Şənbə günü, 2024-12-21, 7:46 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Entries in category: 311
Shown entries: 51-100
Pages: « 1 2 3 4 ... 6 7 »

Sort by: Tarix · Ad · Retinq · Serhler · Yukleme · Baxis
Nə üçün zalım və günahkar insanlardan bir hissəsi nemətlər içində qərq olmuşdur?

Cavab: Yuxarıdakı sual çoxlarını düşündürür. Qurani-kərimin ayələrinə əsasən, belələri islahedilməz olduqlarından, yaranış qanunları və iradə azadlığına əsasən öz başına buraxılmışlar.
Sual-cavab | Baxis: 723 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Bütün müsəlmanlar mömindir, yoxsa müsəlmanla mömin arasında fərq var?

Cavab: "Nəsr” surəsinin ikinci ayəsində insanların dəstə-dəstə Allahın dininə daxil olduqları bildirilir. "Hucurat” surəsinin 14-cü ayəsində isə bəyan olunur ki, "hələ ki, iman sizin qəlbinizə daxil olmayıb.” Ayədən göründüyü kimi, insanların dinə daxil olması kifayət deyil və müsəlman olmaqla mö’min olmaq arasında fərq var.
Sual-cavab | Baxis: 708 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Allahı tanımaq üçün bir yol varmı?


Cavab: Allahı tanımaq üçün üç yol var:
1. Qəlb və ya fitrət yolu. Yəni hər bir insan öz yaranışına və ruhuna rəğmən Allahı tanıyır. Məsələn, ariflər fitri imanın gücünə inandıqlarından bu qüvvəni artırmaq üçün çalışmışlar. İnsanda belə bir qüvvənin varlığına əmin olmaq üçün iki yol var:
Sual-cavab | Baxis: 726 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Hansı şəxslərdən məsləhət almaq olar?

Cavab: Şübhəsiz ki, hər adamla məsləhətləşmək insana xeyir gətirməz. Xaraktercə zəif və nöqsanlı məsləhətçinin göstərdiyi yol, insanı uçuruma apara bilər. Əli (ə) buyurur: «Üç qəbil insanla məsləhətləşmə: Paxıl, qorxaq və tamahkar insanlarla.
Sual-cavab | Baxis: 826 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(1)

Üzümüzü Kəbəyə tutub namaz qılmağımızı əmr etmiş Allahın bizim ibadətimizə ehtiyacı varmı?

Cavab: Hamı evini üzügünəşə tiksə, günəşin işığı artmaz və əksinə, hamı evini arxası günəşə tiksə, onun işığı azalmaz. Günəşin insanlara heç bir ehtiyacı yoxdur. Amma insanlar günəşin işıq və istiliyinə ehtiyaclı olduqlarından evlərini üzü günəşə tikirlər.
Sual-cavab | Baxis: 677 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Adəmin övladları kiminlə evləndi?

Cavab: «Nisa» surəsi bu ayə ilə başlayır: «Sizi tək bir şəxsdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun».
İslam düşmənlərinin fəaliyyət istiqamətlərindən biri də, mübahisə doğura biləcək dini məsələri savadsız müsəlmanlar arasında qızışdırmaqdır.
Sual-cavab | Baxis: 738 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 2.0/1 | Serhler(0)

Dəstamaz və ya qüsl əvəzinə əlləri torpağa vurub alın və əllərin üstünə çəkməyin faydası nədir?


Cavab: Yəqin ki, söhbətin təyəmmümdən getdiyini anladınız.
Təyəmmümün ilkin faydası odur ki, ibadət üçün dəstəmaz almağa və ya qüsl verməyə imkanı olmayan şəxs, ibadətini təxirə salmır. İnsanın alnı, onun ən şərafətli bədən nahiyələrindəndir.
Sual-cavab | Baxis: 707 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Rahat yaşamaq üçün nə edək?


Cavab: Quran buyurur: "Əlinizdən çıxana kədərlənməyin, əlinizə bir şey gələndə şad olmayın.” [Hedid 23]
Doğrudanmı, insan belə ola bilər?
Sual-cavab | Baxis: 750 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Zalımı bağışlamaq olarmı?

