Main » Files » Digər məlumatlar » Sual-cavab |
Yoxsul olmaq, yoxsa zəngin?
2013-05-20, 4:12 AM | |
İsanların bir çoxu belə düşünr ki, əgər zəngin olsalar, rahatlığa çata biləcəklər. Hər cür nigarançılıqdan və iztirabdan uzaq olacaqlar. Bu təsəvvür illərdir ki, Qərb cəmiyyətlərində hakimdir. Buna görə də Qərb ölkələrinin insanları daha çox sərmayə qoyub daha çox qazanmağa çalışırlar. Bu əqidəyə inananlar belə düşünür ki, sərvətləri hər nə qədər çox olarsa, daha çox rahat və xoşbəxt ola bilərlər. Ona görə də ciddi şəkildə daha çox sərvət əldə etməyə səy edirlər. Heç bir zaman mötədil səviyyədə olan sərvətə qane olmurlar. Əlbəttə, yoxsul olmaq da bəyənilən bir iş deyildir. Hətta hədislərimizdə görürük ki, məzəmmət olunur. Çünki insanı çox sayda çətinliklərə düçar edir. O insanlar ki, yoxsulluğun acı dadını dadıblar, yaxşı bilirlər ki, pulsuz olmaq insana necə əzab verir. Həyatı bəzən dözülməz edir. Ona görə də bir çoxları yoxsulluğun bu acı həqiqətindən qaçmaq üçün, daha çox sərvət toplamağa çalışırlar. Onlar belə düşünür ki, bir insan ya gərək yoxsul olsun, ya da zəngin. Halbuki, yoxsulluqdan qaçmaq o demək deyildir ki, sərvətin çox olsun. Bəlkə bu iki halın orta həddini müəyyən etməli və ona doğru hərəkət etməlidir. Yəni həyatında mötədil olmağa çalışmalıdır. Hər halda bəşərin əməli təcrübəsi göstərir ki, sərvət insanı rahatlığa və xoşbəxtliyə çatdıra bilməz. Bunun üçün kifayət etmir. Hətta çox hallarda sərvətinə görə nigaran olur və təşvişə düşür. Bu gün varlıların həyatına nəzər salsaq, görərik ki, nigarançılıq və iztirabla dolu bir həyatdır. Ancaq dinimiz demir ki, zəngin özünü yoxsul etməlidir ki, rahatlığa çatsın. Xeyr! Yuxarıda deyildiyi kimi, yoxsulluq özü də insana rahatlıq gətirmir. Əksinə, yüzlərlə cismi və ruhi xəstəliklərə yol açır. Sözümüzün canı budur ki, mal-dövlət insanı özünə məşğul edir. İnsan bu sərvəti idarə etmək və onu işə qoymaq sahəsində çox sayda nigarançılıqlar keçirir. Çünki qorxur ki, əziyyətlə topladığı bu mal, səhvinə görə əlindən gedər. Ona görə də bu insan nə gündüz rahat olar, nə də gecə. Mal insanı ailəsindən ayırıb, ancaq özü ilə məşğul edər. Hətta bu cür insan yemək və içməkdən də qalar. Ona görə də zəngin olmaq heç də rahatlıq tapmaq üçün çıxış yolu deyildir. Bəlkə özü sənə çox sayda çətinliklər törədir. Çoxlu mal-dövlət o zaman insana fayda verər ki, insan mömin olsun və bu pulu və sərvəti hansı yolda xərcləyəcəyini bilsin. Çünki İslam dini insanları zahid olmağa dəvət edir. İmam Əlinin (ə) buyurduğu kimi, zahid olmaq odur ki, dünyaya bağlı olmayasan. Çünki bu zaman sərvəti əlindən verən zaman qəmgin olmaz və ona görə iztirab çəkməzsən. Bu İslami tərbiyə ilə yabançı təlim-tərbiyələrin arasındakı fərqdir. Ona görə də həqiqi bir müsəlman heç bir zaman çoxlu sərvət əldə etmək üçün özünü atəşə atmaz. Bəlkə daha çox halal ruzi qazanmağa cəhd edər. Əgər mal-dövlətini itirərsə də, qəmgin olmaz. Budur İmam Əlinin (ə) tövsiyəsi. Malın xümsünü və zəkatını vermək də insana rahatlıq bəxş edər. İnsan bilər ki, əgər malının xümsünü və zəkatını versə, malı artacaqdır, azalmayacaqdır. Ona görə də dünya malına çox bağlanmayaq və hər bir işdə mötədil olduğumuz kimi, sərvət toplamaqda da orta həddi qorumağa çalışaq. (Tebyan/ Deyerler.org) | |
Views: 879 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |