Cümə axşamı, 2019-08-22, 2:45 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Özünü peyğəmbər məscidinin sütununa bağlayan kim idi?
2013-03-11, 6:42 AM
Özünü peyğəmbər məscidinin
sütununa bağlayan kim idi?



Cavab: Təfsirçilərin fikirincə, «Bilə-bilə Allaha, onun peyğəmbərinə və aranızdakı əmanətlərə xəyanət etməyin»["Enfal" aye 27] ayəsi Əbu Ləbabə haqqında nazil olmuşdu. Əbu Ləbabə kimdir?
İmam Sadiq (ə) buyurur ki, həzrət Peyğəmbərin (s) göstərişi ilə Mədinə yəhudilərindən bir hissəsi itaətsizliklərinə görə, iyirmi bir gün mühasirədə saxlandılar. Nəhayət, sülh təklif etməyə məcbur oldular. Həzrət (s) onların xəyanətkarlığından şübhələnərək, Səd ibn Məaza tabe olmalarını istədi. Lakin yəhudilər, Əbu Ləbabənin hakim olmasını arzuladılar.
Peyğəmbər (s) bu təklifi qəbul edib, Əbu Ləbabəni onların yanına göndərdi. Söhbət zamanı yəhudilər Əbu Ləbabədən Səd ibn Məaz haqqında soruşdular. Əbu Ləbabə boğazına işarə edərək, Səd ibn Məazı qəbul etməyin onlar üçün ölümə bərabər olduğunu anlatdı. Əbu Ləbabənin xəyanətindən Peyğəmbəri (s) agah edən ayə nazil oldu. Əbu Ləbabə hələ adı çəkilən məclisdən durmamış, şeytana uyaraq, xəyanət etdiyini anladı. Öz xəyanətindən peşman olmuş Əbu Ləbabə, özünü peyğəmbər məscidində kəndirlə sütuna bağlayıb, «Allah-təala tövbəmi qəbul etməsə, ölənədək ac və susuz qalacağam», dedi. Yeddi gün, yeddi gecə bağlı vəziyyətdə qalan Əbu Ləbabə huşunu itirəndən sonra tövbəsi qəbul oldu. Həzrət Peyğəmbər (s) özü Əbu Ləbabəni sütundan açdı. Bütün var-yoxunu sədəqə vermək istəyən tövbəkara, «üçdə birini versən yetər» -deyə buyurdu.

Müəllif: Məhəmməd Azəri
Category: Sual-cavab | Added by: Ənfal
Views: 393 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]