Ölüm anında kimləri görəcəyik! Çox rəvayətlərdə deyilir ki, Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və Əli (əleyhissalam) (bəzi digər rəvayətlərdə Fatimə, Həsən və Hüseyn (əleyhimussalam), bəzilərində isə 14 məsum) möminin ölümü zamanı onun başı üstə hazır olarlar. Əlbəttə, onlar (misali), nur halında təcəssüm edir.
|
Peyğəmbərin (s) nuru - Qiyamətin sübhü Məhəmməd (s) nurunun doğuşu ilə Qiyamət sübhü Əslində onların bu torpaq səyyarəyə gəlişi zaman baxımından varlıq günəşinin qürub vaxtına təsadüf edir. Həmin vaxtdan varlıq əsri başlayır. Kainat eniş yolunu gedir. Həzrət Peyğəmbərin (s) və Əhli-beytin (ə) zühur dövrü, xüsusi ilə imam Mehdinin (ə) həyatı başa çatdıqdan sonra varlıq günəşi qüruba yönəlir.
|
Cәnnәt әhlinin хüsusiyyәtlәri
Pеyğәmbәr (s) buyurub:
"Аllаh cәnnәt yаrаdаndа üç dәfә buyurdu: Хоş möminlәrin hаlınа (оnlаrın yеri cәnnәtdir)! Әrşin mәlәklәri dә bu sözü üç dәfә tәkrаr еtdilәr. Sоnrа хitаb gәldi: Hәr kәsdә аltı хüsusiyyәt оlsа, mömin hеsаb оlunur:
|
Qeyri-adi istək Bir arif səhradan ötərkən qızmar günəş altında yerdə çabalayan, kömək istəyən yolçu gördü. Tələsik ona yaxınlaşıb atdan düşdü. Məşkində olan suyu ona içirdi. Yolçu cana gəldi. Amma öz xeyirxahına təşəkkür etmək əvəzinə onu möhkəm əzişdirdi və atını minib çapdı.
|
Oturaraq su içməyin ayaq üstə su içməklə fərqi nədir? Hz.Muhəmməd (s.): - "Əgər ayaq üstə su içən kimsə, mədəsinə verdiyi zərəri bilsəydi, içdiyi suyu şübhəsiz ki geri qaytarardı."
İnsan mədəsinin ayaqda dayanarkən və oturuq vəziyətdəki həzm forması müxtəlifdir.
|
Başqalarına əl açmasan...
İman əhlinin mühüm xüsusiyyətlərindən biri öz ehtiyaclarını Allahdan istəməkdir. Gözü əllərdə olan, daim pul, vəzifə, rifah barədə düşünən, Allahın qapısını yaddan çıxarıb bəndələrin qapısında ömür keçirən insanların möminlik iddiası puçdur...
|
26 il… Ayətullah Seyid Məhəmməd Hüseyni Həmədani yazır: Qəvvam mədrəsəsində hücrəm vardı. Bir gün Mərhum Qazi Təbrizinin də mədrəsədə hücrəsi olduğunu eşitdim. Öyrəndim ki, evi kiçik olduğundan ibadət, mütaliə üçün hücrə götürüb. Hücrəsini tanıdığım gündən onu bir gecə olsun yatmış görmədim.
|
Peyğəmbərin (s) cənnəti O gecə kainat təşviş içində idi. Əlinin (ə) evində, ömrünün hər bir anı Peyğəmbərin (s) rahatlığı olan bir şəxs ölüm yatağında idi. Elə bir şəxs ki, Peyğəmbər (s) hər vaxr cənnətin iyini duymaq istəsəydi onu iyləyərdi. Çünki o "atasının anası" - Peyğəmbərin (s) hər şeyi idi.
|
Hәzrәt Zәhrаnın (әh.) müsibәti
Hәzrәt Zәhrа (әh.) Әliyə (ә) bеlә vәsiyyәt еtdi: «Ölәndәn sоnrа mәni qüsl-kәfәndәn sоnrа gеcә dәfn еt. Хilаfәtini qәsb еdәnlәr mәnim dәfnimdә iştirаk еtmәsinlәr. Sәni Аllаhа tаpşırırаm». («Müstәdrәkül-vәsаil», c.2, sәh.291)
|
Əsmayi - hüsnaƏn
gözəl adlar Onundur!
