Bazar günü, 2024-12-22, 12:29 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Aprel » 2 » "Münafiq" sözü, Əhli-beytin (ə) düşməni kimi təfsir olunub
12:17 PM
"Münafiq" sözü, Əhli-beytin (ə) düşməni kimi təfsir olunub
«Hədid» surəsinin 13-14-cü ayələrində buyurulur: «O gün münafiq kişi və qadınlar iman gətirənlərə deyəcək: «Gözləyin ki, nurunuzdan bir qədər işıq alaq». Onlara belə cavab veriləcək: «Geriyə dönüb işıq axtarın». Bu sözlərdən sonra möminlərlə münafiqlərin arasına içəri tərəfi mərhəmət və bayır tərəfi əzab olan sədd çəkiləcək. Münafiqlər möminlərə deyəcək: «Biz sizinlə birlikdə deyildikmi? Möminlər belə cavab verəcəklər: «Birlikdə idiniz, amma siz özünüzü fitnəyə saldınız, gözlədiniz və şəkk etdiniz. Allahın əmri gəlib çatanadək sizi xam xəyallar və tamah aldatdı».
Ayədə zikr olunmuş divar ərəbcə «sur» kimi işlənmişdir. Maraqlıdır ki, söhbət möminlərlə kafirlər yox, möminlərlə münafiqlər arasındakı divardan gedir. Bu münafiqlər möminlərlə birgə məscidə gələr, namaz qılar, Quran oxuyardılar. İndi isə ayrılırlar. İmam Sadiq (ə) buyurur: «Ciyərlər susuzluq şiddətindən od tutar». Bəli, söhbət qiyamət günündən gedir. Əzabla dolu bu gündən qaçıb qurtarmağa yer varmı?
İmam Sadiq (ə) buyurur ki, möminlərlə münafiqlər arasındakı divar nurdandır. Bir tərəfdə bizə xidmət etmiş Əhli-beyt dostları, digər tərəfdə isə Əhli-beyt düşmənləridir. 
Rəvayətdən belə məlum olur ki, imanın həqiqi və zahiri olması Əhli-beyt vilayətinə məhəbbətdən asılıdır. 
Xülasə, hər şeyin əsası olduğu kimi İslamın da əsası var və bu əsas Əhli-beytə məhəbbətdir. Belə möhkəm əsasa malik saray üçün heç vaxt uçulma təhlükəsi yoxdur! 
Ya Rəbb, Əhli-beyt vilayəti və onun məhəbbətini qiyamət gününədək bizim üçün qoru və qəlbimizi bu nurdan məhrum etmə!

sibtayn.com

Category: Diger me'lumatlar | Baxış: 788 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]