Bazar günü, 2024-12-22, 12:20 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Mart » 12 » Bu müsibətlər baş verdiyi vaxt…
5:23 PM
Bu müsibətlər baş verdiyi vaxt…
Bu müsibətlər baş verdiyi vaxt…


Ey agah ziyalı! Əgər Quranın mətnini anlayıb, onun mö’cüzələrini dərk etməyə qüvvən çatmırsa, heç olmasa, İslamdan faydalanmış inqilab rəhbərlərinin fikirləri ilə tanış ol.

Bilirsənmi istismar körüyündə qovrulan Şimali Afrikada azadlıq hərəkatı necə başlayıb? Şüarı «Bütün müsəlmanların Qurana qayıdışı» olan Seyyid Camal məktəbinin davamçısı Məhəmməd (əbdüh) Şimali Afrikaya qədəm qoyduğu gün! O, din alimlərini toplayıb onları köhnə fəlsəfədən çəkinməyə və xalqı Quranın həqiqi siması ilə tanış etməyə çağırdı.

Həmin vaxt Quran yenidən tədris olunmağa başladı. Hətta kənd məktəblərində əsaslı bir proqram şəklində Quran təlimləri həyata keçirildi. Qurandan istifadə etməklə, Fransız əsarətinə şərait yaradan xurafatlara son qoyuldu. Hansı ki, əvvəllər istismar boyunduruğu altında olan din nümayəndələri, yalnız fərdi ibadətlərlə məşğul olurdular. Onlar ibadətlə məşğul olduqları vaxt fransız generalları Arqo və Salan Əlcəzairin, Tunisin, Mərakeşin, Mavritaniyanın qanını sorur, bu ölkələrdə koloniya qanunları tətbiq edirdilər. Meşədə ərəb ovu ilə əylənən bir general Parisə—öz arvadına yazırdı: «Biz hamımız yaxşıyıq - mən də, itim də, ərəbim də!» Bəli, bu müsibətlər baş verdiyi vaxt möminlər zikr və duaya məşğul idilər.

Amma Quran taxçadan düşüb həyata qayıdan kimi müsəlmanlara anlatdı ki, dünyada zəlil ölən axirətdə zəlil qalxacaqdır. İnsanlar anladılar ki, İslamda Allaha yaxınlaşmağın yeganə yolu əql və düşüncə, elm və bilikdir. Anladılar ki, hər kəs zülmə təslim olsa, zalımla əlbirdir. «Həyatın əqidə uğrunda cihaddan ibarət olduğunu» dərk etdilər. Başa düşdülər ki, İslam fərdi ibadətlərlə başa çatmır, İslam Peyğəmbəri (s) rahib yox, cihad peyğəmbəridir. Onun risalət hədəfi agahlıq və ədalətdir!

Doktor Şəriəti
haqyolu.com

Category: Diger me'lumatlar | Baxış: 809 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]