Cümə günü, 2024-03-29, 1:04 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Şeytanla İblis bir-birindən nə ilə fərqlənir?
2013-11-19, 10:50 PM
Şeytanla İblis bir-birindən nə ilə fərqlənir?

 Şeytan o kəsdir ki, insanı günah işlətməyə vadar edir, insanı ruhi cəhətdən xəstə edir. Allah insanı yaradan zaman Öz İlahi ruhundan ona üfürmüşdür. Sonra əmr edir ki, bütün mələklər ona səcdə etsinlər. Bu zaman İblis (lən) insanı səcdə edilməyə layiqli bilmədiyi üçün İlahi əmrdən boyun qaçırdır. Bu itaətsizliyinə görə də İlahi dərgahdan qovulur. (Tebyan)
Şeytan sözü çox hallarda İblislə bir yerdə işlənmişdir. Quran və hədislərə nəzər salanda isə görmək olur ki, şeytanla İblis bir-birindən fərqlənir.
Belə ki, şeytan dedikdə insanı günaha vadar edən bütün qüvvələr və varlıqlar nəzərdə tutulur. İslami hədislərə əsasən, şeytan dedikdə bəzi xəstəlik törədən mikroblar da nəzərdə tutulur. İblis dedikdə məhz Adəmə (ə) səcdə etməyən mələk nəzərdə tutulur. Ancaq şeytan müxtəlif cür ola bilər. Bu varlıqlar nəinki ruhi, həm də cismi xəstəliklər də yaradır. Bəlkə ona görə də şeytanı İblisin (lən) ordusu adlandırırlar.
İnsanın bütün xəstəlikləri və hətta ruhi xəstəlikləri belə əsəb sistemində baş verən dəyişikliklərə görə baş verir. Bu dəyişliklərin qarşısını almaq üçün müasir tibb elmi çox çalışır. Ancaq hələ də demək olar ki, bu qədər tərəqqiyə baxmayaraq, bütün xəstəliklərin kökü və səbəbi tapılmamışdır. Müqəddəs İslam dini insan vücudunda tarazlığı saxlamaq üçün müxtəlif yollar tövsiyə etmişdir. Bu yolların başında isə namaz durur.
İnsan bədənində əgər əsəb sistemi sıradan çıxarsa və ya onda dəyişikliklər baş verərsə, ruhi xəstəliyə çevrilər. Yəni bu cür insan həm yalan danışır, həm bədbin olur, həm paxıl olur. Bu ruhi xəstəliklərdə ətraf mühitdə olan kimyəvi maddələrin və tullantıların da rolu böyükdür.
Şeytan dedikdə Quranın buyurduğu kimi, qəlbi xəstə edən amilləri də misal göstərmək olar. Bu ayələrdə şeytanın insana təsiri və insan qəlbini necə xəstə etməyinə işarə edilmişdir. Bu yolla insanın necə batinimizə daxil olaraq, ruhumuzu xəstə etdiyini dərk edə bilərik.
"Onların qəlblərində xəstəlik (küfr, şəkk və nifaq xəstəliyi) vardır, Allah da xəstəliklərini artırmış və artırmaqdadır və danışdıqları yalanın müqabilində onlar üçün ağrılı bir əzab vardır”. ("Bəqərə” 10).
"Əksinə, onların qəlbləri daşlaşdı və Şeytan etdiklərini (günahları) bəzəyərək onlara gözəl göstərdi”. ("Ənam” 43).
Allah Təala şeytan və İblislə mübarizə aparmağın ən gözəl yolinun namaz olduğunu vurğulayır. İmam Əli (ə) buyurur: "Namaz şeytanı əzər”. Namaz insanın daxilində olan şeytana qalib gəlmək üçün möhkəm bir silahdır.
Həqiqi namazqılan heç bir zaman yalan danışmaz. Heç bir zaman paxıllıq etməz. Heç bir zaman təhqir etməz. Şeytanın insana vurduğu bütün bu zərbərlərdən uzaq olar. Çünki namaz şeytanı əzər. Namazımız varsa və əgər həqiqi namaz qılanıqsa, şeytanı əzməyə qadirik deməkdir.
Həqiqi mömin olmaq yolunda çalışaq və həyatımızın hər bir sahəsində bu ada layiq olmağa səy göstərək.
 
/Deyerler.org/
Category: Sual-cavab | Added by: Ənfal
Views: 1112 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/3
Total comments: 1
+1  
1 GADİR   (2013-12-24 6:47 PM) [Daxil et]
İKİSİDƏ HİYLƏGƏRDİR! - ONLARİN SORTU  XƏRƏBDÜR ! KEYFİYYƏTSİZ MALDİLAR
ƏUZUBİLLAHİMİNƏN-ŞşEYTANİR-RACİM BİSMİLLAHİR-RAHMANİR-RAHİM! 
SÜBHƏN-ƏLLAHİ VƏL-HƏMDU LİLLAHİ VƏ LA İLAHƏ İL ALLAHU VƏLLAHU ƏKBƏRU LA HƏVLƏ VƏ LA QUVVƏTTƏ İLLA BİLLAHİL ƏLİYYUL ƏZİM!
 

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]