Bazar günü, 2024-12-22, 12:00 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Aprel » 10 » Peyğəmbərin (s) nuru - Qiyamətin sübhü
10:30 AM
Peyğəmbərin (s) nuru - Qiyamətin sübhü

Peyğəmbərin (s) nuru - Qiyamətin sübhü

          
Məhəmməd (s) nurunun doğuşu ilə Qiyamət sübhü
Əslində onların bu torpaq səyyarəyə gəlişi zaman baxımından varlıq günəşinin qürub vaxtına təsadüf edir. Həmin vaxtdan varlıq əsri başlayır. Kainat eniş yolunu gedir. Həzrət Peyğəmbərin (s) və Əhli-beytin (ə) zühur dövrü, xüsusi ilə imam Mehdinin (ə) həyatı başa çatdıqdan sonra varlıq günəşi qüruba yönəlir. Bütün varlıq mütləq məhvə üz tutur. Birinci zülmətdən milyon illər keçmiş ikinci zülmət başlayır. Bu barədə Allah-təala buyurur: "Bu gün hökm sahibi kimdir?”

Qurani-məcidin təbirincə, həmin an Qiyamət başlayır. Qiyamət günü gecəsi olmayan nəhayətsiz bir gündür.
Heç bir ayə və rəvayətdə "Qiyamət gecəsi” ifadəsi yoxdur. İstənilən mənbədə "başqa dünya” deyərkən Qiyamət günü nəzərdə tutulur. Gün üçün günəş lazım olduğu kimi, Qiyamət günü üçün də Məhəmməd (s) günəşinə ehtiyac var. Həmin bu Əhməd nuru Qurani-məciddə "siracun-munir” ifadəsi ilə xatırlanır. Məhz bu vücud Qiyamətdə Allah hüzuruna ilkin daxil olar, onun gəlişi ilə məhşər səhnəsi işıqlanar, əbədi bir gün başlayar. Quranda oxuyuruq: "Yer öz Rəbbinin nuru ilə işıqlanar...” Hazırkı ayə Qiyamət günü haqqındadır. Bir çox rəvayət və təfsirlərdə Peyğəmbər (s) və məsum imamların ilahi nur nümunəsi olduğu bildirilir. Bəli, Məhəmməd nuru olan ilahi nurun doğuşu ilə Qiyamət sübhü açılır, daimi bir gün başlayır. Bu nurun bərəkətindən bütün həqiqətlər cilvələnir. Beləcə, hesab-kitab başlayır. İmam Baqir (ə) həzrət Peyğəmbərin (s) dilindən buyurur: "Mən, Allahın kitabı və Əhli-beytim (ə) birinci, ümmətim isə sonradan Əzizul-Cəbbarın hüzuruna daxil olarıq. Həmin vaxt ümmətimdən soruşaram ki, Allahın kitabı və əhli-beytimlə (ə) necə rəftar etdiniz?”...

sibrayn.com

Category: Diger me'lumatlar | Baxış: 792 | Added by: Mursəlat | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]