Bazar günü, 2024-12-22, 11:50 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Aprel » 7 » 26 il…
5:38 AM
26 il…
26 il…
Ayətullah Seyid Məhəmməd Hüseyni Həmədani yazır:
Qəvvam mədrəsəsində hücrəm vardı. Bir gün Mərhum Qazi Təbrizinin də mədrəsədə hücrəsi olduğunu eşitdim. Öyrəndim ki, evi kiçik olduğundan ibadət, mütaliə üçün hücrə götürüb. Hücrəsini tanıdığım gündən onu bir gecə olsun yatmış görmədim. Daim raz-niyaz halındaydı. O sükut əhli idi. Sualları cavablandırmaqdan qaçırdı. Bir dəfə təsadüfən dilinin göyərdini gördüm. Səbəbini soruşdum, dinmədi. Sonra nigarançılığımı hiss edib uzun fasilədən sonra dedi: "Ağa Seyid, mən dilimin cilovunu çəkmək üçün 26 il ağzımda çınqıl daş gəzdirmişəm…”
Bəli, bu kimi riyazət üsulları hamı üçün deyil. Ən azı bu yolu gedənlər onu hamıdan gizləməyi bacarmalıdır. Bizim bu əhvalatı nəql etməkdə məqsədimiz müsəlmanlara "ağzınızda daş gəzdirin” demək deyil. Məqsəd seyr-süluk yolunun çətinliyini göstərməkdir.

HaqqYolu

Category: Diger me'lumatlar | Baxış: 851 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]