Bazar günü, 2024-12-22, 2:45 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Dekabr » 16 » Şeytanı ən çox narahat edən nədir?
5:15 PM
Şeytanı ən çox narahat edən nədir?


Günlərin birində lənətlik iblis Yəhyaya demişdir: "O zaman ki, yeməkdən doyursan - ağırlaşırsan və Allahınla münacat etməyə, namaz qılıb, dua etməyə rəğbətsiz olursan”. Yəhya şeytanın bu sözlərini eşidən kimi başını aşağı saldı və dedi: "Allaha and olsun ki, bundan sonra qarnımı yeməklə doldurmayacağam”. Şeytan qəzəbindən qızarır və Yəhyadan uzaqlaşaraq, deyir: "Allaha and olsun ki, mən də heç vaxt möminə nəsihət verməyəcəyəm”.

 

Şeytanı Peyğəmbər (s) ümmətindən ən çox nə narahat edir?

 

Əvvəl odur ki, müsəlmanlar bir-birini görəndə salam verirlər. Salam - Allahın adlarındandır. Hər kim salam verər, Allah onu hər bir bəladan və əziyyətdən uzaq edər. Hər kim salamın cavabını verər, Allah Təala rəhmətini ona şamil edər.

İkincisi odur ki, o zaman ki, bir-birini görürlər, əl verirlər. Bu əməlin savabı o qədər böyükdür ki, bir-birindən əllərini çəkməmiş Allah hər ikisinə rəhm edər.

Üçüncüsü odur ki, yemək yeməyə başlayan və iş görməyə başlayan zaman "Bismilləhir-Rahmənir-Rahim!”deyərlər. Şeytanı orada iştirak etməkdən məhrum edərlər.

Dördüncüsü odur ki, danışan zaman "İnşəallah” kəlməsini işlədirlər. Allahın qəzasına razı olurlar. Şeytan da onların bu işlərini korlaya bilmir və şeytanın zəhməti zay olar.

Beşinci odur ki, şeytan səhərdən axşama qədər çalışır ki, onları günaha batırsın. Günah işlədən zaman isə gecə olan kimi tövbə edərlər. Şeytanın zəhməti hədər gedər və Allah həmin bəndənin günahlarını bağışlayar.

Altıncı odur ki, Peyğəmbərin (s) adını eşidən zaman yüksək səslə salavat deyərlər. Şeytan onun savabını bildiyi üçün narahat olub, qaçar. Çünki bu əməlin savabını görməyə taqəti qalmaz.

 

Şeytan sədəqə verilməsindən niyə narahat olur?

 

Bir gün Peyğəmbəri-Əkrəm (s) şeytandan soruşur: "Ey məlun! Niyə sədəqə verməyə mane olursan?” Şeytan dedi: "Ey Allahın Rəsulu! Sədəqədə beş xüsusiyyət vardır. 1. Malı artırar. 2. Xəstələrə şəfa verər. 3. Bəlaları dəf edər. 4. Sədəqə verən Sirat körpüsündən sürətlə keçər. 5. Hesabsız hesab verməyə gələr və onun üçün əzab yoxdur”. Peyğəmbər (s) şeytandan bu sözləri eşidəndən sonra buyurdu: "Allah əzabını artırsın?”

 

İslam ümmətində şeytanın dostları

 

Bir gün Həzrət Peyğəmbər (s) şeytana buyurur: "Ey lənət olası! Sənin mənim ümmətimdə neçə dostun var?” Şeytan dedi: "On iki nəfərdir. 1.Fırıldaqçı əmir. 2. Xudbin varlı. 3. O kəs ki, haradan gətirdiyinə və hara xərclədiyinə görə qorxu hiss etmir. 4. O alim ki, zalım padşahın zülmünü təsdiq edər. 5. Xain ticarətçi ki, ticarətində insanlara xəyanət edər. 6. İnsanlardan malı ucuz alıb, bahalaşması üçün saxlayan möhtəkir. 7. Zinakar. 8. Ribaxorlar. 9. Malını insanlara paylamaqdan paxıllıq edən və başqalarını da bu işdən məhrum edən insanlar. 10. O insanlar ki, namazlarında süstlük edir və ona diqqət etmirlər. 11. O kəslər ki, insanların içində söz gəzdirirlər və onları bir-birinin üstünə salırlar. 12. O insanlar ki, məst və huşsuzdurlar”. (Porsocu saytı)

 

/Deyerler.org/


Category: Diger me'lumatlar | Baxış: 820 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]