Bazar günü, 2024-12-22, 12:08 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Aprel » 7 » Peyğəmbərin (s) cənnəti
5:29 AM
Peyğəmbərin (s) cənnəti

Peyğəmbərin (s) cənnəti

          
O gecə kainat təşviş içində idi. Əlinin (ə) evində, ömrünün hər bir anı Peyğəmbərin (s) rahatlığı olan bir şəxs ölüm yatağında idi.
Elə bir şəxs ki, Peyğəmbər (s) hər vaxr cənnətin iyini duymaq istəsəydi onu  iyləyərdi. Çünki o "atasının anası" - Peyğəmbərin (s) hər şeyi idi.
Müharibəyə gedəndə vidalaşdığı sonuncu şəxs o olardı. Qayıdan zaman əzəb-əziyyətlərdən yorğun, yaralı və kədərli halda ilk olaraq onun sorağına gedərdi. Ona görə ki, onun üçün Fatimənin (ə.s) salamı aramlıq zümüməsi olardı.
Əlinin (ə) evində elə bir çıraq söndü ki, Peyğəmbər (s) Məkkənin hər bir küçəsində  cahiliyyət dövrünün ağırlığını çiynində çəkir, onun əllərini öpür və diri-diri torpağa basdırılmış qızların sədasını onun qularlarına zümzümə edirdi.
Ey qadınlar aləminin Seyidəsi! Sən torpağa basdırılmış qadını oradan çıxardacaq və cahiliyyətdən xilas edəcəksən!
O gecə,  Quranın məzhəri Əlinin (ə) evində "Kövsər", "iman", "Peyğəmbərin (s) canının bir parçası" yaralanmış sinəsi ilə "Ya Məhəmməd" fəryadını əshabın qulağına çatırırdı –
-Fatimə mənim canımın bir parçasıdır!
-Gözümün nurudur!
-Hər kəs onu incitsə məni incidib, hər kəs onu qəzəbləndirsə məni qəzəbləndirib!
-Onun sevinci mənim sevincim, kədəri mənim kədəridir!

sibtayn.com

Category: Diger me'lumatlar | Baxış: 912 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]