Əsmayi - hüsnadan yaradılış aləminin döyünən yrəyi, yaradılış aləminin bir zərrəsi olan insanın görən gözü, eçidən qulağı və danışan dilidir.
|
"Münafiq" sözü, Əhli-beytin (ə) düşməni kimi təfsir olunub«Hədid» surəsinin 13-14-cü ayələrində buyurulur: «O gün münafiq kişi və qadınlar iman gətirənlərə deyəcək: «Gözləyin ki, nurunuzdan bir qədər işıq alaq». Onlara belə cavab veriləcək: «Geriyə dönüb işıq axtarın». Bu sözlərdən sonra möminlərlə münafiqlərin arasına içəri tərəfi mərhəmət və bayır tərəfi əzab olan sədd çəkiləcək.
|
"1 Aprel zarafatı” hardan qaynaqlanır? XV əsrin sonlarında xristian ordusu İspaniyadakı Əndəlus müsəlmanlarının son qalasını muhasirəyə alırlar Uzun sürən mühasirədən sonra qış fəslinində təsiriylə, qala işğal oluna bilmir. Vəziyyətin çətinliyini anlayan xristian ordusunun komandiri dəyişik taktikalar düşünməyə başlayır.
|
Qorxu və ümid arasında İnsan tərbiyəsində ən qorxulu üsul təkcə ümid və ya təkcə qorxunu əsas götürməkdir. Bu sayaq biryönlü tərbiyənin nəticəsi ya azğınlıqdır, ya da ümidsizlik. Həddi aşan ümid insanda səhlənkarlıq yaradır. Qorxusuz insan öz vəzifələrini yerinə yetirməkdən boyun qaçırır. Bəni-İsrail övladları ifrat ümid səbəbindən azğınlıq yolunu tutub özlərini hamıdan üstün saydılar.
|
Oyuncaq şirinliyinə aldanmayın
Ariflər bu əqidədədirlər ki, öz pak fitrətindən uzaqlaşmamış insanlar Allahdan qeyrisinə könül vermirlər. Allahı sevmək meyli bütün insanlarda var. Amma çoxları öz istedad və meyllərini yaxşı tanımadıqlarından Allahdan qeyrilərinə üz tuturlar.
|
TÜTÜNÜN 3000 ILLIK TARIXI 1683-cü il. – Siqar çəkmənin qaydalarının yaradılmasının ilk cəhdləri. Massaçusets koloniyasında (gələcək ABŞ-ın ştatlarından biri) küçədə siqar çəkmək qadağan idi. Bu qadağanın pozulmasına görə alınan cərimələrin pulu yanğın əleyhinə vasitələrin alınmasına sərf olunurdu.
|
Sirler ADASI-BERMUD Söhbətimiz, planetin ən dəhşətli və qorxunc zonası sayılan bir yer barəsində olacaq. "…Burada, çoxlu sayda gəmilər və təyyarələr izsiz olaraq itmişlər. Bunların əksəriyyəti 45-ci ildən sonra baş vermişdir. 26 il ərzində mindən çöx insan burada ölmüşdür. Amma, axtarışlar nəticəsində heç bir meyid və qalıq tapılmamışdır…" - deyə amerikalı yazıçı Ç. Berlitsin Bermud ...
|
Dəfnə yarpağı Qədim Yunan mədəniyyətində dəfnə yarpağı işıq, incəsənət, musiqi və poeziya tanrısı Apollon və şərab tanrısı Dionisə həsr olunaraq sülh və zəfəri simvolizə edirdi. Apollon ismət və iffətini qoruyacağına söz verən pəri Dəfnəni (qədim Yunan mifoloğiyasında: təbiətin müxtəlif qüvvələrindən birini təmsil edən ilahə) təqib edir.
|
Hz Əli (ə) haqqında qeyri-müsəlmanların nəzərləri Bismillahir Rahmanir Rahim (İslami saytlara istinadən) Həzrət Əli (ə) barədə xristian mütəfəkkiri Corc Cordaq haqqında demişdir: "Bu böyük insanı tanısan da, tanımasan da tarix şəhadət verir ki, o, fəzilətlər dənizi, insanlıq nidası və cavidan bir şəxsiyyət idi.
|
Təqdimat kitabı Quranda müxtəlif Peyğəmbərlər, qövmlər, həmçinin məhv olmuş xalqlar haqqında əhvalatlardan söz açılmasında məqsəd və bəşəriyyətə tarixi məlumatlar vermək, nə onlarda müəyyən maraq oyatmaq, nə də şirin xatırələrdən söz açmaqdır.
|
Hər an yüksəliş fürsəti
İnsan kamillik pilləsində nə qədər yüksəlsə, yenə də bu səfərin mənzilləri tükənmir. Səfərin başlanğıcı isə tövbədir.
