Main » Files » Digər məlumatlar » Sual-cavab |
Günah olan məclisdə oturmaq olarmı?
2013-03-11, 1:46 PM | |
Cavab: Ənam surəsinin 68-ci ayəsində buyurulur: «Ayələrimizə istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər şeytan bunu sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə oturma». Uyğun əmrə itaət etməyənlərə xəbərdarlıq olunur: «Belə məclislərdə iştirak etsəniz, siz də onların tayı olacaq, onların aqibəti ilə rastlaşacaqsınız»["Nisa" suresi, aye 140]. Ayə və hədislərdən aşağıdakı nəticələr çıxır: 1. Günah məclisində iştirak, günahda iştirak kimidir; 2. Belə məclisdə iştirak edən şəxs, ya günahın qarşısını almalı, ya da həmin məclisi tərk etməlidir; 3. Belə məclislərdə sakit oturanın cəzası, günahkarların cəzası qədərdir; 4. Günaha yol verilməyən məclislərdə kafirlərlə oturmaq olar; 5. Günahkarlarla mehriban münasibət nifaq nişanəsidir. Çünki həqiqi müsəlman, ilahi hədlərin pozulduğu mühitdə rahat dayana bilməz. Müəllif: Məhəmməd Azəri | |
Views: 680 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |