Cümə axşamı, 2024-11-21, 9:53 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Axşam dırnaq tutmaq olarmı?
2013-07-06, 8:01 AM

Axşam dırnaq tutmaq olarmı?

 

 İslam dini dırnaqların tutulmasını müstəhəb bir əməl kimi qiymətləndirir. Xüsusilə də cümə günü dırnaqların tutulmasını vurğulayır. Sol əlin çeçələ (kiçik) barmağından başlayıb, sağ əlin çeçələ barmağına qədər tutursan.

 

 El arasında belə bir nəzər vardır ki, drınaqları axşam tutmaq olmaz. Ancaq buna aid hədis mövcud deyildir.

Seyyid Səbzivari yazır: "Dırnağı tutmaq - müstəhəb və uzatmaq - məkruhdur”. Çünki İmam Sadiq (ə) buyurmuşdur: "Dırnaq tutmaq sünnətdəndir və müstəhəbdir”. Həzrət (ə) başqa yerdə buyurur: "Şeytanın bəni-Adəmə hakim olması üçün istifadə etdiyi ən gizli yeri - dırnaqların altıdır”.

 

İmam Sadiq (ə) Peyğəmbərdən (s) nəql edir ki, buyurub: "İslam Peyğəmbəri (s) dırnaqları dişlərlə qopartmağı və cümə axşamı və cümə günləri qan almağı qadağan etmişdir”.

 

Ona görə də deyə bilərik ki, günün hər bir vaxtında dırnaqları tutmaq olar. Musa ibni Bəkr nəql edir ki, Həzrət İmam Sadiqə (ə) sual verdim ki, saqqalı və dırnağı ancaq cümə günü kəsmək lazımdır? Həzrət (ə) buyurdu: "Allah pakdır. Əgər istəsən cümə günü kəs, istəsən də başqa günləri”.

Əlbəttə, dırnaqları cümə günü tutmaq daha fəzilətlidir. İbni Sinan İmam Sadiqdən (ə) nəql edir ki, Həzrət (ə) buyurub: "O kəs ki, cümə günü saqqalını qısaldar, dırnaqlarını tutar, başını xətmi ilə yuyarsa, bir qul azad etməyin savabına malik olar”.

"Dırnaqları tutmaq və başı xətmi ilə yumaq - yoxsulluğu aradan aparar və ruzini artırar”.

"O zaman ki, dırnaqlarınızı tutursunuz, onları dəfn edin ki, sünnətdir”.

 

 Beləliklə, deyə bilərik ki, dırnaqlarımızı həm gündüz və həm də gecə tuta bilərik. Dırnaqların yalnız gündüz tutlmasına aid heç bir hədis daxil olmamışdır. Ona görə axşamlar dırnaq tutmağın məkruh olması fikri də rədd edilmiş oldu.

 

 (Tebyan/deyerler)
Category: Sual-cavab | Added by: Ənfal
Views: 1925 | Downloads: 0 | Rating: 5.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]