Həzrət Peyğəmbər (s) buyurur:
لِكُلِّ دَاءٍ دَوَاءٌ وَ دَوَاءُ الذُّنُوبِ الِاسْتِغْفَارُ
|
Aşkarda günah etmək haqqında«Möminlər arasında əxlaqsızlığın yayılmasını istəyən kəsləri dünyada və axirətdə ağrılı bir əzab gözləyir». ("Nur" surəsi, 19-cu ayə). Maraqlısı budur ki, əxlaqsızlığın yayılmasını istəyən şəxs də əzaba düçar olacaqdır. Bu isə məsələnin ciddi olmağını göstərir. Hər halda sağlam bir cəmiyyət qurmağın yollarından biri də, həmin cəmiyyətdə günahın qarşısını almaqdır.
|
İslamda novruz Allah-Təalanın bəxşetdiyi bütün nemətlər qiymətlidir. Heç vaxt öz məxluquna layiq olmayanı verməz. Özü Uca varlıqdır, ona görədə hədiyyələri qiymətlidir. İlahi tərəfindən məxluqata, xüsusəndə insanlara əta olunan bütün nemətlər Allahın verdiyi istedadların vasitəsilə olunur. Allah-Təala insana verdiyi qüdrətin vasitəsilə insan insan olub, ucalıb mələkdən də üstün olur.
|
Ayətullah Məkarim Şirazinin Novruz tövsiyələri
Bəziləri Novruz bayramını İslami bir bayram, bəziləri isə bidət və şəriətə xilaf olan bir bayram olduğunu bildirirlər Ayətullahul-Üzma Şeyx Nasir Məkarim Şirazi bu gün dərsi-xaricində(ali fiqh mühazirəsi) Novruz bayramına işarə edərək bəzi mətləbləri açıqlayıb.
|
İslamın Novruz bayramına münasibəti Novruz bayramı elə geniş bir coğrafi ərazini əhatə edir ki, onun hansı xalqa mənsub olduğunu və hansı tarixdə yarandığını qətiyyətlə söyləmək bir qədər çətindir. Amma ehtimal etmək olar ki, onun yaranma tarixi ibtidai icma quruluşunun inkişaf etmiş mərhələsilə bağlıdır.
|
Novruzumuz Ən qədim bayramlardan biri olan Novruz barəsində əsrlər boyu müxtəlif fikirlər söylənilib. Bəziləri onu atəşpərəstlərin bayramı kimi təqdim etməyə çalışıb, bəziləri hansısa bir xalqın bayramı olduğunu sübut etmək istəyib.
|
1-ci sualNə üçün etməyəcəyinizi deyirsiz? Ey iman gətirənlər, etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? (Niyə əməl etməyəcəyinizi bilə-bilə vəd verirsiniz?) Etməyəcəyiniz bir şeyi deməyiniz Allahın yanında çox mənfurdur. ("Səff" 2-3)
|
Yuxuda Allah?Səudiyyə Ərəbistanın tanınmış müftilərindən olan Şeyx Əbdürrəhman ibn Nasir əl-Bərak ona ünvanlanan suallara özünəməxsus tərzdə cavab verir. Sualların birində ondan yuxuda Allahın görünüb-görünməməsi barədə soruşurlar. Şeyx bu sualın cavabında deyir:" Bəli, Allahı yuxuda görmək olar, biz bunu Peyğəmbərimizdən (s.ə.s) nəql olunan hədislərlə də sübuta yetirə bilərik".
|
Bu müsibətlər baş verdiyi vaxt…
Ey agah ziyalı! Əgər Quranın mətnini anlayıb, onun mö’cüzələrini dərk etməyə qüvvən çatmırsa, heç olmasa, İslamdan faydalanmış inqilab rəhbərlərinin fikirləri ilə tanış ol.
|
Livat edənin cəzası Bir gün Əli (ə) səhabələrlə söhbət edirdi. Bir kişi onun yanına gəlib dedi: – Ya Əmirəl-möminin! Livat etmişəm, məni pakla! O Həzrət buyurdu: – Ay kişi! Belə sözlər danışma. Bəlkə əqlin qarışmışdır?! Sabahı gün o yenidən Həzrətin yanına gəlib dedi: – Ya Əmirəl-möminin! Livat etmişəm, məni pakla!
|
Övladını inkar edən qadın Bir cavan vahiməli halda Mədinənin küçələrində gəzir, səmimi-qəlbdən Allah dərgahına nalə edib deyirdi: "Ey ədalətlilərin ən ədalətlisi! Mənimlə anamın arasında hökm et!" Ömər ona çatıb dedi: – Ey cavan! Nə üçün anana qarğış edirsən?! Cavan: – Anam məni doqquz ay öz bətnində saxlamış, dünyaya gətirdikdən sonra iki il süd vermişdir.
|
Ən gözəl adlar Əsmaul-hüsna - Allahın öz bəndələrinə sifət və xüsusiyyətlərini dərk etmək üçün uzatdığı bir nərdivandır. Bəşər Allahın sifət və xüsusiyyətlərini dərk edə bilər, amma Onun mahiyyətini dərk etməkdə acız qalar. Əbu Bəkr bu həqiqəti nəzmə çəkərək deyir:(Ələczu ən dərkil idraki idrakin) - " Allahı idrak etmək - idrak etməkdən aziz olduğunu idrak etməkdir".
|
Kamillik yolunda çətinlikləri nemət bil!
