Əsas səhifə »
2011 » Dekabr » 25 » Azan!
|
Azan sədası yüksələn zaman şeytan və onun dostları nalə çəkib fəryad qoparar. Azan tövhid və təkallahlılığa çağırış nidasıdır - kafir və müşriklər ondan qorxurlar. Azan insanları paklığa, mənəviyyata çağırır - murdar insanlar ondan qaçırlar. Azanın kəlmələri düzlük, ədalət simvoludur - quldurlar, zalımlar onu dinləməzlər. Azan Rəbbimizin dərgahına dəvət nidasıdır - ilahi rəhmətdən məyus olanlar onu eşitməzlər. Azan Pərvərdigarın qüdrət, əzəmət bəyanıdır - aciz insanlar ondan qaçarlar. Azan haqla batili müəyyən edən məhək daşıdır - bu səs batil insanların üzünü qaraldar. Azan səsi kəndirləri, buxovları qıran səsdir - əsarəti sevənlər onu xoşlamaz. Azan nidası nəfs bəlasından qurtarmağa çağırışdır - öz nəfsinə əbədi qul olanlar onu sevməz. Azan insansevərlik səlnaməsidir - məzlumların canına qənim kəsilənlər onu oxumazlar. Azan xalis bəndələr üçün bir imtahandır – onlar bu yolda ölsələr də ondan əl çəkməzlər.
hqyolu.com
|
Category: Diger me'lumatlar |
Baxış: 801 |
Added by: Ənfal
| Rating: 0.0/0 |
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[
Qeydiyyat |
Giriş ]