Çərşənbə günü, 2024-04-24, 8:15 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Quran oxunan zaman susub, onu dinləmək vacibdirmi?
2013-03-11, 6:50 AM
Quran oxunan zaman susub, onu dinləmək vacibdirmi?


Cavab: Bu barədə Quranda buyurulur: «Quran oxunan zaman, onu dinləyin və susun ki, bəlkə rəhm olunasınız»["Eraf" suresi, aye 204].
İbn Əbbas nəql edir ki, ilk əvvəllər müsəlmanlar namaz zamanı söhbət edər, bir-birlərinə sual verərdilər. Yuxarıdakı ayə nazil olduqdan sonra namaz zamanı əlavə danışıqlar qadağan edildi.
Bəs başqa vaxtlar necə, Quran oxunarkən danışmaq olarmı? Rəvayət olunur ki, imam Sadiq (ə) buyurmuşdur: «İstər namaz vaxtı, istərsə də başqa vaxtlar Quran oxunduğunu eşidərkən susub, onu dinləmək lazımdır». Hətta, bəzi hədislərə əsasən, Quran oxunduğunu eşidən pişnamaz yaxşı olar ki, ayə qurtaranadək susub, onu dinləsin.
Yuxarıda deyilənlərdən aydın olur ki, Quran oxunduğunu eşidən zaman, susmaq çox bəyənilmiş bir işdir. Bununla belə susmaq, vacib deyildir. İslami mənbələrdə belə bir mülahizə də vardır ki, cəmiyyət namazında iqtida edənlərin namazın birinci və ikinci rəkətlərində qiraət zamanı sakit dayanması uyğun ayədəki göstərişə əsaslanır. Amma bu halda da, susmaq vacib deyildir (İqtida edən şəxs astadan zikr edə bilər).

Müəllif: Məhəmməd Azəri
Category: Sual-cavab | Added by: Ənfal
Views: 543 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]