Ayə və rəvayətlərdən məlum olur ki, cəmiyyətdə maddi və mənəvi kamilliklərə çatmaq üçün təlaş göstərib çeşidli problemləri adlamaq lazım gəlir. Həzrət Əli (ə) "Nəhcül-bəlağə"nin 88-ci xütbəsində bu mövzuya toxunur və bildirir ki, yalnız çətinliklərə dözməklə kamilləşmək mümkündür.
|
Şüşə və ayna
Bir gənc oğlan tanınmış ruhaninin görüşünə gedib ondan nəsihət istədi. Ruhani onu pəncərənin qarşısına dəvət edib "nə görürsən?” - soruşdu. Gənc cavab verdi: -Yoldan keçənləri görürürəm. Yol kənarında oturub dilənən qocanı görürəm...
|
Səqəleyn hədisi şiəliyin haqq olmasını təsdiq edən sənəddir Böyük mərcei-təqlid Ayətullah Şeyx Vəhid Xorasani bu gün öz xaric dərsində Qurani-Kərimin Yasin surəsinin təfsiri zamanı Yasin surəsinin 5-ci ayəsinin(Qüdrətli və Rəhimli tərəfindən nazil edilmişdir) varid olan qiraətlərindən danışaraq buyurmuşdur ki, İslam tarixinin məşhur qariləri və müfəssirləri bu ayəni üç cür qiraət etmişlər.
|
Günahı necə yumaq? İslam Peyğəmbəri (s) buyurur: Harada olsan Allahdan həya et! Camaatla yaxşı keçin! Nə vaxt günah etdin, ondan sonra yaxşı bir iş gör ki, günahın yuyulsun! İmam Sadiq (ə) buyurur: Gizlində günah edən şəxs əvəzində gizlində yaxşı iş görməlidir. Və aşkarda günah edən şəxs aşkarda yaxşı iş görməlidir. İmam Baqir (ə) buyurur:
|
Hətta düşmənin əzabını azaldan ayələr "Məryəm” surəsini oxumağın fəzilət və mükafatı İmam Sadiq (ə) buyurur: "Hər kəs davamlı şəkildə "Məryəm” surəsini tilavət etsə, can, var-dövlət və övlad baxımından ehtiyacsız olar. Bu şəxs son mənzildə həzrət İsa ibn Məryəmin dostlarından olar. Ona, bu mənzildə Süleyman ibn Davudun (ə) dünyadakı mülkünə bərabər bir mülk bağışlanar.” ("Məcməül-bəyan”, "Məryəm” surəsinin başlanğıcı)
|
ÇIRAĞI SÖNDÜRÜLMÜŞ XOCALI
1992-ci il fevral ayının 25-i erməni daşnaklarının yeni bir hədfi Xocali şəhəri oldu. O şəhər ki, Azərbaycan tarixinin qədim dövrlərindən muasir dövrlərə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Xocalı şəhərinin 7 min əhalisi var idi. Lakin 4 aydan artıq zaman ərzində blokada da olduğu üçün əhalinin əksəriyyəti öz doğma vətənini tərk etmək məcburiyyətində qalmışdır. O dövrlərdə təqribən 2-3 min əhali qalmışdı Xocalıda.
|
Cin haqqında qısa məlumat Cinlər haqqına çoxlu söhbətlər var. Lakin burada cin haqqına qısa söhbət açarıq: Onlar mütləq Allahın məxluqudur. Onların da insanlar kimi öhdələrinə düşən vəzifələr var. Onlar da ibadət və yəqinə çatmaq üçün xəlq olunublar. Quran: "Mən cin və insanları ibadətdən başqa bir şey üçün yaratmadım” ("Zariat" surəsi, ayə: 56)
|
Haram Məhrəmlik Dardüşüncəli radikal vəhhabi "alimləri" verdikləri gülünc fətvaları ilə müsəlman dünyasını hiddətləndirməkdə davam edirlər. Bunun nə vaxta qədər davam edəcəyi bilinməsə də, məlum olan tək bir şey var = bu cəfəngiyatlar verilənə qədər onları arayıb pxucularımıza çatdırmaq. Səudiyyə Ərəbistanın Şeyx Muhəmməd Urəyfi adlı vəhabi müftisi bu yaxınlarda belə bir gülünc fətva verib;"
|
Astadan! Qurani-Kərimdə buyurulur: Həqiqətən, Allahın Peyğəmbəri yanında astadan danışanlar (səslərini asta çıxardanlar) o kimsələrdir ki, Allah onların ürəklərini təqva üçün imtahana çəkmişdir (möminliyə layiq etmişdir). Onları (günahlardan) bağışlanma və böyük mükafat (Cənnət) gözləyir!
|
|