Bazar günü, 2024-12-22, 12:32 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Aprel » 10 » Ölüm anında kimləri görəcəyik!
10:52 AM
Ölüm anında kimləri görəcəyik!
Ölüm anında kimləri görəcəyik!

          
Çox rəvayətlərdə deyilir ki, Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və Əli (əleyhissalam) (bəzi digər rəvayətlərdə Fatimə, Həsən və Hüseyn (əleyhimussalam), bəzilərində isə 14 məsum) möminin ölümü zamanı onun başı üstə hazır olarlar. Əlbəttə, onlar (misali), nur halında təcəssüm edir. 
Həzrət İmam Riza (əleyhissalam)-ın yaxın adamlarından biri can üstəydi. Həzrət onun görüşünə getdi.
O şəxs canverən halda idi və gözlərini yummuşdu.: "İndi Allahın Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm), Əli (əleyhissalam), Fatimə (əleyha salam), Həsən (əleyhissalam) və Hüseyn (əleyhissalam), ta İmam Kazim (əleyhissalam)-adək məsumları görürəm. Həmçinin, sizin də nurlu surətiniz görünür” dedi.
Bir sözlə, aydındır ki, hər kəs ölüm zamanı Əhli-Beyt (əleyhimussalam)-ı görsə, onlara olan mərifət və məhəbbətindən faydalanır.
Haris Həmdanidən məşhur bir hədisdə nəql olunub ki, Əmirəl-möminin Əli (əleyhissalam) buyurur: "Hər kəs ölüm zamanı bizi görəcək; istər mömin olsun, istərsə də kafir.”
Bəli, bu görüş möminlər üçün nemətdir. Onun dilruba camalını görmək bütün zövqlərdən zövqlüdür. Kafirlər və riyakarlar üçün isə Yaradanın qəzəbidır.

Canverən zaman mələk və şeytan

Can verən insanı son anda da sapdırmaq, azdırmaq qəsdiylə şeytanlar ona sol tərəfdən yaxınlaşır. Məlaikələr isə sağ tərəfdə hazır olurlar. Şeytanların işi həmişə adamları aldatmaqdır, xüsusilə can verən vaxtda, hətta imanlı adamların da imanlarını oğurlamaq üçün çalışırlar. Çünki səadət və bədbəxtliyin mizanı işin son nəticəsidir. İnsan yaşadığı tərzdə ölər və öldüyü təzrdə də dirilər. Hansı arzularla ömür sürmüsənsə, o arzularla da ölərsən. Əgər arzun Əli (əleyhissalam)-ın cəmalını görməkdirsə, munisin onun cəmalı olar. Yox əgər, arzun həva-həvas (şəhvət, tamah və s.) olmuşdursa, o son anda da üzə çıxar.
Lakin, Rəbbimiz imanlı şəxsləri qoruyacağını Vəd etmişdir. Şeytan belə insanlara yol tapmaz (14-cü surə, 32-ci ayə). Əbu Zəkəriyya Raziyə ölüm anında söylədilər: "De, "la ilahə illəllah” (Bir Allahdan savayı heç bir məbud yoxdur). Dedi: "Söyləmirəm.” Qəşş halına düşdü. Huşu başına gələndə dedi: "Gözlərimin qarşısına bir şəxs gəlib deyirdi ki, əgər xoşbəxt olmaq istəyirsənsə, de İsa Allahın oğludur. Cavab verdim ki, demərəm. Sonra çox israr edib "la ilahə illəlah” söylə, dedi. Cavab verdim ki, sən istədiyin üçün demərəm. Bir silahlı gəlib onu kənarlaşdırdı. İndi isə həqq kəlmələrini deyirəm.” Şəhadət kəlmələrini dilinə gətirib, dünyadan köçdü. Axı bir ömür sədaqətlə vahid Allaha pərəstiş etmiş insana can verən halda şeytan necə qalib gələ bilər?! Yox əgər ömrü şeytanla yaxınlıqla ötmüşsə, həmin saatda da munisi şeytandır.

sibtayn.com

Category: Diger me'lumatlar | Baxış: 902 | Added by: Mursəlat | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]