Bazar günü, 2024-12-22, 5:58 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Mart » 30 » Qorxu və ümid arasında
12:39 PM
Qorxu və ümid arasında
Qorxu və ümid arasında

İnsan tərbiyəsində ən qorxulu üsul təkcə ümid və ya təkcə qorxunu əsas götürməkdir. Bu sayaq biryönlü tərbiyənin nəticəsi ya azğınlıqdır, ya da ümidsizlik. Həddi aşan ümid insanda səhlənkarlıq yaradır. Qorxusuz insan öz vəzifələrini yerinə yetirməkdən boyun qaçırır. Bəni-İsrail övladları ifrat ümid səbəbindən azğınlıq yolunu tutub özlərini hamıdan üstün saydılar. Onların şüarı bu idi ki, cəhənnəm odu bizi qısa bir müddət yandıracaq. Təkcə ümid faydasız olduğu kimi təkcə qorxu da səmərəsizdir. Ümidsiz insan unutmamalıdır ki, yalnız kafirlər Allahın mərhəmətindən əllərini üzür. Peyğəmbərlərin proqramlarında ümid və qorxu prinsipləri yanaşıdır. Qurani-kərimdə buyurulur ki, Allahın peyğəmbərləri müjdə verən və qorxudandırlar.
haqyolu.com
Category: Diger me'lumatlar | Baxış: 701 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]