Cavab: Quranda bu barədə belə buyurulur:
«Nə zülm edin, nə də zülmə baş əyin»[Beqere suresi. aye 279].
«Bağışlamağınız müttəqiliyə daha yaxındır»[Beqere suresi. aye.237].
Sual-cavab | Baxis: 790 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Allah öz bəndəsini daş ürəkli edərmi?

Cavab: Allah-təala Quranın bəzi ayələrində kimlərinsə qəlbini daşa döndərdiyini xəbər verir. Bir halda ki, bu iş Allah tərəfindən baş verir, insan nə üçün günahkar sayılmalıdır?
Sual-cavab | Baxis: 710 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Hidayət nədir?

Cavab: «Hidayət» doğru yola yönəltmə, doğru yol göstərmə mənasını verir. «Ta-ha» surəsinin 50-ci ayəsində buyurulur: «Allahımız hər şeyi yaratdı, sonra isə, onları hidayət etdi».
«Hidayət» kəlməsinə Quranın müxtəlif yerlərində tez-tez təsadüf olunur. Bu söz əsasən, iki mənada işlənmişdir:
1. Təkvini hidayət
Sual-cavab | Baxis: 748 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Nə üçün insanlar fərqli doğulur? 

Cavab: Əgər Allah ədalətlidirsə, nə üçün biri istedadlı, o biri isə istedadsız, biri gözəl, o biri isə çirkin doğulur?
İnsanların fərqli doğulmasının bir səbəbi, ictimai və fərdi çatışmamazlıqlarıdır. Məsələn, var-dövlətli insanların övladları fəqirlərin övladlarına nisbətən sağlam, gözəl və istedadlı olurlar.
Sual-cavab | Baxis: 728 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 5.0/1 | Serhler(0)

Allah şeytanı nə üçün yaratdı?

Cavab: Tez-tez belə suallarla qarşılaşırıq: Şeytan kimi alçaq bir vücudun yaradılması, hansı məntiqə əsaslanır?
İlk əvvəl onu qeyd edək ki, Allah-təala şeytanı alçaq yaratmamışdır. Mötəbər dini mənbələrin verdiyi məlumatlara görə, şeytan uzun illər mələklərlə yanaşı dayanmışdır.
Sual-cavab | Baxis: 751 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

İblis nə üçün Allaha itaət etmədi?

Cavab: «İblis» ilk dəfə Adəmə səcdədən boyun qaçıran şeytanın adıdır. «Kəhf» surəsinin 50-ci ayəsində buyurulur: «Cin tayfasından olan İblisdən savayı, hamı səcdə etdi».
Ayədən göründüyü kimi, Adəmə səcdə edilməsi əmri gələn zaman, mələklərlə bir sırada dayanmış İblis mələk yox, cin tayfasından imiş.
Sual-cavab | Baxis: 701 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Təqva nədir?

Cavab: Qurani-kərimdə çox təsadüf olunan sözlərdən biri də, «təqva»dır. Allah-təala öz bəndələrini təqvalı olmağa çağırır.
«Təqva» sözü lüğətdə özünü qorumaq, çəkinmək mənasını daşıyır. Başqa sözlə təqva, insanı nəfs istəklərindən çəkindirə biləcək daxili bir qüvvədir.
Sual-cavab | Baxis: 718 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

«Liqaullah» nədir?


Cavab: Qurani-kərimdə qarşılaşdığımız kəlmələrdən biri də, «liqaullahdır». Liqaullah, ərəb dilindən tərcümədə «Allahla görüş» mənasını verir. Allah-təala cism olmadığımızdan onun adi gözlə görünməsi də, sözsüz ki, mümkün deyildir. Liqaullah dedikdə, qiyamət səhnəsində Allahın qüdrətinin müşahidəsi nəzərdə tutulur.
Sual-cavab | Baxis: 670 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Donuz əti nə üçün haramdır?


