Əsas səhifə » 2012 Aprel 9 » Qeyri-adi istək
5:00 AM Qeyri-adi istək | |
Qeyri-adi istək Bir arif səhradan ötərkən qızmar günəş altında yerdə çabalayan, kömək istəyən yolçu gördü. Tələsik ona yaxınlaşıb atdan düşdü. Məşkində olan suyu ona içirdi. Yolçu cana gəldi. Amma öz xeyirxahına təşəkkür etmək əvəzinə onu möhkəm əzişdirdi və atını minib çapdı. Arif onu arxadan səslədi və bir xahiş etdi: -Mənimlə necə rəftar etdiyini kimsəyə danışma… Zalım yolçu bu xahişdən təəcübləndi və səbəbini soruşdu. Arif dedi: -Əgər əhvalat xalq arasında yayılsa kimsə tənha səhrada tanımadığı adama kömək etməz! HaqqYolu | |
|
Total comments: 0 | |