Cümə axşamı, 2024-11-21, 9:57 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Göz dəymək vardırmı?
2013-10-30, 11:30 PM
Göz dəymək vardırmı?

  İnsan ruhunun qüdrəti o qədər böyükdür ki, indiyə qədər hələ də tanınmamışdır. Onun bu dünyadakı nümunəsinə telepatiya, uzun məsafədən fikrin çatdırılması, sehri misal çəkmək olar. Bundan başqa insanlar arasına nifaq salmaq, dostu düşmən etmək, malı zay etmək də göstərmək olar. Çünki ruh İlahi bir varlıqdır və Allaha aiddir. Yəni, bəşər onun haqqında az şey bilir. (Əndişiye-Qum)
"Əgər səndən ruh haqqında soruşsalar de ki, ruh mənim Pərvərdigarımın göstişlərindən biridir və kiçik bir bilikdən başqa bizə heç bir şey verilməmişdir”.
Təcrübə elmi bir çox hikmətləri, fəlsəfi əhkamları və dini məsələləri təcrübə yolu ilə sübut edə bilmir. Məsələn, ruhlar, mələklər kimi. Bəs göz dəymək vardırmı?
 
Elmin nəzərincə göz dəymək.
Müxtəlif müllətlər arasında göz dəymək kimi məşhur olan bir hadisə elm tərəfindən sübut edilməmişdir. Bir çox şairlər öz şeirlərində bu mövzunu çox istifadə etmişdilər. İnsanların bir çoxu bu fikirdədirlər ki, bəzi insanların gözündə xüsusi təsir vardır. O zaman ki, heyrətlə nəyəsə baxırlarsa, ola bilsin ki, onu aradan aparsınlar. Əgər insandırsa, onu dəli edərlər.
 
Əqli cəhətdən göz dəymək mövzusu.
Bu məsələ ağıl baxımından qeyri-mümkün deyildir. Bu günün bir çox alimləri belə düşünürlər ki, bəzi gözlərdə xüsusi maqnit gizlənir. Hətta təmrin vasitəsilə onu inkişaf etdirmək olar. Bu gözdə olan maqnit xüsusi dalğalar vasitəsilə qarşı tərəfə tərsir edər.
Burada maqnit elminə işarə edilir.
1. Telepatiya və ya fikrin ötürülməsi.
2. Təlqin və başqalarına nəyisə təlqin etmək.
3. Hipnotik yuxular.
 
Quranın nəzərində göz dəymək.
"Həqiqətən, kafir olanlar bu zikri (Quranı) eşidən zaman, az qalırdı səni gözlərinin (nəhsliyi) ilə titrətsinlər! Və deyirlər: "Həqiqətən, o bir divanədir!” ("Qələm” 51).
Eyni zamanda "Nas” və "Fələq” surələrini də göstərmək olar.
Hədislərimizdə də bu mövzuya toxunulmuşdur. İmam Əli (ə) buyurur: "Göz dəymək - haqdır və onu dəf etmək üçün duaya təvəssül etmək də haqdır”.
Həzrət Peyğəmbər (s) buyurur: "Göz dəymək - sağlam insanı qəbirə tərəf göndərər, sağlam dəvəni isə misə çevirər”.
İmam Əli (ə) buyurur: "Peyğəmbər (s) İmam Həsən (ə), İmam Hüseyn (ə) üçün göz dəyməyin qarşısını alan dua oxuyur: "Sizi Allahın gözəl adlarına, kəlamlarına ölümün şərindən, zərərli heyvanlardan və pis gözlərdən və paxıllıq edən paxıl gözlərdən tapşırıram”. Sonra Peyğəmbər (s) bizə nəzər saldı və buyurdu: "Həzrət İbrahim İsmayil və İshaqa üçün bu cür dua etmişdi””.
Ola da bilsin ki, Allah bəzilərini bu cür imtahan edər ki, bu qüdrətindən necə istifadə edəcəkdir? Məsələn bəzilərinə güclü bədən və bəzilərinə də sərvət verir. İnsan bu qüvvələrindən düzgün yolda da istifadə edə bilər, yanlış yolda da.
Ancaq bu qüvvə hər bir insanda olmur. Əgər bu qüvvə insanlara ziyan vurursa - şərdir.
Deməli, göz dəymək vardır və onun qarşısını almaq üçün dua və təvəssül də vardır.
 
/Deyerler.org/
Category: Sual-cavab | Added by: Ənfal
Views: 1286 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]