Şənbə günü, 2024-04-20, 4:00 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Quranda hansı məsəllərdən və nə üçün istifadə edilir?
2013-11-06, 7:03 PM

Quranda hansı məsəllərdən və nə üçün istifadə edilir?

 

 Müqəddəs Kitabımız olan Quranda gələn məsəlləri üç hissəyə bölmək olar:

1. O məsəllər ki, təzəkkür verər: "Allah insanlar üçün (belə) məsəllər çəkir ki, bəlkə ibrət götürdülər”. ("İbrahim” 25).

2. O məsəllər ki, təfəkkür etməyə səbəb olar: "Və bu məsəlləri insanlar üçün çəkirik ki, bəlkə fikirləşələr”. ("Həşr” 21).

3. O məsəllər ki, idraka səbəb olar:"Və (Biz) belə məsələləri insanlar üçün çəkirik. Lakin onları alimlərdən başqa heç kim anlamır (və dərinliyinə, həqiqətinə varmır)”. ("Ənkəbut” 43).

 

Quranda üç növ məsəl vardır: 1. Bənzətməyə oxşar məsəllər. 2. Dastanlara bənzər məsəllər. 3. Bir dildən başqa dilə çevrilən məsəllər.

"Allahın ayələrini (Tövratın buyruqlarına qarşı çıxmaqla) təkzib və inkar edənlər barədə (çəkilən məsəl) necə də pis məsəldir!”. ("Cümə” 5).

"Yaxud (onların hekayəti) səmadan yağan və qaranlıqlar, göy gurultusu və şimşəyi olan doluya (düşmüş şəxslərin hekayətinə) bənzəyir”. ("Bəqərə” 19).

 "Onların hekayəti (qaranlıq gecədə geniş bir çöldə) od yandıran şəxsin hekayətinə bənzəyir”. ("Bəqərə” 17).

"Şübhəsiz, səmanın qapıları Bizim ayə və nişanələrimizi təkzib etmiş və onların müqabilində təkəbbür göstərmiş kəslər(in üzün)ə açılmayacaq (ki, yaşadıqları zaman duaları və öldükdən sonra ruhları göyə getsin) və erkək dəvə iynənin gözündən keçməyincə onlar əsla Cənnətə daxil olmazlar. Biz günahkarlara belə əzab veririk”. ("Əraf” 40).

Quran məsəlləri bitkilərdən, heyvanlardan, canlılardan söhbət edir. Məsəllərin əhəmiyyət və faydası onun verdiyi müraciətdədir. Nəinki məsəl çəkilən şeylərin kiçikliyində və ya böyüklüyündədir. Qarışıq məntiqi və əqli həqiqətləri yaxın edər. Məsələlərin həll olmasını ictimai edər. Əminlik dərəcəsini yuxarı qaldırar. İnadkarları susdurar.

 

Həzrət İsanın (ə) doğulmasına irad tutan insanlara cavab olaraq, Adəmin (ə) məsəlini çəkir."Həqiqətən, Allah yanında İsanın hekayəti, (yaradılışının necəliyi baxımından) Adəmin hekayəti kimidir”. ("Ali-İmran” 59).

Allah məsəllərdən yerində və məntiqli şəkildə istifadə etmişdir. "Doğrudan da Biz bu Qur’anda insanlar üçün bəlkə ibrət götürdülər deyə hər cür məsəl çəkdik”. ("Zumər” 27).

Beləliklə deyə bilərik ki, Quran məsəlləri bizə ibrət dərsi verər, bizə həqiqətləri məsəllərlə başa salar və bir mövzunu ictimai şəkildə çatdırmağa çalışar. İnsan aqil olarsa, bu məsəllərdən ancaq ibrət götürər və Quranın buyurduğu kimi onların haqqında düşünər. Quran cahillərə, münafiqlərə və yolunu azmışlara həqiqəti belə başa salmaq istəyir.

 

/Deyerler.org/


Category: Sual-cavab | Added by: Ənfal
Views: 881 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]