Cavab: «Bəqərə» surəsinin 173-cü ayəsində belə buyurulur: «Allah sizə ölmüş heyvanı, qanı, donuz ətini və Allahdan başqasının adı ilə kəsilənləri yeməyi qəti haram etmişdir».
Artıq sübut edilmişdir ki, insanın qəbul etdiyi qidalar, onun ruhiyyə və əxlaqında təsirlər qoyur.
Sual-cavab | Baxis: 859 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 2.0/1 | Serhler(0)

Bəni-İsrailin inək macərasında nədən danışılır?

Cavab: Qurani-kərimin «Bəqərə» surəsində rastlaşdığımız bu əhvalat öz riyakarlığı ilə Musa peyğəmbərə (ə) olmazın əziyyətlərini verən yəhudilərin iç üzünü açır, onların iman dərəcəsini göstərir.

Sual-cavab | Baxis: 650 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Münafiq kimdir və onu necə tanımalı?


Cavab: Qurani-kərimdə insanların üç qismə - mömin, münafiq və kafir təbəqələrinə bölündüyünü bilirik. O da məlumdur ki, Allaha həqiqi iman gətirənlər mömin, Allahın varlığını inkar edənlər isə, kafir adlanır.
Sual-cavab | Baxis: 745 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Nə üçün duamız qəbul olmur?

Cavab: Bütün çətinliklər qarşısında duadan yetərincə güc almağın mümkünlüyünə kifayət qədər dəlillər vardır. Bəs nə üçün bəzən dualarımız qəbul olmur? Həzrəti Əli (ə) duanın qəbul olmasının səbəblərini belə bəyan edir: «Dualarınız ona görə qəbul olmur ki, qəlbiniz səkkiz halda xəyanət etmişdir:
Sual-cavab | Baxis: 753 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Salman Farsi İslama necə gəldi?


Cavab: Həzrəti Məhəmməd (s) «Salman bizdəndir» buyurmaqla, Onun hansı iman mərtəbəsində olduğunu ən sadə şəkildə ifadə etmişdir. Bəs İranda doğulub boya-başa çatmış Səlman necə oldu ki, Peyğəmbərin (s) ən yaxın adamlarından birinə çevrildi?
Sual-cavab | Baxis: 647 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Zina etməyə icazə varmı?


Cavab: Ayə və hədislərdə zinanın böyük günahlardan olduğuna kifayət qədər dəlil vardır. Ümumiyyətlə, bəşər tarixi boyu bu əməl ən çirkin əməllərdən hesab olunmuşdur.
Sual-cavab | Baxis: 763 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 1.5/2 | Serhler(0)

Yalançı peyğəmbəri necə tanımalı?

Cavab: Peyğəmbərlik bir qrup pak insana əta olunmuş böyük ilahi məqamdır. Peyğəmbərlər bəşəriyyətin doğru yola hidayəti üçün göndərilmiş elçilərdir.
Əgər bir şəxs tibb elmindən anlayışı olmadığı halda həkimlik iddiasına düşüb bir neçə insanın həyatına son qoyursa, yalançı peyğəmbər bütün bəşəriyyəti dünya və axirət əzabına sürükləyir.
Sual-cavab | Baxis: 674 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

İnsan nə üçün ölümdən qorxur?

Cavab: Əksər insanların ölümdən qorxduğu sirr deyildir. Ayə və hədislərdən məlum olur ki, bu qorxunun iki əsas səbəbi vardır:
1. İnsanların böyük bir hissəsi ölümü yoxluq və son kimi anlayır. Bu anlaşılmaz yoxluq hissi, insan düşüncəsini təlatümə gətirir.
Sual-cavab | Baxis: 720 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Harut və Marut kimdir?


Cavab: Babil məmləkətində olmuş bu iki mələk haqqında saysız-hesabsız əfsanələr uydurulmuşdur. Hətta təfsirçilərdən də bəziləri, uyğun gəlməyən fikirlər söyləmişlər. Onlar Harut və Marutun yerə enməsi səbəbi barədə belə deyirlər:
Sual-cavab | Baxis: 753 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Nübüvvət, risalət və imamət bir-birindən
nə ilə fərqlənir?


