Main » Files » Digər məlumatlar » Sual-cavab |
Zina etməyə icazə varmı?
2013-03-11, 1:58 PM | |
Cavab: Ayə və hədislərdə zinanın böyük günahlardan olduğuna kifayət qədər dəlil vardır. Ümumiyyətlə, bəşər tarixi boyu bu əməl ən çirkin əməllərdən hesab olunmuşdur. «Əl-minar» təfsirində belə bir rəvayət nəql olunur: «Böyük bir məclisdə cavan bir oğlan ayağa qalxıb, həzrət Məhəmmədə (s) belə bir sual verdi: «Mənə icazə verərsənmi zina edim?». Məclisdən onun bu sualına etiraz səsləri ucaldı. Amma həzrət Peyğəmbər (s) mülayimliklə onu yaxına çağırıb, qarşısında əyləşdirdi və məhəbbətlə soruşdu: «Əgər bir şəxs sənin anan və ya bacınla zina etmək istəsə, razı olarsanmı?». Gənc «razı olmaram» dedi. Həzrət sözünü belə sona yetirdi: «Bil ki, xalq da onun qızları ilə zina edilməsinə razı deyildir». Müəllif: Məhəmməd Azəri | |
Views: 759 | Downloads: 0 | Rating: 1.5/2 |
Total comments: 0 | |