Əsas səhifə » 2012 Mart 19 » İslamda novruz
12:09 PM İslamda novruz | |
Allah-Təalanın bəxşetdiyi bütün nemətlər qiymətlidir. Heç vaxt öz məxluquna layiq olmayanı verməz. Özü Uca varlıqdır, ona görədə hədiyyələri qiymətlidir. İlahi tərəfindən məxluqata, xüsusəndə insanlara əta olunan bütün nemətlər Allahın verdiyi istedadların vasitəsilə olunur. Allah-Təala insana verdiyi qüdrətin vasitəsilə insan insan olub, ucalıb mələkdən də üstün olur. Elə Allah-Təalanında məqsədi insanı mələklərdən də uca mərtəbəyə çatdırmaqdır. Bu yolda lazım olan hər şeyi insanın ixtiyarında qoyulubdur. Allahın məqsədinə olan o uca mərtəbəyə qalxmaqdan ötrü çoxlu yollar vardır. Əslində onlar çətin yollardır. Amma Əli (ə) buyurur:" Allah-Təala istədiyi bəndələr üçün bu yolları abadlaşdırar". Buna görə də bəndəyə əvvəlcə o yolları getmək qərarına gəlsin. Allah da onun üçün asanlaşdırsın. Bundan sonra insan əvvəlində ciddiləşirAllah-Təala köməkliyin çoxaldır. Və nəhayət insan kamilliyə çatır. Yarandığı hədəfə qovuşur. İndi də o yollardan danışaq. Yollar çoxdur, bunların hamısı hədəfə çatdıran vasitələrdir. Bu dəfə günlərdən danışaq. Günlər, vaxt və zaman insan üçün fürsətdir. Gərək o fürsətdən layiqincə istifadə etsin. Allahın bütün günləri əzizdir, hamısı qiymətlidir. Onların bəzisi insan üçün qəmli, bəziləri isə sevinclidir. Məlundur ki, bizə sevinmək daha əlverişlidir. Heç kim kədərlənmək istəmir. Amma kədər və sevinc hər ikisi ilahi paydır. Buna əsasən də insan sevinci və kədəri Allaha xatir olsa hər ikisi onun hədəfə çatması üçün köməkçidir. Bu dəfə sevinməli günlərdən danışaq. Yəni bayramlardan. Əvvəldə qeyd etdim:" Həzrət Əli (ə) buyurur:" Hansı günündə insan günah etmirsə, o gün onun bayramıdır". Belə insan günah etmədiyi gün başqa bir bayram günü ilə üst-üstə düşərsə ikiqat bayram olar. Racı demişkən:" Ehdi əzhada nigari özaram elədim, xəlq bir eyd elədi mən iki bayram elədim. Bu bayramdan biri də Novruz bayramıdır. Novruzun çox qədim tarixi vardır. Allahın sonuncu Peyğəmbəri (s.ə.s) seçilən də insanın dinini insanlara çatdıranda əvvəlcədən insanların adətinə çevrilmiş hadisələri də nəzərdən keçirtdi. Ziyanlıları qadağan etdi, xeyirlilərinə əlavə edib bir az da zinətləndirdi. O cümlədən Novruz bayramına müstəhəb ünvanında bir dua, həmin günün oruc tutmağın və qüsl etməsini əlavə etdi. İmam Əli (ə) buyurur:" Novruz bayramdır. Onu ərəblər unudub əcəmlər isə qoruyub saxladı" İmam Sadiq (ə) -dan soruşdular: Novruz necə gündür? Həzrət (ə) buyurur: Novruz bizim və bizim dostlarımızın günüdür. Məsum İmamlarımızdan nəql olunan rəvayətə əsasən yer üzündə ilk dəfə külək Novruz günü əsib, nəbabət ö günü göyərib, Həzrət Nuhun (ə) gəmisi Novruz günü tufandan xilas olub. Həzrət İbrahim (ə) oddan nicat tapması bu gündə baş verib, Həzrət Musa (ə) Firona Novruz günü qalib gəlib. Həzrət Əli (ə) ilə insanlar Novruz bayramı günü beyət edib, onun hakimiyyətini qəbul etdilər. Novruz bayramınız mübarək! İlahiyyatçı alim: Hacı Əhliman Rüstəmov | |
|
| |
| Total comments: 2 | |
|
| |

Allah-Təalanın bəxşetdiyi bütün nemətlər qiymətlidir. Heç vaxt öz məxluquna layiq olmayanı verməz. Özü Uca varlıqdır, ona görədə hədiyyələri qiymətlidir. İlahi tərəfindən məxluqata, xüsusəndə insanlara əta olunan bütün nemətlər Allahın verdiyi istedadların vasitəsilə olunur. Allah-Təala insana verdiyi qüdrətin vasitəsilə insan insan olub, ucalıb mələkdən də üstün olur. Elə Allah-Təalanında məqsədi insanı mələklərdən də uca mərtəbəyə çatdırmaqdır. Bu yolda lazım olan hər şeyi insanın ixtiyarında qoyulubdur. Allahın məqsədinə olan o uca mərtəbəyə qalxmaqdan ötrü çoxlu yollar vardır. Əslində onlar çətin yollardır. Amma Əli (ə) buyurur:" Allah-Təala istədiyi bəndələr üçün bu yolları abadlaşdırar". Buna görə də bəndəyə əvvəlcə o yolları getmək qərarına gəlsin. Allah da onun üçün asanlaşdırsın. Bundan sonra insan əvvəlində ciddiləşirAllah-Təala köməkliyin çoxaldır. Və nəhayət insan kamilliyə çatır. Yarandığı hədəfə qovuşur. İndi də o yollardan danışaq. Yollar çoxdur, bunların hamısı hədəfə çatdıran vasitələrdir. Bu dəfə günlərdən danışaq. Günlər, vaxt və zaman insan üçün fürsətdir. Gərək o fürsətdən layiqincə istifadə etsin. Allahın bütün günləri əzizdir, hamısı qiymətlidir. Onların bəzisi insan üçün qəmli, bəziləri isə sevinclidir. Məlundur ki, bizə sevinmək daha əlverişlidir. Heç kim kədərlənmək istəmir. Amma kədər və sevinc hər ikisi ilahi paydır. Buna əsasən də insan sevinci və kədəri Allaha xatir olsa hər ikisi onun hədəfə çatması üçün köməkçidir. Bu dəfə sevinməli günlərdən danışaq. Yəni bayramlardan. Əvvəldə qeyd etdim:" Həzrət Əli (ə) buyurur:" Hansı günündə insan günah etmirsə, o gün onun bayramıdır". Belə insan günah etmədiyi gün başqa bir bayram günü ilə üst-üstə düşərsə ikiqat bayram olar. Racı demişkən:" Ehdi əzhada nigari özaram elədim, xəlq bir eyd elədi mən iki bayram elədim. Bu bayramdan biri də Novruz bayramıdır. Novruzun çox qədim tarixi vardır. Allahın sonuncu Peyğəmbəri (s.ə.s) seçilən də insanın dinini insanlara çatdıranda əvvəlcədən insanların adətinə çevrilmiş hadisələri də nəzərdən keçirtdi. Ziyanlıları qadağan etdi, xeyirlilərinə əlavə edib bir az da zinətləndirdi. O cümlədən Novruz bayramına müstəhəb ünvanında bir dua, həmin günün oruc tutmağın və qüsl etməsini əlavə etdi. İmam Əli (ə) buyurur:" Novruz bayramdır. Onu ərəblər unudub əcəmlər isə qoruyub saxladı"







































