzən də napak insanlar tərəfindən insana təlqin edilir. İmam Sadiq (ə) buyurur: "Şeytan insana hakim olmaz, onu vəsvəsə etməyə gücü çatmaz, məgər o halda ki, İlahi zikrdən imtina edər, Allah Təalanın əzəmət və böyüklüyünü yüngül hesab edər, batin və zahirində Allahı yada salmaz. Hər kim Allahı zikr edər, Onun əzəmət və böyüklüyü xatirində olar, qəflətdə olmaz. Şeytan ona hakim olmaz, İlahi tofiqin sayəsində onun əlindən xilas olar. O zaman ki, insan Allah Təaladan, Onu yada salmaqdan və zikrindən qafil olar, şeytan qəlbinə yol tapar və öz vəsvəsələri ilə onu həlakətə tərəf sürükləyər”.

Dilin zikri - həmd və sitayişdir. Ağlın zikri - təzim və həyadır. Nəfsin zikri - əziyyətə və çətinliyə dözməkdir. Ruhun zikri - qorxu və təvəkküldür. Qəlbin zikri - düz danışmaqdır. Mərifətin zikri - Allah qarşısında təslim olmaq və həyatdan razı olmaqdır. Başın zikri - Allahın cəlal və camalını müşahidə etməkdir.

Nicat yolu nədir?

İlahi tofiq bağından yapışmaq insana bu yolda nicat verər. Bu bağ ən möhkəm bağdır və insan bu bağdan yapışaraq, öz acizliyini və zəlilliyini etiraf edər. Hər an Allaha ehtiyac duyduğunu bildirmiş olar.

Beləliklə deyə bilərik ki, şeytan insanı öz pis işlərinə vəsvəsə vasitəsilə alət edər. Onun bu vəsvəsəsi insanın qəlbinə və canına işləyər. Şeytan insanı elə bir yola dəvət edər ki, həmin yolda irəliləmək insanın öz iradəsi çərçivəsindədir. Əgər istəsə, bu yolda gedə bilər, istəsə həmin yolu buraxıb, düz yolu tapmağa çalışar. Seçim biz insanların öhdəsindədir.



(Tebyan/ Deyerler.org)
Category: Sual-cavab | Added by: Ənfal
Views: 851 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]