Cavab: Allah tərəfindən əmr almış üç təbəqə mövcuddur: nəbilər, rəsullar və imamlar.
Nübüvvət məqamına çatmış şəxs (nəbi), Allahdan vəhy qəbul edir və vəhy göstərişlərinə ehtiyacı olanları məlumatlandırır
Sual-cavab | Baxis: 704 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Allahı zikr etmək
nə deməkdir?


Cavab: «Zikr» ərəbcədən tərcümədə «yada salmaq» deməkdir. Allah-təala Quranda buyurur: «Məni yada salın ki, mən də sizi yada salım»[Beqere,152].
Sözsüz ki, Allahı yada salmaq, təkcə dilə aid deyildir. Dil qəlbin tərcüməçisidir.
Sual-cavab | Baxis: 698 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Ühüd döyüşündə müsəlmanlar nə üçün məğlub oldular?

Cavab: İslam tarixindən məlumdur ki, Bədr döyüşündə müsəlmanlara məğlub olan Qüreyş tayfasından 70 nəfər öldürüldü. Əbu Süfyan qəzəbləri soyumasın, deyə qadınları ağlamağa belə qoymadı. Qüreyş «intiqam» deyə fəryad çəkirdi.
Sual-cavab | Baxis: 693 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Günah olan məclisdə oturmaq olarmı?

Cavab: Ənam surəsinin 68-ci ayəsində buyurulur: «Ayələrimizə istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər şeytan bunu sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə oturma».
Sual-cavab | Baxis: 684 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Təvəssül nədir? 
Cavab: «Təvəssül» ərəbcədən tərcümədə «müəyyən vasitə ilə məqsədə yaxınlaşmaq istəyi» mənasını verir. «Maidə» surəsinin 35-ci ayəsində buyurulur: «Ey iman gətirənlər, Allahdan qorxun. Ona yaxınlaşmaq üçün vasitə axtarın» («vəbtəğu iləyhil-vəsilə»).
Sual-cavab | Baxis: 714 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Çoxluq həmişə haqlıdırmı?


Cavab: Bəzən eşidirik: əgər spirtli içki pisdirsə, nə üçün dünyada böyük əksəriyyət ondan istifadə edir?
«Maidə» surəsinin 100-cü ayəsində Allah-təala buyurur: «Ya peyğəmbər, de ki, murdar şeyin çoxluğu səni heyrətə gətirsə belə, murdarla pak bir ola bilməz».
Sual-cavab | Baxis: 665 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

İnsanları haqqa dəvət edib, batildən çəkindirmək vacibdirmi?

Cavab: «Maidə» surəsinin 105-ci ayəsində oxuyuruq: «Ey iman gətirənlər, nəfsinizi qoruyun. Siz doğru yolda olsanız, yoldan azanlar sizə heç bir zərər yetirməzlər».
İslamda hər bir müsəlmana vacib buyurulmuş on əməl sırasında əmr be məruf (doğru yola əmr) və nəhy əz münkər (azğınlıqı qadağan etmə) də vardır.
Sual-cavab | Baxis: 625 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Müsəmma əcəl nədir?


Cavab: «Ənam» surəsinin 2-ci ayəsində buyurulur: «Odur sizi palçıqdan yaradan, sonra isə əcəli müəyyən edən. Allahın yanında Müsəmma ‒ məlum bir əcəl də vardır».
Ayədən məlum olur ki, insan üçün iki əcəl, iki ölüm vardır: müsəmma ‒ məlum əcəl və sadəcə əcəl.
Sual-cavab | Baxis: 809 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Peyğəmbərliyə nə üçün
mələk
seçilmədi?


Cavab: Həzrət Peyğəmbər (s) və onun gətirdiyi ayinlərə müxalif olanlar, öz çirkin məqsədlərinə çatmaq üçün min bir bəhanə gətirir, bütün vasitələrə əl atırdılar. Bu bəhanələrdən biri də, peyğəmbər olaraq mələk yox, insanın seçilməsindən doğan narazılıq idi.
Sual-cavab | Baxis: 665 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

İlk müsəlman kimdir?


