Bazar günü, 2024-12-22, 9:16 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Noyabr » 15 » Mövlud
9:17 AM
Mövlud
Şeyx Səduq "İləluş-şərayi" və "Məanil-əxbar" adlı kitabında Yəzid ibn Qənəbdən belə nəql edir:" Mən, Abbas ibn Əbdülmüttəlib və Bəni Əbdülmüttəlib və Bəni Əbdülüzza qəbiləsindən olan bir neçə nəfər Kəbənin kənarında əyləşmişdik. Bu vaxt Fatimə bint Əsədin Kəbəyə doğru yaxınlaşdığını gördük.  Onun doğuş sancısından əziyyət çəkdiyi bəlli idi. Kəbənin divarına çatanda Allaha belə dua etməyə başladı:" İlahi, Sənə və Sənin göndərdiyin bütün peyğəmbərlərə inanır, cəddim İbrahimin bütün dediklərini qəbul edirəm. Bu evi inşa edən məhz odur". Bunu demişdi ki, Kəbənin arxa divarı yarıldı. Fatimə içəri daxil olub gözdən itdi. Sonra Kəbənin divarı əvvəlki vəziyyətinə qayıtdı. Ona kömək etmək məqsədilə Kəbəyə tərəf qaçıb qapısını açmaq istədik.  Lakin nə qədər çalışsaqda qıfılı aça bilmədik. Qısa müddət ərzində bu xəbər hər yerə yayıldı. Hamı, hətta evdən eşiyə çıxmayan qadınlarda hər yerdə bu haqda danışırdı. 
 Bu hadisənin üstündən bir neçə gün keçdi. Kəbənin divarı yenidən yarıldı və Fatimə bint Əsəd daxil olduğu yerdən eşiyə çıxdı. Camaata səslənərək dedi:" Allah-Təala məni özümdən əvvəlki qadınlardan üstün etdi. Asiya bint Müzahim Allaha yalnız gizli şəkildə ibadət edirdi, Məryəm bint İmran şəhərdən kənara çıxıb uşağını dünyaya gətirdi və qurumuş xurma ağacından tökülən xurmaları yedi, mən isə Allahın evinə daxil olub övladımı orada dünyaya gətirdim və Cənnət nemətlərindən yedim. Kəbədən çıxmaq istəyərdən qeybdən belə bir səs gəldi: " Ey Fatimə, uşağın adını Əli qoy!". Əzəmətli Allah buyurur ki, Mən onun adını Öz adımdan seçdim, ona Öz ədəbimdən öyrətdim, Öz elmimi ona təlim etdim, Məhz o mənim evimdəki bütləri sındıracaq, evimin damına çıxıb azan verəcək və Məni zikr edəcək. Vay ona düşmən olub əmrindən çıxan şəxslərin halına".


Category: Diger me'lumatlar | Baxış: 813 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]