Cümə günü, 2024-03-29, 9:34 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Peyğəmbər (s) qeyb aləmindən xəbərdar idimi?
2013-03-11, 6:51 AM
Peyğəmbər (s) qeyb
aləmindən xəbərdar idimi?


Cavab: Məhdud mütaliəli bir qism insan bəzən bir ayəni oxumaqla nəticə çıxarır. Belə ayələrdən biri də, «Əraf» surəsinin 188-ci ayəsidir. Ayədə deyilir: «Əgər qeybi bilsəydin, sözsüz ki, daha çox xeyir tədarük edərdin və mənə pislik də toxunmazdı». Bu ayə həzrət Məhəmmədin (s) dilindən buyurulur. Amma ayədən bu nəticə çıxmır ki, peyğəmbər qeyb aləmindən tamamilə xəbərsiz idi. Sadəcə olaraq, peyğəmbərin bu sahədəki biliyi məhdud idi. O, bu barədə Allah-təalanın öyrətdiyi qədər bilirdi. «Cin» surəsinin 26, 27-ci ayələrində oxuyuruq: «Qeybi bilən ancaq Allahdır və öz qeybini kimsəyə əyan etməz; bəyənib seçdiyi peyğəmbərdən başqa!».
Peyğəmbərlər həm maddi, həm də mənəvi cəhətdən cəmiyyətə rəhbərlik etməyə vəzifəli olduqlarından, onların bir sıra biliklərə ehtiyacı labüddür. Bu sahədə qeyb aləmindən biliyə nə qədər ehtiyacları vardırsa, o qədər də bilirlər. Qeyb aləmindən məlumatı olmayan şəxs, öz dövrünün rəngini alır və onun bilikləri başqa bir zaman və şərait üçün yetərsiz olur. Buyuruqları dünya həyatının sonunadək eyni təsirdə qalan həzrət Məhəmməd (s), heç şübhəsiz, qeyb aləmindən xəbərdar idi. Dünyəvi rəhbərlərin isə, yalnız öz dövrü və öz şəraitində təsirli olduğu göz qabağındadır.
Müəllif: Məhəmməd Azəri
Category: Sual-cavab | Added by: Ənfal
Views: 613 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]