Cümə günü, 2024-11-22, 3:20 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Harut və Marut kimdir?
2013-03-11, 1:53 PM
Harut və Marut kimdir?


Cavab: Babil məmləkətində olmuş bu iki mələk haqqında saysız-hesabsız əfsanələr uydurulmuşdur. Hətta təfsirçilərdən də bəziləri, uyğun gəlməyən fikirlər söyləmişlər. Onlar Harut və Marutun yerə enməsi səbəbi barədə belə deyirlər: «Allah onları yerə endirdi bilsinlər ki, onlar da insanların yerinə olsaydılar, günaha yol verərdilər. Onlar da yerə endikdən sonra böyük günahlara başladılar».
Qurani-kərimdə buyurulur: «Şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək, kafir oldular. Halbuki, o iki mələk «biz imtahanıq, sən gəl kafir olma» deməmiş, kimsəni öyrətmirdi»["Beqere"suresi. aye 102].
«Məcməül-bəyan»da bu ayənin təfsirində oxuyuruq: «Babil ölkəsində sehr və cadu öz zirvəsinə çatmışdı. Bu, xalqı çox narahat edirdi. Allah-təala insan surətində iki mələk göndərdi ki, xalqa sehr və cadunun təsirsizləşdirilməsi yollarını öyrətsinlər.
Mələklər məcbur oldular ki, sehr-caduya qarşı mübarizə aparacaq insanlara onun yollarını da öyrətsinlər. Həmin adamlardan bir dəstəsi öyrəndiklərindən sui-istifadə edərək, sehrbazlara qoşuldular. Hansı ki, mələklər onlara xəbərdarlıq etmişdilər ki, bu biliklərdən pis məqsədlə istifadə etmək küfrdür».
Müəllif: Məhəmməd Azəri
Category: Sual-cavab | Added by: Ənfal
Views: 751 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]