Bazar günü, 2024-12-22, 7:29 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Mart » 15 » Yuxuda Allah?
5:52 AM
Yuxuda Allah?
    Səudiyyə Ərəbistanın tanınmış müftilərindən olan Şeyx Əbdürrəhman ibn Nasir əl-Bərak ona ünvanlanan suallara özünəməxsus tərzdə cavab verir.
     Sualların birində ondan yuxuda Allahın görünüb-görünməməsi barədə soruşurlar. Şeyx bu sualın cavabında deyir:" Bəli, Allahı yuxuda görmək olar, biz bunu Peyğəmbərimizdən (s.ə.s) nəql olunan hədislərlə də sübuta yetirə bilərik".
     Şeyxin hansı hədisləri nəzərdə tutduğu bizə məlum deyil.

 Saxtakarlıq:

    Bu kimi hədislər İslam mənbələrində olsa belə onlar xasta hədislər sırasındadır.
    Bunu çoxsaylə ayə, mötəbər hədislər və sağlam məntiqlə də sübuta yetirmək olar.
    1. Hər hansı bir varlığı görmək üçün onun cism olması gərəkdir. Allah isə belə xüsusiyyətə malik deyil.
    2. Hər hansı bir varlığın yuxuda görünməsi üçün onun düya həyatında əvvəlcədən müşahidə olunması və zühndə onun barəsində ilkin təsəvvürün yaranması lazımdır. Allah-Təala isə nə gözlə görünür, nə də Ona bənzərini bizə təqdim edir. (Bu həqiqəti Quranın özü təsdiqləyir. Onun bənzəri yoxdur). Çünki O, bənzəri olmayan mütləq varlıqdır.
    Sual oluna bilər: Cin və mələklər də dünya həyatında gözlə görünmürlər. Bəs onların yuxuda görünməsi necə məlum olur?
    Cavabında deyirik: cin və mələklər dünya həyatında gözlə görünməsələr də, ayə və hədislərdə onların zahiri görünüşləri barədə bəzi məlumatlar verilir. (Nədən yaradılmaları, insan bədəninə bənzər quruluşa yiyələnmələri və s.). Allah necə varlıq olduğuna gəldikdə isə bir dəfə də məlumat verilməmişdir.

    Deməli, Allahın nə dünya həyatında təsəvvür olunması, nə də yuxuda görünməsi mümkündür!





Category: Diger me'lumatlar | Baxış: 1105 | Added by: Mursəlat | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]