Bazar günü, 2024-12-22, 1:57 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Fevral » 20 » Haram Məhrəmlik
7:00 AM
Haram Məhrəmlik
   Dardüşüncəli radikal vəhhabi "alimləri" verdikləri gülünc fətvaları ilə  müsəlman dünyasını hiddətləndirməkdə davam edirlər. Bunun nə vaxta qədər davam edəcəyi bilinməsə də, məlum olan tək bir şey var = bu cəfəngiyatlar verilənə qədər onları arayıb pxucularımıza çatdırmaq. Səudiyyə Ərəbistanın Şeyx Muhəmməd Urəyfi adlı vəhabi müftisi  bu yaxınlarda belə bir gülünc fətva verib;"  Ataların əxlaqı pozğunluğa meylli ola biləcəklərini və  bunun nəticəsində öz qız övladına təcavüz edə biləcəklərini nəzərə alaraq, onların bakirə qızları ilə təklikdə olmalarını haram edirəm!" Hamını öz arşını ilə ölçməkbax buna deyərlər. Urəyfi fətvanı Kuveytin "Ələnba" qəzetinə verdiyi müsahibədə açıqlayır. O, fətvaya dair verdiyi açıqlamada deyir: "Baxmayaraq ki, Quran ayəsinə əsasən, qızlar məhrəm olduqları ata, qardaş, dayı və əmiləri ilə xəlvətdə ola bilərlər, mən belə bir əqidədəyəm ki, atalar əxlaqı pozğunluqlar nəticəsində xəlvətdə olduqları zaman öz qızlarına təcavüz edə bilrlər. Bunu nəzərə alaraq onların qızları  ilə təklikdə bir yerdə olmalarını haram elan edirəm!".
   Quran ayələrinə zidd fətva sadir olduqdan sonra hətta digər vəhhabi alimləri də ona öz etirazlarını bildirdilər. Onlar verdikləri müsahibələrində Urəyfinin bununla şöhrət qazanmaq niyyətində olmaq istədiyini bildirirlər. Urəyfi öz məqsədinə çatır. O, verdiyi fətva ilə məşhurlaşır. Bununla yanaşı, düşmən dəyirmanına su tökür, özünü İslam dünyasında rüsvay edir. urəyfi Səudiyyə Ərəbistanına yalnız müəmmalı fətvaları ilə deyil, məntiqsiz təəssübkeşliyi ilə də çətinliklər yaradır. Belə ki, iki il əvvəl o, İraqın məşhur alimlərindən olan Ayətullah Sistanini təhqir etmiş və məsxərəyə qoymuşdur. Nəticədə Səudiyyə ərəbistanı milyonlarla müsəlmanın təzyiqi nəticəsində məcburi olaraq İraq dövlətindən və onun müqəllidlərindən (fətvasina əməl edənlərdən) üzr istəməli olmuşdur.

Category: Diger me'lumatlar | Baxış: 823 | Added by: Mursəlat | Rating: 4.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]