Şənbə günü, 2024-04-20, 8:36 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Düşmən güclüdürsə, döyüşdən qaçmaq olarmı?
2013-03-11, 6:43 AM
Düşmən güclüdürsə,
döyüşdən qaçmaq olarmı?



Cavab: Yuxarıdakı suala Quran ayələri belə cavab verir:
«Ey iman gətirənlər, döyüş meydanında kafirlərlə rastlaşdığınız zaman dönüb qaçmayın»[Ənfal surərsi, aye 15].
«İçərinizdə iyirmi səbirli kişi olsa, min kafirə qalib gələr»[Ənfal surərsi, aye 65].
«Allahın düşmənini və öz düşməninizi qorxutmaq üçün kafirələrə qarşı bacardığınız qədər qüvvə və döyüş atları tədarük edin»[Ənfal surərsi, aye 60]. «Allahın izni olmayınca, heç kəsə ölüm yoxdur»[Ali-İmran surəsi, ayə 145].
«Sizin içərinizdən iki dəstə qorxaraq, geri çəkilmək fikirinə düşmüşdü. Hansı ki, Allah onların yardımçısı idi. Möminlər gərək Allaha təvəkkül etsinlər»[Ali-İmran surəsi, ayə 122].
«...Kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olar. Onun məskəni cəhənnəmdir»[Ənfal surəsi, ayə 16].
Ayələrdən açıq-aşkar görünür ki, döyüşdən qaçmaq İslamda böyük günahlardan hesab olunur.
İmam Əli ibn Musa ər-Riza (ə) belə buyurur: «Allah-təala cihaddan qaçmağı ona görə haram buyurub ki, dində süstlüyə, Peyğəmbər və imamların proqramlarının təhqirinə səbəb olur. Müsəlmanların döyüşdən qaçması səbəbindən düşmən cəsarətə gəlir».
Həzrət Əli (ə) cihaddan qaçmağa münasibətini belə bildirir: «Heç zaman düşmən qoşununun qarşısından qaçmadım və kimsə meydanda mənimlə üz-üzə gəlmədi. Kim gəldisə, torpağı qanıyla sirab etdim».

Müəllif: Məhəmməd Azəri
Category: Sual-cavab | Added by: Ənfal
Views: 627 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]