Cavab: Qurani-kərimin «Ənam» surəsinin 163-cü ayəsində buyurulur: «(Ya Məhəmməd, de ki) onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam».
Ayədən açıq-aşkar məlum olur ki, ilk müsəlman həzrət Məhəmməddir (s).
Sual-cavab | Baxis: 634 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Adəm (ə)
günahkardırmı?



Cavab: Yəhudilərin və məsihilərin müqəddəs kitablarına əsasən, Adəm (ə) çox ağır günaha yol vermişdir. Lakin İslam mənbələrində Adəmin günaha yol verdiyi qətiyyətlə inkar olunur.
Sual-cavab | Baxis: 708 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Musa (ə) nə üçün tövbə etdi? 

Cavab: Musa peyğəmbər Bəni-İsrail tayfasının inadkarlığı qarşısında bir çox çətinliklərlə üz-üzə gəlirdi. «Nisa» surəsinin 153-cü ayəsində Allah-təala buyurur: «(Ya Məhəmməd) kitab əhli sənin onlara göydən bir kitab endirməyini istəyirlər. Halbuki, onlar Musadan bundan daha böyüyünü istəmiş və «bizə Allahı aşkar göstər» demişdilər».
Sual-cavab | Baxis: 672 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Nə üçün dünya bir anda yaradılmadı?


Cavab: «Əraf» surəsinin 54-cü ayəsində buyurulur: «Həqiqətən, Allah-təala göyləri və yeri altı gündə xəlq etdi». Maraqlıdır ki, görəsən, misilsiz əzəmət sahibi olan Rəbbimiz nə üçün dünyanı bir anda yaratmadı?
Sual-cavab | Baxis: 724 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Əsa əjdahaya çevrilə bilərmi?

Cavab: «Əraf» surəsinin 107-ci ayəsində oxuyuruq: «Musa əsasını atdı və o, dərhal aşkar görünən əjdahaya çevrildi».
Musanın əsasının əjdahaya çevrilməsi hadisəsini iki baxımdan izah etmək olar: Əvvəla, qeyd edək ki, bütün peyğəmbərlər möcüzə ilə gəldikləri kimi, Musa (ə) da möcüzə ilə gəlmişdi və bu möcüzələrdən biri də, əsa idi.
Sual-cavab | Baxis: 677 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

«Mənzələt» hədisində nə deyilir?


Cavab: Həzrət Peyğəmbərin (ə) buyuruqları arasında adıyla tanınan məşhur hədislərdən biri də, «Mənzələt» hədisidir. Bu hədis həm şiə, həm də sünnət əhli alimləri tərəfindən nəql olunmuşdur. Ən məşhur sünni mənbələri «Səhihi-Buxari», «Səhihi-Müslim»də adı çəkilən hədislə rastlaşırıq.
Hədisdə buyurulur:
Sual-cavab | Baxis: 668 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

İnsan heyvana çevrilə bilərmi?

Cavab: «Əraf» surəsinin 166-cı ayəsində buyurulur: «Qadağan olunmuş işə saymazyana münasibət bəslədikləri vaxt, onlara əmr etdik: «Zəlil meymunlara dönün!».
Müxtəlif ayələrdən məlum olur ki, yolunu azmış tüğyançı tayfaları Allah-təala müxtəlif cür cəzalandırır.
Sual-cavab | Baxis: 722 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Zərr aləmi nədir? 
Cavab: Müxtəlif İslam mənbələrində zərr aləmi haqqında məlumat verən kifayət qədər rəvayət vardır. Lakin biz yalnız bir Quran ayəsi ətrafında danışacağıq. «Əraf» surəsinin 172-ci ayəsində buyurulur: «Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən övladlarını çıxarıb, onları özlərinə şahid tutaraq, soruşmuşdu: «Mən sizin Rəbbiniz deyilməmmi?».
Sual-cavab | Baxis: 716 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Qiyamət nə zaman baş verəcək?


