Əsas səhifə » 2012 Aprel 4 » Əsmayi - hüsna
7:43 AM Əsmayi - hüsna | |
![]() هُوَ اللَّهُ الْخَالِقُ الْبَارِئُ الْمُصَوِّرُ ۖ لَهُ الْأَسْمَاءُ الْحُسْنَىٰ ۚ يُسَبِّحُ لَهُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! ("Həşr" 24) Əsmayi - hüsna və insan Ən gözəl adlara sahib olan məxluqatın ən şərəflisi olan bəşər övladını da öz sifətlərində görmək istəyir. Vəhy pencərəsindən baxdıqda insan gözəl, hətta Quran təbiri ilə desək, gözəl biçimdə yaradılmış bir varlıqdır. " Biz insanı ən gözəl biçimdə yaratdıq" "Tin", 5. Lakin tarixi təcrübələr insanların müxtəlif xarakter və xüsusiyyətlərə malik olduqlarından xəbər verir. Hətta Quranda adı çəkilən peyğəmbərlər də bizə müxtəlif özəlliklərilə təqdim olunurlar. Onların hər biri özlərində fərqli insani psixologiyalar canlandırmışlar. Bunu nəzərə alaraq bütün insanları Quranda adı çəkilən peyğəmbərlərin sayıq qədər kateqoriyalara bölmək olar. Burada belə nəticə hasil olur: 1. İnsan öz-özlüyündə gözəl biçimdə yaradılıb. 2. İnsanlar müxtəlif xüsusiyyətlərlə yaradılıb. ![]() İxlasla, Allahın gözəl adları ilə dua etmək onların Allah dərgahında daha tez qəbul olunmasına səbəb olar. ![]() Bu barədə gələn sayımızda.... | |
|
Total comments: 0 | |