Cavab: Rəvayətə görə, Qüreyş tayfasından bir neçə nəfər qonşu əyalətdəki yəhudi alimlərlə görüşüb, həzrət Məhəmmədi (s) susdurası suallar hazırlayırdılar. Bu suallardan biri də, qiyamətin nə zaman bərpa olacağı idi. Onlar həzrətin hüzuruna gəlib bu sualı verəndə, ayə nazil oldu:
Sual-cavab | Baxis: 640 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Peyğəmbər (s) qeyb
aləmindən xəbərdar idimi?


Cavab: Məhdud mütaliəli bir qism insan bəzən bir ayəni oxumaqla nəticə çıxarır. Belə ayələrdən biri də, «Əraf» surəsinin 188-ci ayəsidir. Ayədə deyilir: «Əgər qeybi bilsəydin, sözsüz ki, daha çox xeyir tədarük edərdin və mənə pislik də toxunmazdı».
Sual-cavab | Baxis: 645 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Quran oxunan zaman susub, onu dinləmək vacibdirmi?


Cavab: Bu barədə Quranda buyurulur: «Quran oxunan zaman, onu dinləyin və susun ki, bəlkə rəhm olunasınız»["Eraf" suresi, aye 204].
İbn Əbbas nəql edir ki, ilk əvvəllər müsəlmanlar namaz zamanı söhbət edər, bir-birlərinə sual verərdilər. Yuxarıdakı ayə nazil olduqdan sonra namaz zamanı əlavə danışıqlar qadağan edildi.
Sual-cavab | Baxis: 576 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

İmanlı insanda hansı
xüsusiyyətlər olmalıdır?



Cavab: Quran ayələri və Əhli-beyt hədislərində möminlərə məxsus bir çox sifətlər sadalanır. Biz yalnız «Ənfal» surəsində qeyd edilmiş sifətlərdən danışacağıq: «Möminlər yalnız o kəslərdir ki, Allahın adı çəkiləndə ürəkləri qorxudan titrəyər».
Sual-cavab | Baxis: 653 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Kafirlərlə ilk silahlı
vuruş hansıdır?



Cavab: Müsəlmanların kafirlərlə ilk silahlı vuruşu Bədr döyüşüdür. Əbu Süfyan qırx nəfərlik heyət və əlli min dinarlıq mal ilə Şamdan qayıdırdı. Həzrət Peyğəmbər (s) düşmənin iqtisadi qüdrətini sındırmaq üçün onun əsas sərmayəsinin toplandığı bu karvanı müsadirə etmək qərarına gəldi.
Sual-cavab | Baxis: 698 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Düşmən güclüdürsə,
döyüşdən qaçmaq olarmı?



Cavab: Yuxarıdakı suala Quran ayələri belə cavab verir:
«Ey iman gətirənlər, döyüş meydanında kafirlərlə rastlaşdığınız zaman dönüb qaçmayın»[Ənfal surərsi, aye 15].
«İçərinizdə iyirmi səbirli kişi olsa, min kafirə qalib gələr»[Ənfal surərsi, aye 65].
Sual-cavab | Baxis: 660 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Özünü peyğəmbər məscidinin
sütununa bağlayan kim idi?



Cavab: Təfsirçilərin fikirincə, «Bilə-bilə Allaha, onun peyğəmbərinə və aranızdakı əmanətlərə xəyanət etməyin»["Enfal" aye 27] ayəsi Əbu Ləbabə haqqında nazil olmuşdu. Əbu Ləbabə kimdir?
Sual-cavab | Baxis: 666 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Xümsün yarısının
Bəni-Haşimə məxsus olması
ayrı-seçkilik deyilmi?



Cavab: İslamda illik gəlirin ehtiyacdan artıq qalan xərclənmiş hissəsindən tutulan beşdə bir vergi xüms adlanır. İkinci bir vergi də vardır ki, konkret sahələri əhatə edir və zəkat adlanır.
Sual-cavab | Baxis: 661 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-11 | Reytinq: 0.0/0 | Serhler(0)

1-50 51-100 101-150 151-200 ... 251-300 301-311